Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Meymun pəncəsi – 7-ci hissə

 tərəfindən  25 June, 2009 tarixində və Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

monkeys paw

…..

Qoca ona xatırlatmağa çalışdı: (Onun səsi titrəyirdi…) “Əzizim, oğlumuz artıq 10 gündür ki ölüb” Sən onu tanıya bilməzsən, həm də o dəzgaha düşüb…anlamağa çalış!

“Oğlumu geri istəyirəm!” qadın qışqırdı və dedi: “Düşünürsən ki, böyütdüyüm övladımdan qorxacam??? Get sənə deyirəm…!”

Qoca qaranlıqda pilləkənlərlə aşağı düşdü. 10 gün ərzində məzarda qalmış oğlunun geri dönəcəyini düşünəndə bədənini soyuq tər basdı…hətta qapının istiqamətini də itirdi…Qoca yataq otağına gəldi…qadının ağarmış üzündəki ifadədən də qorxdu…

Dilə!” qadın uca səslə qışqırdı.

Qoca:  “Bu axmaqlıqdır,”

Dilə!” qadın əsəbi halda təkrarladı.

Qoca sağ əlini qaldırdı . “Mən oğlumu dirilib geri dönməsini istəyirəm!!!.”

Pəncə yerə düşdü. Qoca qorxudan yatağında əyləşdi…qorxurdu…Qadın isə pəncərəyə yaxınlaşdı…eynəyini çıxartdı…ümidlə yola baxdı.

Qoca soyuqdan titrəyirdi…pəncərən önündə var-gəl edən arvadının kölgəsinə tamaşa edirdi…

Şam söndü… Qoca pəncənin arzunu yerinə yetirməyəcəyinə ümid edərək yatağına girdi.

Bir neçə dəqiqə sonra qadın da sakitcə yatağa girdi…İkisi də susmuşdular. ..Pilləkən cırıldadı…siçan divarın küncündən qaçdı…qoca qalxdı…kibrit yandırdı…şam gətirmək üçün aşağı endi.

Pilləkənləri enən zaman kibrit söndü. Qoca digərini yandıran zaman…

Tıqqıltı…sakit… oğrun …lakin eşidilə biləcək tıqqıltı səsləndi qapıda.

Kibrit qocanın əlindən düşdü. O hərəkətsiz dayandı. Qorxdu…

Növbəti tıqqıltı…

Qoca geri döndü…iti addımlarla pilləkənləri qalxdı. Tənginəfəs yataq otağına girib qapını bağladı.

Üçüncü tıqqıltı isə bütün evi bürüdü…

Bu nədir?” qadın qışqırdı.

“Siçovul,” qoca titrək səslə: “Pilləkənlərdə yanımdan ötdü”.

Qadın səsi dinləməyə çalışdı. Davam edən tıqqıltı bütün evi bürüdü…

“Aaah bu Herbertdir!!” qadın çığırdı. “Bu Herbertdir!”

Qadın qapıya qaçdı. Qoca onu yolunu kəsdi…qadını güclə saxlamağa çalışdı….

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.