Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Mükəmməl qadın olmayın!

 tərəfindən  2 June, 2010 tarixində və Dost Məsləhəti, MƏSLƏHƏTXANA, Qadınlara Özəl, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Qadın olmaq çətin deyilmiş kimi hələ birdə “mükəmməl qadın olmaq” cəhdləri ömrünüzü daha az bir vaxta məhv etməkdən başqa bir işə yaramayacaqdır. Evlenirik.Biz Sizlərə həqiqəti əks etdirir. Budur, mükəmməl qadının modeli və onu gözləyən təhlükə!

Mükəmməl qadın necə olur ?

1) Əvvəlcə yaxşı bir övlad olar. Qadınlıqla bağlı məlumatlar uşaqlıqdan öyrədilir.  Qız uşağı olaraq edə biləcəklərin və edə bilməyəcəklərin  barədə dəqiq məhdudiyyətlər vardır. Eyni vaxtda yaxşı bir “ev xanımı” ola bilmək üçün böyüklərimizdən ev işləri dərsi almağa başlayırıq, ancaq yaxşı bir ev xanımı olmaq elə də asan iş deyil. Təmizliyin dib bucağını, dizaynın ən gözəlini, ütünün ən yaxşısını, yeməyin ən ləzzətlisini edə biləcək bir səviyyədə olmalısınız. Hələ birdə gələn pulla evi dolandırmaq, hətta kənara pul qoymaq kimi bir bacarığınız olmalıdır.

2) Ev xanımlığını bacardınızsa, növbədə yaxşı bir həyat yoldaşı olmaq var. Həyat yoldaşınız nə etsə də “evimin dirəyidir” deyib susmalısınız. Onun azadlığı limitsiz olacaq, “ləb” deyəndə ləbləbi başa düşüləcək, bir əli yağda digər əli balda olması təmin olunacaq. Yoldaşınızın geyinəcəyi paltarlara görə də siz cavabdehsiniz. Cinsi əlaqələrinizdə problemlər olsa da şikayət etməyəcəksiniz. Yataq otağında sahib olduğunuz ucsuz-bucaqsız sərbəstliyi başqa heç bir sahədə tələb etməyəcəksiniz.

3) Bu dərsdən də uğurla keçdinizsə, növbə yaxşı bir ana olmağa gəldi. Uşaqlarınızı vətənə, millətə xeyirli bir övlad olaraq böyüdəcəksiniz. Məktəbindən tutmuş dostlarına qədər ən kiçik detalla maraqlanacaqsınız. Uşaqlarınızın etdiyi səhvlər sizin gündəliyinizdə mənfi qiymət olaraq yer alacaq.

Mükəmməl qadının gələcəyi son nöqtə mutsuz qadındır.

Həyatını başqalarına həsr edən və sadəcə ətrafdakılar üçün yaşayan bir qadın, xoşbəxt olmaz. İnsanlar rahata tez öyrəşirlər. Həyatınızdakı insanların da məsuliyyətlərini üstələnərək onlara edəcəkləri bir iş buraxmadığınızdan, daha sizi izləyib, sevməzlər. Əksinə bir müddət sonra etdiklərinizin sizin vəzifəniz olduğunu fikirləşib, hesab soruşarlar. Uşağınızın rəsm dərsini edərək, yoldaşınızın təmir etməsi lazım olan krantı təmir edərək, qarşı tərəfə edəcək bir iş buraxmamış olursunuz. Bunları edərək həm onların inkişafını, həm də paylaşmanı ortadan qaldırmış olursunuz. Hər insanın təqdir edilməyə və özünü lazımlı hiss etməyə ehtiyacı vardır. Bunları onların əllərindən aldığınız üçün bu zövqü başqa yerdə axtarmağa başlayırlar.

Mükəmməl amma tənha

Mükəmməl qadınların həyatları əsasən uğursuz əlaqələrlə sona çatar, xüsusilə sevgi münasibətlərində əziyyət çəkərlər. Qüsursuz qadınlar, aldadılar, tərk edilər və hər cəhətdən xəyanətə məruz qalarlar. Yəqin ki, ətrafınızda qibtə ilə baxdığınız cütlüklər vardır. Bir gün kişinin həyat yoldaşını tərk edib qat-qat çirkin bir qadına getdiyinin şahidi olursuz. Kənardan bunu heyrətlə qarşılaya bilər və adamı qınaya bilərsiz. Lakin klonun digər üzünü görməmisiniz.

Mükəmməl qadın özündən vaz keçən qadındır

Başqaları üçün yaşamaq, öz ehtiyaclarından əl çəkmək, onların sevdiyi şeyləri etmək, gərəksiz fədakarlıqlar etmək, təxmin etdiyiniz kimi təqdirə layiq görülməz.

Mükəmməl qadın olmağa çalışarkən ətrafınızdakıları da mükəmməlləşdirməyə çalışdığınızın fərqinə belə varmırsınız. Onların səhvlərini düzəltmək, onları öyrətməyə çalışmaq, hər sahədəki boşluğu doldurmaq, qarşı tərəfi yox saymaq mənasını bildirir. ətrafınızdakıların var olmaq cəhdlərinə, səhv edərək öyrənmək istəyinə mane olmaq deməkdir. Həyat yoldaşınız, övladlarınız, rəfiqələriniz hətta dostlarınız belə zaman zaman sizdən uzaqlaşacaqlar.

Hər sahədə yaxşı olmayın, insan mükəmməl olmayan bir canlıdır.

Özünüzü olduğunuz kimi sevdirməyə çalışın

Buraxın içinizdəki əksik və səhv yönləriniz üzə çıxsın. Siz mükəmməliyi əldə etməyə çalışarkən həyat axıb gedir. Həyatınızın sonlarında mükəmməl amma tənha bir qadın olmaq istəmirsinizsə, qüsursuz həyat fikrindən can qurtarın. Əksikləriniz və səhvlərinizlə özünüzü sevin. Siz özünüzü dəyərli hiss etməz və sevməzsəniz başqalarından bunu gözləməyin.

Evlenirik.biz olaraq ümid edirik ki, bu yazımızdan sonra bir çox komplekslərinizdən can qurtara biləcək və olduğunuz kimi görsənəcəksiniz…

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

3 şərh on "Mükəmməl qadın olmayın!"

  1. Gunel on Wed, 2nd Jun 2010 3:06 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Minnetdaram,

    Cox, cox maraqli idi. Yazana, yerlesdirene ve serh yazacaqlara tesehkkurler!

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. charming on Fri, 4th Jun 2010 11:20 am 

    Çox saq olun Gunel xanım. Bu bizim insanların umumi problemidir mencə hər zaman mükəmməl gorsənməkçün heyatda birçox şeylərdən kecirlər. Tesüflər olsun…

  3. Küstümotu on Wed, 7th Jul 2010 8:51 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Cox maraqlı və həqiqətə uyğun fikirlərdir.Fikirləşdim ətrafımda bu cür qadınlar coxdur,amma dəyməz, həqiqətən də dəyməz.Niyə biz qadınlar ailənin mükəmməl olması üçün bütün yükü öz çiynimizə götürməliyik? Ailə dediyimiz bütün fərdləri ilə ailədir vəbu yük bərabər paylanmalıdır. Sizinlə tam razıyam,yazıya görə çox sağ olun.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.