Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Münasibətinizi xilas edəcək 5 ağ yalan

 tərəfindən  11 June, 2010 tarixində və Dost Məsləhəti, Qadınlara Özəl, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Sevdiyiniz insana güvənməyiniz və hər şeyi onunla paylaşmaq istəməyiniz çox gözəldir… Lakin bu hər zaman çox da düzgün yol deyil; bəzi şeyləri deməməyiniz və ya yalan deməyiniz (daha doğrusu söhbəti fırlatmağınız) münasibətləriniz üçün daha yaxşı olar! Evlenirik.Biz məsləhətlərini oxuyub münasibət bildirin.

Düşünün ki, bir-birinizi çox sevirsiniz, hər şey yolunda gedir və ailə qurmağa hazırlaşırsınız. Bu mərhələdə özünüzü güvəndə hiss edib sevdiyiniz insanla hər şeyi paylaşmaq istəyə bilərsiniz.

Dayanın! Çünki bu əlaqələrinizin əvvəlində sizin haqqınızda olan əlçatmaz və sirli fikirləri öldürə bilər. Bu mərhələdə bəzi şeyləri özünüzdə saxlamağınız sizin xeyrinizə olacaq. Heç olmasa müəyyən bir vaxta qədər…

Yalan 1

Əlaqə yaratdığınız oğlanların sayı iki əlin barmaqlarının sayını keçməz!

Sevdiyiniz insanın ondan əvvəl maraqlı bir əlaqəniz olduğunu bilməsi münasibətlərinizi dəyişə bilər və onu əvvəl həyatınızda olan insanla müqayisə edəcəyinizi fikirləşə bilər.

Bəs sevdiyiniz insan belə bir sual verərkən nə etməlisiniz? Suala sualla cavab verərək sualdan yayına bilərsiniz. Əgər bütün cəhdləriniz alınmazsa barmaqlarınızı göstərərək sayın, ürəkdən gülün və söhbəti dəyişdirin.

Yalan 2

İş yoldaşlarınızdan birini bəyənirsiniz…

Getdiyiniz yerlərdə və ya iş yerinizdəki oğlanları bəyənməyiniz təbi haldır. Lakin sevdiyiniz insan sizinlə eyni fikirdə olamaya bilər. Əgər sevdiyiniz insan belə məlumatları bilməkdən narahat olan biridirsə, belə şeylərdən danışmaq münasibətinizdə güvəsizlik yarada bilər. Bizə ünvanlanan təcrübələrdən sizinlə bölüşürük. Məsələn; 28 yaşındakı Günay, “çox yaraşıqlı bir oğlanın bizimlə işləməyə başladığını dedim. Bunu zarafatla dedim amma o bunu belə qəbul etmədi. İndi işlə bağlı harasa gedəndə, şüpələnirmiş kimi o oğlanında gəlib gəlmədiyini soruşur” deyərək peşmançılığını dilə gətirir. Bəyəndiyiniz insana olan marağınız sərhədi aşmadıqca, bu barədə özünüzü günahkar hiss etməyinizə ehtiyac yoxdur.

Yalan 3

Problemləri özüm həll edə bilərəm!

Yaşadığınız müəyyən problemləri onunla bölüşməyiniz çox gözəldir, amma bir yerə qədər. 26 yaşındakı Aytən “Keçən il işdə müəyyən problemlərim oldu. Bu problemləri həll etmək yerinə hər axşam sevdiyim insana şikayət etdim və bunu ona necə təsir etdiyini belə fikirləşmədim. Bir gün problemlərim olduğu üçün ehvalımın pis olmasını başa deşdünüyü, lakin deyingən bir insan olmağımdan xoşu gəlmədiyini dedi. O gün müəyyən şeyləri ona danışmaqla onun mənim haqqımdakı fikirlərini dəyişdirdiyimi anladım”.

Yaxşı bunu necə həll etmək olar? Hər zaman hər şeyin mükəmməldirmiş kimi görünsün demirik. Burada sirr, minimalist olmalısınız. Problemi həll etməyə çalışdığınıza lakin ondan kömək gözlədiyinizi açıqca bildirin.

Yalan 4

Bədənimi çox sevirəm…

Baldırlarınızın böyüklüyü, və ya köklüyünüzlə bağlı sıxıntılarınızı ona deməyiniz, onda nə qədər səhv bir seçim etdiyi fikrini yaradar. Bəlkədə bədəninizlə əlaqəli heç bir probleminiz yoxdur, amma sevdiyiniz insanın bədəninizi bəyənmədiyini fikirləşirsiniz. Amma yenə də bunu onunla bölüşməyin. Kişilər, mükəmməl olmasa da öz bədənlərini bəyənən qadınları sevirlər.

Yalan 5

Qarışıq keçmişim keçmişdə qaldı…

Bəzi insanlar əvvəl yaşadıqları sevgiləri danışmaqdan çəkinməzlər. Lakin hər dəfəsində səhv və uğursuz sevgi yaşadığınızı deməyiniz qarşınızdakı insanda sizin haqqınızda səhv fikir yarada bilər və sonradan bu fikirləri dəyişməyiniz çətin ola bilər.

Əgər bu barədə məlumat vermək fikirinizdəsinizsə də, bunu danışandan sonra mütləq yaşadıqlarınızdan dərs çıxartdığınızı vurğulayın.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

1 şərh on "Münasibətinizi xilas edəcək 5 ağ yalan"

  1. Gunel on Fri, 11th Jun 2010 12:56 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Salam,

    Maraqli idi…))

    Yalan 1 – Melumatlandrmaq lazimdi mence, ama detallarina varmaq lazim deyil…Eslinde bunu sorusmaq duzgun deyil…bu kimi sualarin evezinde…”Kimse var idise kecmishde qaldi…sen menim bugunumsen. Sabahim da olsa men cox xosbext olaram ))))))))))))” demek kifayetdi mence…men bele deyerdim)))

    Yalan 2 – Bele sey olmaz, raziyam, subhler insani, agaci qurd icinden yeyen kimi yeyer, buna serait yaratmaq olmaz…

    Yalan 3 – Mence qarsimizdakilara (yani kisileri)nese demekden daha yaxsi, onlari dinlemek vacibdir…Eger dinlemeyi bacaran birisinizse, qarsinizdakini dinlemeyi bacarirsinizsa, o zaman sizi tebrik edirem…

    Yalan 4 – Raziyam, qusurlari qabartmaq belke de partnyorun ciddiye almadigi qusuru onun gozunde boyutmek kimidir…

    Yalan 5 – Bu haqda fikrimi bildirdim…

    Sonda…bugun cumedir (cumeniz mubarek))))
    heyat gozeldir (butun eybecerlikeli ile birge))))
    yalanla da olmur, yalalnsiz daaa)))) 😉

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.