Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Maykl Cekson vəfat edib

 tərəfindən  26 June, 2009 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Maykl CeksonBeynəlxalq xəbər agentliklərinə istinadən məlumatlara görə, 51 yaşlı məşhur musiqiçi iyunun 25-də Los-Ancelesdə dünyasını dəyişib. İlkin məlumatlara görə, iyunun 25-də günorta saatlarında Maykl Ceksonun (Michael Jackson) ürəyi dayanıb.

Koma vəziyyətində Los-Ancelesin “UCLA Medical Center” xəstəxanasına çatdırılan musiqiçini həkimlər xilas edə bilməyiblər.

Los-Ancelesin hüquq-mühafizə orqanları artıq M. Ceksonun vəfat etdiyini rəsmən təsdiqləyiblər. Televiziyanın birbaşa efirindən Maykl Ceksonun iyunun 25-də yerli vaxtla saat 14.26-da (Bakı vaxtı ilə iyunun 26-sı saat 02.26-APA) dünyasını dəyişdiyi bildirilib.

Kaliforniyanın qubernatoru Arnold Şvartsenegger xüsusi bəyanatında dünya musiqisinin simvollarından birinin vəfatından sarsıldığını və dərin kədər hissi keçirdiyini deyib.

Maykl Ceksonun ölüm xəbərini eşidən pərəstişkarları xəstəxanaya axın edirlər.

Artıq pop musiqinin kralının ölümünün ilkin səbəbləri də açıqlanıb. Xəbər agentliklərinin həkimlərə istinadən verdiyi məlumata görə, Maykl Cekson növbəti dəfə ağrıkəsici demerol preparatı qəbul etdikdən sonra halı pisləşib, nəfəsi dayanıb. Yanında olan şəxsi həkimi ona süni nəfəs verib və təcili yardım çağırıb. 8 dəqiqədən sonra gələn həkimlər lazımi tədbirlər görməyə başlayıblar. Həkimlər yol boyu onun ürəyini işə salmaq istəsələr də, buna nail ola bilməyiblər.

İlkin diaqnoz ürək dayanmasıdır.

Keçirdiyi əməliyyatların ağır nəticələri sənətçinin əsəblərinin pozulmuş, ürəyinin zəifləməsinə, ən əsası isə dərisinin dəyişmə əməliyyatının mənfi təsiri nəticəsində  onun psixologiyasında da pozğunluq nəzərə çarpırmışdır.

Ceksonlar ailəsinin vəkili Brayan Oksmen (Brian Oxman) AFP-yə bildirib ki, M. Cekson iyulun ortalarında keçiriləcək London konsertində formada olmaq üçün müntəzəm olaraq güclü təsiri olan preparatlar qəbul edib. Vəkil müğənninin ölümünün gözlənilməz olmadığını da söyləyib.

Qeyd edək ki, pop-ulduz iyulun 13-dən başlayaraq Londonda 50-dək silsilə konsert verməyi planlaşdırdı. Konsertin biletləri internet vasitəsilə ani olaraq satılıb. Maykl Ceksojn son günlər Los-Ancelesdəki evində London konsertinin məşqlərini edib.

1958-ci ildə ABŞ-da anadan olan Maykl Cekson ilk dəfə səhnəyə 40 il əvvəl öz qardaşları ilə “The Jackson 5” kollektivi ilə çıxıb. 1972-ci ildə yazdığı “Ben” sinqlı Amerika hit-paradında birinci olub.

Onun ən uğurlu albomu isə 1982-ci ildə buraxdığı və indi də məşhur olan “Thriller” albomudur.  Triler albomu xüsusi maliyyə gəliri gətirməsi ilə Ceksona bir sıra mükafatlar qazandırmışıdır.

Ona qarşı irəli sürülmüş azyaşlılara qarşı əxlaqsız hərəkətlər etməsinə ilə bağlı ittiham üzrə məhkəmə prosesi 2005-ci ildə başa çatıb. Məhkəmə M. Ceksonun günahsız olduğunu üzə çıxarıb. Həmin vaxtdan Maykl Cekson insanlar arasında az-az görünürdü.

Pop ulduz əbədi olaraq sevənlərinin ürəyində  öz abidəsinin qoyub getdi. Dostları və onu sevənlər böyük izdihamla onun dəfn mərasiminə hazırlaşırlar və evi qarşısında böyük kütlə yığımı vardır. 2009-cu ilin ən gözlənilməz itkisi Cekson oldu. Müsəlman əsili Cekson özünü islam dünyasının sakini olan bir nümayəndə kimi Amerikada bir sıra ibadət evinin tikintisinə sərmayə yatırmış və qara dərili simasından ağ dəriyə çevrilmişdir.  O, ölmədi, ölümü ilə bir tarix yazdı bu günə.

APA  və
Aysel Bayramova – Evlenirik.BİZ

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

1 şərh on "Maykl Cekson vəfat edib"

  1. dream on Sat, 27th Jun 2009 11:07 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Onun ölümü mənə və əminəm ki,çox insanlara pis təsir edib.O doğrudan da sözün əsl mənasında dünya əfsanəsi,əsl ulduz idi.İndiki özünə ulduz adı qoyanlar ona baxıb utansınlar.Cekson və onun musiqiləri,şedevrləri heç vaxt ,amma heç vaxt unudulmayacaq…………Allah ona rəhmət eləsin:((((

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.