Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

“Miss Azərbaycan-2010” seçiləsi olmadı

 tərəfindən  22 May, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

“Miss Azərbaycan-2010” müsabiqəsinin mayın 23-də Heydər Əliyev Sarayında keçiriləcək qala konserti və qalibin seçim turu təxirə salınıb.

Bu barədə Lent.az-a müsabiqənin mətbuat xidmətindən bildiriblər. Müsabiqənin təxirə salınma səbəbləri bu gün saat 13:00-da keçiriləcək mətbuat konfransında açıqlanmalı idi. Lakin bir neçə dəqiqə əvvəl mətbuat konfransının da təxirə salındığı məlum olub.

Müsabiqənin mətbuat xidməti bunun səbəblərini bilmədiyini və heç nədən xəbəri olmadığını söyləyib. Məsələ ilə əlaqədar mətbuata dəqiq məlumatın nə vaxt veriləcəyi də hələlik bilinmir. Müsabiqənin direktoru ilə əlaqə yaratmaq cəhdlərimiz də boşa çıxdı.

Qeyd edək ki, “Nur production”ın təşkilatçılığı ilə keçirilən yarışmanın qala konsertini aparıcı kimi Rusiyanın tanınmış teleaparcısı Leonid Yakuboviç idarə etməli idi. Bundan başqa, şouda “Ricchi e Poveri” və “Morandi” kimi məşhur qrupların iştirakı da nəzərdə tutulurdu. Mətbuat xidməti qonaqların hər birinə dəvətnamələrin və biletlərin göndərildiyini desə də, onların Bakıya gəlib-gəlməməsindən xəbərsizdir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.