Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Meymun pəncəsi – 5-ci hissə

 tərəfindən  23 June, 2009 tarixində və Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

monkeys pawQoca Uaytın sərt cavabından sonra xanım Uayt susdu. Sükut….

Qəfildeə xanım Uaytın gözləri içəri girməyə tərəddüd edən qəribə bir adamı sezdi. Hələ də 200 funt sterliq haqqında düşünə-düşünə qəribə adamın yaxşı geyimli olduğunu da sezə bildi. İpək şlyapa…səliqəli geyimli…Həmin müəmmalı şəxs 3 dəfə qapıya yaxınlaşıb, yalnız qapını döyməyə cürət etmədi. Xanım Uayt onu yerindən müşahidə edirdi. 4-cü cəhddə naməlum şəxs qapını açdı və içəri daxil oldu. Xanım Uayt ayağa qalxdı, tez önlüyünü çıxartdı və naməlum kəsi otağa dəvət etdi…Naməlum kəs sirli şəkildə xanım Uayta baxırdı. Xanım Uayt isə evdəki səliqəsizliyə görə üzr istəyirdi…naməlum kəs isə susurdu. Qoca Uayt da maraqla naməlum şəxsə baxırdı.

Naməlum nəhayət: “Mən Mau və Meggins (fabrik)-dən gəlirəm. (Herbert orada işləyirdi…)

Xanım Uayt həyəcanla: “Nəsə baş verib? Herbertə nəsə olub? Nə baş verib axı?…”

Qoca Uayt müdaxilə etdi: “Xanım dayan bir, səbr et! Tələsik qərar vermə! Cənab, siz pis xəbərlər gətirmisiz…mən əminəm…”

“Çox üzr istəyirəm!” qonaq cavab verdi.

“O yaralıdı?” – xanım Uayt cavab tələb etdi.

Qonaq başı ilə “Bəli” – işarə etdi. “Ağır yaralıdı, lakin…mm…o ağrı hiss etmir.”

“Ah… Allaha şükür! Allaha çox şükür!”

Xanım Uayt deyilmiş sözlərin qəddar mənasını qəfildən anladı…Qarşısındakı elçi öz göz yaşları ilə xanım Uaytın qorxusunu təsdiqləmiş oldu…

Xanım Uayt udmağa hava tapmadı, döndü və yerindəcə donub qalmış qoca Uayta baxdı…Sükut!

Qonaq asta səslə: “ O dəzgaha düşüb!”

“Nəəə? Dəzgaha düşüb?” qoca Uayt qışqırdı…

 “Bəli!”

Bu dəhşətli xəbəri eşitdikdən sonra Qoca Uayt əyləşdi…xanımının əllərini əlində tutaraq boş nəzərlərlə xeyli müddət pəncərədən baxdı və böyük çətinliklə dedi:

“O, bizim yeganə övladımız idi…”

Xanım Uayt gözlərini qoca Uaydan çəkmirdi…sanki xəbərin yanlış olduğunu eşitmək istəyirdi.

Qonaq: “Anlayıram …bu çox ağır itkindi…lakin fabrik rəhbərləri sizin qədər məyus olublar və sizə maliyyə dəstəyi göstərmək istəyirlər…üzr istəyirəm, mən sadəcə vasitəçiyəm və onların əmrlərini yerinə yetirirəm

Qocalar eşidə biləcəkləri ən pis xəbəri gətirən qonağa dəhşətli baxışlarla baxdılar…

Hər ikisi: “Nə qədər?” …..

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.