Nevroz-xəstəlik yoxsa həyat tərzi?
Arzu tərəfindən 21 May, 2009 tarixində və Həkim Məsləhəti, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

Son dövrlərdə insanlar arasında sinir sisteminin fuksional pozğunluğularının az qala kütləvi hal alması cəmiyyətdə ciddi narahatlıqlar yaradır. Ətrafımızdakı saysız-hesabsız xarici təsirlərin ,öz həllini tapa bilməyən sosial problemlərin,müasirləşmə adı altında gedən əxlaqsızlaşma, ailə-məişət problemləri, ekoloji pozğunluqlar və s. kimi faktorlar insanların sinir sisteminə fasiləsiz mənfi təsir göstərir, tədricən xəstəlik halına gətirib çıxarır. İlkin dövrdə hətta bu halların xəstəlik yoxsa bir yaşam tərzi olduğunu ayırd etmək çətin olur.Lakin bu hallar tədricən ciddiləşdikdə artıq belə insanların həkimə müraciət etməsi zərurətə çevrilir.
Praktik təbabətdə bu xəstəlik Neyrosirkulyator distoniya ( NSD ) kimi tanınır.Bu termin 1963-cü ildə N.N.Savitski tərəfindən təklif olunmuşdur. NSD ümumilikdə ürək-damar sisteminin funksional xəstəliyi olsa da, burada həm də digər orqanlara aid olan şikayətlər də olur.
Xəstəliyin əsas əlamətləri ümumi narahatlıq, halsızlıq, yuxu pozğunluğu (müxtəlif qarışıq yuxu görmələr) yuxunun dərin olmaması, baş ağrıları, arterial təzyiqin bir qədər yüksəlməsi, xüsusilə diastolik təzyiq və s..Belə xəstələr adətən,öz vəziyyətləri barədə uzun-uzadı danışır və onlara elə gəlir ki, heç kim onları tam aydın başa düşmür.Ümumiyətlə,belə xəstələrin çoxunun əksər şikayətləri bilavasitə ürəklə bağlı olur. Buna görə də bir qədər dəqiq olsun deyə, bu cür hallar “kardionevroz” adlanır.
Ürək nahiyəsində olan ağrılar bu xəstələri ən çox narahat edən əlamətdir. Ağrılar sızıldayıcı, uzunmüddətli (bəzən fasiləsiz olaraq saatlar, hətta günlərlə), lokal xarakterli olur. Ağrılar nitroqliserin qəbulundan sonrada sakitləşmir (stenokardiyadan fərqli olaraq).
İkinci əsas əlamət “ürəkdöyünmə”sidir. Ürəkdöyünmə işdən və hərəkətdən sonra yox, sakit hallarda əsəbiləşdikdə,yatağa uzandıqda baş verir. Maraqlıdır ki, bəzən xəstələrin nəbzi normal oduğu halda belə, onlara elə gəlir ki,ürəkdöyünmələrinin sayı çoxdur.
Əksər xəstələri narahat edən əlamətlərdən biri də təngnəfəslik, boğulma hissidir.Bu hallarda adətən,sakit halda, xüsusilə gecələr baş verir.Xəstələr boğaz nahiyəsində sıxılma,nəfəsin çətin alınmasından şikayət edirlər.
Bu xəstələrin bir çoxunda tək-tək eksrasistoliyalar olur.Belə xəstələrdə özlərinin qeyd etdiyi kimi ürəyin sanki bir anlığa dayanması (döyünmənin itməsi) baş verir.Ürəyin orqanik xəstəlikləri zamanı xəstələr adətən, aritmiyanın bu növünü hiss etmirlər. NSD-li xəstələr isə bu halı olduqca pis keçirir, onlarda ölüm qorxusu olur.Onlara elə gəlir ki, bu dayanmalar yenə baş versə, artıq ürək bir dəfəlk dayanacaq.Eksrosistoliyalar daha çox uzandıqda ,yeməkdən sonra, əsəbiləşdikdə baş verir.
Bir çox hallarda, bu xəstəlik stenokardiya kimi qəbul olunur və müalicə bu istiqamətdə aparılır.Lakin uzun müddətli və təkrar olunan müalicələr bir qayda olaraq effekt vermir.Nəticədə də onlarda inamsızlıq, ümidsizlik yaranır, depressiv vəziyyətə düşürlər, qapalı həyat tərzi keçirməyə başlayır, bununla da vəziyyətləri daha da pisləşir.
