Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Nazlı qadınların 10 əsas xüsusiyyəti

charming  tərəfindən  28 July, 2010 tarixində və Qadınlara Özəl, ÜMUMİ bölməsində yayımlanmışdır.

Nazlı amma şıltaq olmayan… Bax bu ölçünü saxlaya bilən qadınlar kişilərin unuda bilmədikləri qadına çevrilirlər. Evlenirik.Biz nazlı xanımların 10 əsas xüsusiyyətlərini sizinlə bölüşür.

  1. İlk növbədə özünə inanar. Həyatını özü qurar, qürurludur, heç kimə əl açıb gözləməz…
  2. Kişinin arxasınca düşməz. Ayın, günəşin ya da ulduzların ancaq kişilərin ətrafında fırlanmadığını yaxşı bilir. Nazlı xanım ümidsizcə kişinin arxasınca qaçmaz və ya daima onu nəzarətdə saxlamaz. Qısası həyatının mənası yalnız sevdiyi kişi deyil.
  3. Sirlidir… Səmimidir ancaq hər şeyi bir anda ifşa etməz. Əlindəki kartları isə uca səslə açmamağı üstün bilər.
  4. Bəzən kişini maraq içində saxlamaq lazım olduğunu yaxşı bilir. Onunla hər gün görüşməz çünki etməli olduğu başqa işlər də var. Uzun uzadı mesajlar yazıb virtual sevgiliyə çevrilməyi də xoşlamaz. Kişi onu sevgiylə gözləməlidir.
  5. Səhv başa düşülməyə qətiyyən icazə verməz amma incidilmiş olduğunda da onunla əlaqə yaratmağa imkan verməz. Sakitləşdikdən sonra isə inciməyinin səbəblərini sakit və aydın şəkildə izah edər.
  6. Vaxta nəzarəti əlində saxlayar.  Amma bunu qarşısındakına bildirməz.
  7. Hər zaman zarafat etməyi bacarar. Bunu sayəsində də həyatındakı insanın üzünü güldürməyə nail olar.
  8. Özünə dəyər verir. Tərif və gözəl sözlər deyildiyi zaman gülümsəyərək təşəkkür edir. Həyatındakı insanın əvvəlki əlaqələrini sorğu-sual etməz və özünü başqa qadınlarla müqayisə etməz.
  9. Həyatındakı kişidən öndə olan bağlılıqları da var. Hobbiləri, dostları, işi və ya ailəsi də onunu üçün sevgisi qədər vacibdir. Həyatındakı insan yanında olmadığı zaman və ya ona ayıracaq kifayət qədər vaxtı olmadığı zamanlarda onu günahlandırmaz, çünki vaxtını keçirə biləcəyi başqa məşğuliyyətləri də vardır.
  10. Bədəninə xüsusilə diqqət yetirər. Görünüşü və sağlığı onun üçün vacibdir. Özünə olan inamının fiziki görünüşündə də əks olunmasının vacib olduğu fikrindədir.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

  • Share/Bookmark

  • SERİAL HALINDA KİTAB

    The Monkey's Paw kitabını oxuyun Meymun Pəncəsi
    W.W. Jacobs-un Dünyaca Məşhur Əsəri!
    Tərcümə edən: Gunel

    forumda müzakirə edin
    Tag: The Monkey's Paw
    Kitabı Yükləyin (PDF 145 Kb)
  • ÇOX OXUNANLAR




  • Şərhlər

    Fikirlərinizi burada bölüşün...
    Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





    www.evlenirik.biz
    ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
    © 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
    Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.