Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Musiqinin gücü

 tərəfindən  31 May, 2009 tarixində və MUSİQİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

skripka

Musiqi sadəcə bir əyləncə vasitəsi olmadığını, insan ruhunun və vicdanının dərinləklərindən zehin və düşüncə dünyasına qədər uzanan bir yol olduğunun anlaşılması ilə, musiqinin bu özəlliyindən necə istifadə edə bilərik düşüncəsi, çox sayda elmi araşdırmalara zəmin təşkil etmişdir.

 İnsan beyini, elim və texnikadakı irəliləmələrə baxmayaraq, hələ bir çox yönüylə anlaşılmamış, çox kompleksli bir sistemdir. Niyə bəzi insanlar eyni şərtlərdəki insanlara görə təhsil həyatında daha başarılıdırlar? Niyə bəzi uşaqlar daha tez öyrənirlər? Alimlər bu sualların cavabını axtarırlar. Köhnə bir araşdırmada, Hurwitz, Wolf, Bortnicle və Kokos adlı dörd psixoloq, musiqinin oxuma qabiliyyətini artırıb artırmadığını araşdırırdılar. bunun üçün şagirdlər iki qrupa ayrılır. Birinci qrupa həftənin beş günü musiqi ilə bağlı dərslər verilir. digər qrupa isə bu tip dərslər verilmir. Bir il sonra iki qrup qarşılaşdırıldığında, dərs almayan qrupun nəaliyyəti 72% ikən,digər qrupda bu nəaliyyət 88% dir. Bu 16% fərqə  görə musiqi, öyrənmə isdedadını artırmaqdadır.

Başqa bir araşdırmaya görə musiqi duyumu olan uşaqların daha tez oxumağa başladıqları müəyyənləşmişdir.

Ağlımıza belə bir sual gələ bilər: musiqidən başqa eyni təsirlərə malik fəliyyətlər yoxdur?..  Mohanty və Hejmadi adında iki psixoloq bu sualı araşdırırlar. Musiqidən başqa fəaliyyətlərin təhsilə faydalarını incələyirlər. Nəticədə ən nəaliyyətlə qrup musiqi qrupu olur. Musiqinin şüurla əlaqəli qabiliyyətləri artırdığı da bu araşdırmada göstərilmişdir.

ÇOX GÖZƏL MAHNI OXUMAQ YA DA BİR MUSİQİ ALƏTİNDƏ ÇALMAQ MƏCBURİYYƏTİNDƏ DEYİLSİNİZ!

Əvvəllər klassik musiqinin geniş yayılmış olduğu ölkələrdə hər hansı bir musiqi alətində çalmaq prestij  sayılırdı. Bir çox valideynlər uşaqlarını kiçim yaşlardan musiqi öyrənməyə vadar edirdilər. Amma modern insanlar artıq prestijdən çox, musiqidən necə yararlana biləcəklərini də düşünürlər. Musiqinin insan beyninin inkişafında hər hansı bir köməkliyi olabilərmi? Uşaqlarımıza kiçik yaşlarında musiqi öyrətməklə onun inkişafına köməklik göstərə bilərik,? bu işə yarayacaq musiqi təhsili necə olmalıdır? Musiqi dinləməkmi yoxsa musiqi ilə məşğul olmaqmı daha önəmli və faydalıdır?

Musiqi dinləmənin beyin inkişafına yararlı olduğu düşüncəsinə dayanan elmi araşdırmalar son illərdə getdikcə çoxalır. Məsələn: 3 yaşın altında ikən Mosart dinləməyə başlayan uşaqların yaşıdlarına görə daha zəkalı olduqları bu araşdırmalar sonunda….”Niyə məhz Mosart?” sualına verilən cavab belədir: “Çünki Bach-in musiqisi körpələr üçün çox mürəkkəb, Beethoven isə çox qarışıqdır. Mosartın musiqisi daha duru və aydındır”.

Qısacası bu araşdırmalar, modern insanın həyatında musiqi dinləməyin və  musiqi təhsili almağın nə qədər vacib olduğunu bir dəfə daha isbatlamışdır. Musiqi icra etmənin, yoxsa musiqi dinləmənin daha yararlı olduğu isə önümüzdəki illərdə də mübahisə mövzusu olmağa davam edəcək. Amma istər musiqi dinləyək, istərsə da musiqi ilə məşğul olaq, seçici olmaq şərtiylə…

Seçim sizin! Uşağınıza, kiçik yaşlarda verilən musiqi təhsili seçici olmasına köməkçi olacaqdır.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.