Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Musiqiçilərin həyatından maraqlı hadisələr

 tərəfindən  3 June, 2009 tarixində və Maraqlı və Faydalı, MUSİQİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

EVLƏNMƏ TƏKLİFİ…

Kiçik Mosart, İmparatoriçanın hüzuruna çıxarkən ona iki gənc qız köməklik göstərirdi. Bunlardan birisi, Ransa kralı ilə evlənəcək olan Marie-Antoniette idi. Yeni cilalanmış parketin parlaqlığı kiçik Mosartın xoşuna gəlmişdi. O, xalıdan kənara çıxaraq döşəmənin üzəri ilə yerimək istəyərkən yıxıldı. Marie-Antoniette o dəqiqə kiçik dəcəli qucağına alaraq, ona bir şey olub olmadığını soruşdu. Gənc qızın boynuna sarılan kiçik Mosart çox ciddi şəkildə bunları dilə gətirdi: ” Mənə qarşı çox incə davrandınız sizinlə evlənmək istəyirəm…”

SƏNİ 1.o6o.437.082 DƏFƏ ÖPƏRƏM…

“Sevgili həyat yoldaşım, səndən bəzi xahişlərim var. heç bir şeyi ürəyinə salma, sağlığına diqqət yetir və baharın havasına güvənmə. Məktublarında ikimizi maraqlandıran mövzulara daha çox yer ayır. Hər gecə yatmadan əvvəl şəkillərinlə danışdığımı unutma.  Səni 1.060.437.082 dəfə öpürəm. Bu rəqəmi rəqəmi nitq çalışması etmək üçün yazdım… İmza: Hər zaman sənə sadiq Mosart”

ÇOX QORXURAM

Bəstəkar Rossini bir konsertdən əvvəl salona daxil olarkən yanına bir qadın gəlmiş və “Senyor ilk dəfə sizin ariyalarınızı səsləndirəcəyəm və çox qorxuram” demişdir. Bəstəkarın cavabı isə qısa olmuşdur  “Mən də…”

piano

DƏYƏRLİ FORTEPİANO..

Böyük alman bəstəkarı Beethovenin Viyanada ikən yaşadığı evin dəyərli xatirələri arasında bir də kiçik fortepiano vardır. Beethoven bir çox əsərlərini bu alətdə bəstələmişdir.

Amerikalı kiçik gənc bir qız, muzey halına gətirilmiş bu evi gəzərkən ilk gözünə dəyən, elə bu fortepiano olmuş və arxasına keçərək çalmağa başlamış. Bir yandan da muzey işçisindən soruşmuş:

-Bura çox ziyarətçi gəlir elə deyilmi?

-Bəli xanım.

-Məşhurlar da gəlir elə deyilmi?

-Bəli. Məsələn məşhur piyanoçu Padarevski də gəldi.

Gənc qız, barmaqlarını hələ də fortepianonun dilləri üzərində gəzdirərək :

-Padarevski də bu alətdə çaldı elə deyilmi? diyə soruşdu.

Muzey işçisi cavab verdi:

-Xeyr xanım. Dünyanın ən böyük bəstəkarının istifadə etdiyi fortepianoya özünü layiq görmədiyini söyləyərək, ona əlini belə vurmadı…

ARTHUR RUBİNSTEİN

Məşhur piyanoçu Arthur Rubinstein, barmaqları çox yorğun olduğu üçün, konsertlərindən sonra ondan imza istəyənlərin arzularını yerinə yetirməzdi.

Yenə bir axşam, konsertdən sonra, piyanistin dinləyicilərindən kiçik bir qız, piyanistin konsert salonundakı otağının önündə əlində kiçik bir imza dəftəri ilə gözləyirdi.

Piyanisti qapının eşiyində görününcə, yanına yaxınlaşaraq dedi:

-“Bilirəm barmaqlarınız çox yorğundur. Ancaq mənimkilər də elədir. Sizi alqışlamaqdan…”

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

2 şərh on "Musiqiçilərin həyatından maraqlı hadisələr"

  1. evlenirikbiz on Wed, 3rd Jun 2009 3:30 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Mosartın davranışları çox maraqlı idi:)

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Farid on Sun, 21st Jun 2009 7:36 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Genc qizin Arthur Rubinsteine verdigi cavab qarsisinda inanmiram ki, ona imza atmasin :))))))

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.