Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Nişan üzüyü niyə taxılır?

 tərəfindən  6 May, 2010 tarixində və NİŞAN, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Nişan üzüyü iki müxtəlif cinsli insanın evlilikdən öncə münasibətlərini rəsmiləşdirmək məqsədilə taxdıqları zinət əşyasıdır.

Evlenirik.Biz  “anspress.com” saytındakı xəbərə istinadən bildirir ki, insanların nişanda və evlilikdə üzük taxması adət-ənənəsi qədim misirlilərə məxsusdur. Miladdan 2800 il öncə Misirdə yaşayanlar başlanğıc və son nöqtəsi olmadığına görə halqa şəkilli cisimlərin sonsuzluğu təmsil etdiyinə inanıblar. Üzük də belə əşyalardan idi və onu barmağa taxmaq evliliyin sonsuzadək davam edəcəyi mənasına gəlirdi. Daha sonra bu inanc romalılar vasitəsilə ətraf ölkələrə də yayıldı və kütləvi hal almağa başladı.

Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdiriblər. Elə indi də şərq ölkələrində nişan üzüyünü sol ələ taxırlar. Avropanın əksər ölkələrində isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxılır. Nişan üzüyünün sol əlin, ikinci barmağına taxılması da bilavasitə inanclarla bağlıdır. Qədimdə insanların şah damarının məhz bu barmaqdan başlayıb ürəyə kimi getdiyinə inanıblar. Bununla da bu barmağa taxılan üzüklər cütlüyün bir-birinə ürəkdən bağlandığını göstərirmiş.

İndi damarların hardan başlayıb harda bitdiyi bilinsə də bu adət dəyişilməyib.

Hindistanda nişan əlaməti olaraq böyük barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır. Qəribə olsa da, Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu xüsusiyyətini itirir.

Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlayıblar.

Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, yalnız irsi olaraq verilən üzük istisnadır.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.