Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Meymun pəncəsi – 6-cı hissə

 tərəfindən  24 June, 2009 tarixində və Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

monkeys paw

…əvvəli 5-ci hissədə…

Cavab: “200 funt sterlinq”

“Xanımının dəhşətli çığırtısından qoca Uayt döşəməyə yıxıldı…”

Növbəti gün … böyük məzarlıqda qocalar oğullarını dəfn etdilər…ölü sakitliyin hökm sürdüyü evə döndülər. Hər şey elə anidən baş vermişdi ki, qocalar həqiqəti hələ də qəbul edə bilmirdilər…Bu ağırlığı yüngüldə biləcək çarə tapa bilmirdilər…Bütün ümidlər qırılmışdı…Ürək tab gətirə bilmirdi…

Günlər keçirdi…qocaların danışmağa nə mövzusu var idi, nə də arzusu…

1 həftə keçdi…

Günlərin bir günü gecə, qoca Uayt arvadını yatağında görmədi…Otaq qaranlıq idi…Yatağında əyləşdi …Bayırdan ağlamaq səsi gəlirdi… Qoca pəncərədən baxdı…

“İçəri gəl…soyuqlayacaqsan…”

Ana göz yaşı içində: “İndi Mmnim oğluma daha da soyuqdur…”

Yataq isti idi…qoca Uaytın göz qapaqları yuxuya güc gələ bilmədi…o yuxuya daldı….

Qəfildən arvadı qışqırdı…qoca dəhşət içində oyandı.

“Pəncəə!” – qadın ucadan qışqırdı: “Meymun pəncəsi!” – yüyürərək yoldaşının yanına gəldi…və sakitcə dedi: “Onu mənə ver! Onu məhv etməmisən, elədirmi?”

Qoca: “Qonaq otağındadır. Amma nə olub? Nə üçün?”

Qadın qışqırdı və ucadan güldü, əyilib qocanın yanağından öpdü. 

“Mən niyə bunu əvvəlcədən düşünməmişəm? Bəs sənin ağlına nə üçün gəlməyib?” 

“Nə haqqında?” qoca soruşdu.

“Digər 2 arzu” qadın tez cavab verdi: “Biz yalnız bir arzu diləmişik.”

“Bu sənə kifayət etmədimi?” qoca qəzəblə cavab verdi.

“Yox…”  qadın çığırdı: “Get pəncəni qonaq otağından gətir və arzu dilə ki, oğlumuz geri qayıtsın!…oğlumuz dirilsin!”

Qoca qəzəblə yatağından qalxdı və dedi: “Sən dəli olmusan, dəli!”

Qadın: “Get, get sənə deyirəm…gətir onu…ah oğlum …mən səni geri istəyirəm…” 

Qoca şam yandırdı və qəzəblə dedi: “Sən yatağına get…artıq bilmirsən nə danışırsan…”

“Bizim ilk arzumuz həyata keçdi,” qadın yalvardı: “İkincisi niyə keçməsin ki…” 

“Get gətir onu və arzu dilə,” qadın həyəcanlı halda qışqırdı….

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.