Belə xəstələrin müalicəsində psixoloji amillərin təsiri xüsusi əhəmiyyət kəsb edir.Belə ki, bu xəstələrlə fərdi söhbətlər zamanı onlarda ruh yaratmaq, xəstəliyin onların düşündüyü qədər qorxulu olmaması ,həyata məhəbbət hissinin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir.Bu insanların yaxınlarının da bu məsələdə mühüm həlledici rolu var.Onlar belə xəstələrlə tez-tez təmasda olmalı,onların fikirlərini özlərindən yayındırmalı, onları daha çox maraqlandıran ,xoşladıqları söhbətləri etməli,yersiz mübahisələrdən qaçmalıdırlar.
Bu xəstələri çox dərmanla yükləmək olmaz.Yalnız sakitləşdirici sedativ dərman preparatlarından, həmçinin bettablotarlardan, B qrup vitaminlərindən istifadə etmək olar.
Kardioloq, Dr.Quliyev Güloğlan
DİGƏR MƏQALƏLƏR
Yüklənir…






(6 səs, ortalama: 4.00)








RAMİN on Mon, 22nd Mar 2010 1:15 pm
men bilmek isteyirem men de de bu hallar olur abituryent vaxtindan baslayib men icmeliyem ki bu getsin .
Münasibətiniz:
0
0
evlenirikbiz on Tue, 23rd Mar 2010 2:08 am
Mütləq yaxşı bir Nervpatoloqa müraciət edin. Əyər tanıdığınız yoxdursa MKX-da Məsimə xanımı tövsiyə edə bilərəm.
Münasibətiniz:
1
0
M-N on Thu, 13th May 2010 11:42 pm
Çoox sağ olun, çox lazımlı məqalədir.
Münasibətiniz:
0
0
Nermin on Fri, 1st Oct 2010 1:09 am
Eksrosistoliya ne demekdi? men de nevrozam,artiq 1 ildi,burda yazilanlarin hamisi her gun mende baw verir ve ustelik men de en esas problem anamdan ayrilanda olur, o yanimda olmayanda ele bilirem ki,olecem..mezunam,iwlemirem,etrafimdakilar iwlesem fikrimin dagilacagini,duzeleceyimi deyir,ama men bu zeif urekle nece duzelecem bilmirem:(ustelik men yol da gede bilmirem,metroya ise qetiyyen minmmirem…Mene 1 meslehet versez,sevinerdim…Tesekkur,evvelceden…
Münasibətiniz:
3
0
evlenirikbiz on Fri, 1st Oct 2010 12:11 pm
Hörmətli Nərmin xanım, çox tezliklə özünüzə yaxşı məşğuliyyət tapın. İş tapsanız düzəcələk demək 100% doğru olmazdı. Tapacağınız işin stressiz və gözəl olması və ən əsası sevdiyiniz iş olması əsasdır. Sevdiyiniz iş olarsa bu özü yaxşı məşğuliyyət sayılır və bir çox problemin düzələcəyinə inanıram.
Eksrosistoliya ilə əlaqəli həkim olmadığım üçün tam izahat edə bilməsəm də, anladığım qədəriylə ürəklə əlaqə bir problemli prosesin meydana gəlməsinə verilən addır.
Allahdan şəfa arzulayıram.
Münasibətiniz:
1
0
Nermin on Fri, 1st Oct 2010 3:40 pm
Men sizin hekim oldugunuzu sanirdim,ona gore bu suali verdim,yene de cox sag olun…
Münasibətiniz:
0
0
Quliyev Guloglan on Mon, 8th Nov 2010 11:03 pm
Nərmin xanım.Bildirirəm ki sizdə müəyyən nevroloji problemlər həqiqətən var.Və bu problemlərin həlli üçün həm dərman müalicəsinə həm də fizioterapevtik müalicəyə ehtiyac var.Hörmətlə-Müəllif.
