Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Müğənni Yeganə toy dəvətnamələrini paylayır

 tərəfindən  21 April, 2010 tarixində və Şou-Biznes, TOY, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Aprelin 29-da Bakıda müğənninin qız toyu olacaq.

Türkiyə şou-biznesində azərbaycanlı müğənni kimi uğurlu layihələri ilə seçilən və yeniliklərdən yorulmayan Yeganə bu dəfə şəxsi həyatında yenilik etmək qərarına gəlib. Belə ki, bu günlərdə müğənninin uzun müddətdir gözlənilən toy dəvətnamələrini payladığı məlum olub.

Müğənninin mətbuat katibi Lent.az-a bildirib ki, Yeganə gələn həftə – aprelin 29-da ailə həyatı quracaq. Toy mərasimində Yeganənin geyinəcəyi gəlinlik paltarı Azərbaycanda modelyer tərəfindən hazırlanıb. Müğənninin aprelin 29-da Bakıda qız toyu, mayın ilk günlərində isə Türkiyədə oğlan toyu olacaq. Artıq neçə ildir qardaş ölkədə yaşayan və Türkiyə şou-biznesində uğurla addımlayan müğənni Yeganə elə nikaha da orada daxil olacaq. Bakıdakı qız toyunun səhəri günü isə Yeganə və həyat yoldaşı Fatih Türkiyəyə yollanacaq.

O iki qaldı toyun media vasitəsilə işıqlandırılmasına, bəzi müğənnilərdən fərqli olaraq, Yeganə yalnız toyun ilk 15 dəqiqəsində foto və kamera çəkilişinə icazə verəcək.

Xatırladaq ki, Yeganə artıq iki ildir türkiyəli iş adamı Fatihlə nişanlıdır.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.