Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Meymun pəncəsi – 4-cü hissə

 tərəfindən  22 June, 2009 tarixində və Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

monkeys pawMüəllif (W.W. Jacobs) Meymun pəncəsi 

Beləliklə, qoca Uayt pəncəni cibindən çıxartdı və qətiyyətsizlıklə ona baxdı.

“Bilmirəm nə arzu diləyim?”- astaca dedi: “Mənə elə gəlir mən istədiyin hər şeyə sahibəm”

Herbert: “Əgər evi təmir etdirsək əla olar, elə deyilmi?hmm…sadəcə 200 funt sterlinq dilə…”

Qoca Uayt gülümsədi, talismanı götürdü, piano arxaşında əyləşdi və 1 neçə təsirli akkord səsləndirdi.

“Mən 200 funt sterlinq diləyirəm!”, qoca qətiyyətlə dedi. Elə bu zaman pəncərə tərpəndi. Ana və oğul qocaya tərəf qaçdılar…

“Aaa…pəncə…o tərpəndi…”    Sükut…

“Hmm… mən pul görmürəm”, Herbert təəssüflə bildirdi. Bir az gözlədilər….“Eh, daha pəncənin sehrli olduğuna inanmıram.”, Herbert dedi.

Xanım Uayt: “Görürsən, bu sənin fantaziyanın məhsulundan başqa bir şey deyil, qoca!”

Qoca başını yellədi və dedi: “Eyb etməz, ən azından ziyan da gəlmədi bu pəncədən…”  

Beləliklə, ata və oğul  yarımçıq qalmış oyunlarını bitirmək üçün yenə də ocağın yanında əyləşdilər. Bayırda isə külək əvvəlkindən daha bərk əsirdi. Cansıxıcı sakitlik o zaman sona yetdi ki, qoca cütlük yataq otaqlarına yollandılar.

Herbert: “Ata, ümid edirəm ki, çarpayının yanında içi pul dolu çanta tapacaqsan))))…” O sakit qonaq otağında əyləşdi. Ocağa baxırdı…odda sanki müxtəlif simalar görürdü…Son gördüyü üz elə qorxunc idi ki, Herbert təccəccüb və dəhşətlə baxırdı…Üz qeyri-adi gülümsəyirdi…Herbert masanın üstündən 1 stəkan suyu götürüb oda atdı…Sonra pəncəni götürdü…əlləri titrədi…onu dərhal tulladı…əlini pencəyinə sildi və otaqdan iti addımlarla çıxdı…

Növbəti qış səhəri süfrə arxasında Herbert şən idi və baş vermişlərə ucadan gülürdü…Dünənki cansıxıcı hadisə unudulmuşdu və pəncə dolabın küncündə lazımsız əşya kimi dururdu.

Xanım Uayt: “Mənə elə gəlir ki, bütün qoca əsgərlər eynidirlər. Onun danışdığı mənasız hekayəyə inanmaq axmaqlıq idi…indiki zamanda arzular necə belə asan yolla hətaya keçə bilər..?”

Qoca Uayt fikirli halda: “Morris elə inandırıcı danışırdı ki…”

Herbert istehza və zarafatla: “Mən gəlincə pulları xərcləməyin haa…))”…masadan qalxdı. “Qorxuram ki, bu fikir səni tərk etməyəcək…)))”

Xanım Uayt qəhqəhə çəkdi və Herberti qapıya ötürdü. Herbert döngədə gözdən itənədək onun arxasınca baxdı…süfrəyə qayıtdı…dedi:

“Herbert bu mövzuda hələ çox zarafat edəcək… ”

Qoca Uayt: “And içirəm ki, pəncə əlimdə tərpəndi…”

Xanım Uayt: “Yox, bu sənin təxəyyülündür.”

Qoca Uayt: “Xeyr! Mən buna tam əminəm. Mən sadəcə…ah…axı nə baş verir?”

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.