Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Nə üçün?

 tərəfindən  7 July, 2009 tarixində və DİN bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bismillahirrəhmanirrəhim!

Sual: Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşlar?

Cavab: Yuxarıdakı sual çoxlarını düşündürür. Quran-i-Kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunlarına və iradə azadlıqlarına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. “Əli-İmran” surəsinin 178-ci ayəsində buyurulur. “Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz onlara möhlət vermişik ki, günahlarını daha da artırsınlar. Onlar üçün zəlil edici bir əzab vardır.”

Bəzi ayələrdən məlum olur ki, bəzən Allah zalım və günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevrilir. “Ənam” surəsinin 44-cü ayəsində oxuyuruq. “Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da onlar hədsiz narahatlığa düçar oldular.”

Təsəvvür edin ki, bir zalım, kövrək budaqları qıra-qıra üzüyuxarı,dayanmadan ağaca dırmaşır. Yuxarı qalxdıqca, daha da şad olur. Anlamır ki, nə qədər yuxarıdan yıxılsa, bir o qədər çox əziləcəkdir. Qəfil tufan qopur və bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb, xıncım-xıncım olur.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.