Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Musiqiçilərin beyini daha böyükdür!

 tərəfindən  30 May, 2009 tarixində və MUSİQİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

beyin
Daha öncə Hong Kong Universitetində aparılan araşdırmalarda,musiqi aləti çalan uşaqların hafizələrinin daha güclü olduğu təsbit edilib. Alman alimlər, professional və ya həvəskar olaraq musiqi ilə məşğul olan insanların beyinlərinin daha böyük olduğunu kəşf etdilər. Friedrich-Schiller Universitetində çalışan alimlər, davamlı olaraq musiqi aləti çalmağın, beyinin görmə , duyma və hərəkət etməklə əlaqəli bölmələrinin böyüməsinə təsir göstərdiyini aydınlaşdırıblar.

Alman alim Chirstian Gaser, ilk dəfə təcrübə altına aldıqları insanların beyinlərinin bütün bölgələrindəki fərqləri tapmağa çalışdıqlarını və bəzi bölgələrdə fərq aşkar etdiklərini bildirdi. Belə ki, musiqiçilərin beyinlərində duyma, görmə və hərəkətlə əlaqəli bölgələrdə daha çox boz maddənin olduğunu kəşf etdilər. Bundan əlavə həmin araşdırmalarda musiqi aləti çalanların sol əllərini digər insanlara nisbətən daha çox işlətdiklərini də aydınlaşdıran Gaser,”Davamlı olaraq musiqi aləti çalmağın beyinin böyüklüyünə müsbət təsir göstərdiyini isbatladıq” dedi. Gaser beyinin də böyük bir ehtimalla əzələlər kimi çalışdıqca böyüdüyünü bildirdi.

Bu bilgiləri doğrulamaq üçün Harvard Tib Məktəbində çalışan bir yoldaşı ilə birlikdə 3 il davam edəcək başqa bir araşdırma aparacaqlarını deyən Gaser, araşdırmaya 5-7 yaşlarındakı şagirdlərin qatılacağını ifadə etdi. Şagirdlərin 3 qrupa ayrılacağını söyləyən Gaser, birinci qrupdakı şagirdlərin məktəbdəki musiqi dərslərinə qatılacağını, ikinci qrupdakı şagirdlərin musiqi təhsili alacağını, üçüncü qrupdakı şagirdlərin isə musiqi aləti çalmağı öyrənəcəklərini bildirdi.

Gaser, bu şagirdlərin beyinlərinin davamlı olaraq nəzarətdə saxlanacağını bildirdi. Gaser,”Bu araşdırma ilə musiqiçilərin beyin funksiyalarının doğuşdan yoxsa sonradan dəyişdiyini ortaya çıxarmaq istəyirik” dedi..

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.