Münasibətiniz:
0
0
Maharram on Mon, 26th Sep 2011 10:13 pm
Men 8 Ildir NEVROZAM, Panik, Qicolma ve S hallar hemishe var Ama bu xesdeliyin Azerbaycanda 100% liq Mualicesi yoxdur BAKI ve Gencede defelernen mualice olunmusham butun mualiceler muveqqetidir, burdaki dermanlarda keyfiyyet baximindan chox ashagidir, ya bizdeki hekimler qoyundu yada dermanlar keyfiyyetsizdir. NEVROZ sozle basha salinmayacaq xestelikdir. yashamasaniz bilmezsiniz…
Münasibətiniz:
0
0
seva on Tue, 4th Oct 2011 1:24 am
bilirsiz mendde nevrozun hallarivar olubda evveler daha guclu hetta her axsam tezyiqim qalxirdi tecili yardim gelirdi yasim 32idi amma bu hallar mende 19 yasimdan var her halim qarisanda ele bilirdim ki, indi olecem sonra bu hallara alisdim gordum bu xestelikden olmursen sadece olaraq panika yaranir hal qarisanda ona gorde guclenir basladim sakitlesdiriciler icmeye bitki mensli hemde gerek esas sizi narahat eden sebeb nedirse birinci onu goturmek lazimdir aradan tam saqalan xestelik deyil amma gerek ozun-ozunu teselli edesen ki, hec ne olan deyil mene kecici haldi hemise bele olur kecir onda sakitleseceksiniz beyniniuzi fikirlerle yormayin hansiki sizi narahat eden fikirler indide mene urey doyuntu tezyiq qalxma olur cox nadir hallarda,
Münasibətiniz:
0
0
seva on Tue, 4th Oct 2011 1:31 am
Nermin xanim inan ki, kecici hallardi ozunuze inanin ozunuzu psixaloji teselli edin qorxmayin mendede olurdu hetta telefon zen calanda bele qorxurdum ki, pis xeber deyecekler hamisi kecdi getdi mende yoldasim yanimda olmayanda qorxurdum sonra ozum ozumu dedim ki, bele olmaz buisde olur komondirovkalara gedir inan ki,men deyenleri etsez duzelecek
Münasibətiniz:
1
0
Shamsi on Tue, 10th Jan 2012 12:35 am
Mende nevrozdan eziyyet cekirem. 5 ay idi ki tutmalari olmurdu. Amma iki gun evvel yenede baw verdi. Insana ele gelir ki, artiq son deqiqelerini yawayir. Her defe ele olmadiqini gorsede, yenede qorxu hissi kecmek bilmir. Cox qeribe olanda odur ki, bu hissler gunduz olmur. Gunduzler insana gulmeli gelsede, geceleri cekilmez olur. Mencede nevroz bir xestelik deyil. Sadece psixi bir oyundur. Oyun olduqunu bilerek, ozumuzu ona teslim edirik. Sadece inam ve mubarize gerekdir bu beladan qurtulmaq ucun. Dermenlarda insani sadece biraz keyidir. O dermenlarin hec bir faydasi yoxdur. tek bir weyi deqiq bilirem ki, nevrozun halindan ancaq ve ancaq nevroz olan anlayir. Bawqalari bize sadece bir qorxaq olaraq baxir. Hec kimi arzu etmirem. Eminem ki, hamimiz bu xestelik olmayan, xestelikden qurtulacaqiq!!
Münasibətiniz:
0
0
arzuman on Fri, 27th Jan 2012 11:07 pm
mendde uje 1 ildi nevrozam.ama mende qorxudan olmuwdu.iranda malice aldim indi demek olarki yaxwiyam.ama arada eseri gelir))bow weydi uwaqlar.o xestelik deyil.men gece olanda qorxurdum qabaqlar qacirdim eveki olurem hec olmasa evde olum))).sora dedim ne olmekeee))men itden qorxmuwdum.karoci heyat davam edir iwinizde olun))olum alnimiza ne vaxt yazilib ondada oleceyik.men teze teze bu xestelie duwende cixdim wehere gezmeye,bir yoldaw varidi o cixdi qabagima dedi ala sen ne gundesen ne olub sene?mende ariqlamiwam temiz elden duwmuwem))dedimki bes xestelenmiwem.dedi niye dedimki nevroz olmuwam.onunda yaninda 1 oglan varidi dediki ne hallar olurki sende?dedimki qorxu gelir canima.dediki neden qorxursan?dedim ele biliremki olecemda bes.dediki mene,dunyaya gelende xeberin varidi?))dedim yox,dedi olendede xeberin olmayacaq)))o soz mene o qeder xow tesir elediki mene.sora yavaw yavaw bawladim ozumu duzeltmeye.sadece adam tincixir ama narahat olmayin sebirli olun esas odu.ozu cixib gedecek
Münasibətiniz:
0
0
nadir on Mon, 2nd Apr 2012 6:33 pm
salam mende nevrozam 24 yasim var boyum 188sm cekim 90. bu mende 8 ildi meni haldan salir mene cox eziyit verir.hetda ele bir gun menim aqrwima cixib ki ele bildin kecindim 1deq urey doyuntum dayan kelme sehadeti gucnen catdirdim demeye, gozlerim qaraldi o anda hecne his ellemedim. hekim 6 il idi neseden ozme sakitliy tapirdim gordum buda mene pis tesir gosterir onuda atmiwa 45 gundu ozme inaniram iradem gucludu. hekim evlendim allah sizin kileride saxlasin 1 oqlum var 8 ayliqdi saxlamdi.hekim bilmek isteyirem ola biler ki bu iller kecenen sora qurtula biler?
Münasibətiniz:
0
0