Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Meymun pəncəsi – 2-ci hissə

 tərəfindən  19 June, 2009 tarixində və Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

monkeys pawMüəllif (W.W. Jacobs) Meymun pəncəsi
Beləliklə, Cənab Tom Morris rahat və isti qonaq otağına daxil oldu…xanım Uyata təqdim edildikdən sonra dostlar əyləşib keçmiş zamanları, əsgərlik xatirələrini yada saldılar. Herbert və anası maraqla bu iki macərapərəsti dinləyirdilər. Daha sonra Cənab Morris öz səyahətlərindən danışmağa başladı…sən demə bu serjant dünyanın əksər ölkələrində olub. Onun ən maraqlı macəraları isə Hindistan ilə bağlı idi…

Beləliklə, Morris dayanmaq bilməyən yağışın müşayəti ilə öz söhbətlərinə davam etdi…Başına gələn əhvalatların birində əlinə təsadüfən keçmiş meymun pəncəsi haqda danışdı. Dinləyicilərin böyük marağına səbəb olan meymun pəncəsini, nə qədər təəccüblü olsa da Morris cibində gətirmişdi..Yalnız dinləyənlər hələ bundan xəbərdar deyildilər. Morris pəncənin sehrli olduğunu deyəndə Uayt ailəsi bu əhvalata qeyri-ciddi yanaşdı…Yalnız Morris, sözlərinin həqiqət olduğunda təkid etdi…eyni zamanda bu pəncə haqda söhbətin açılması onu yaman narahat edirdi…təsadüfən açılmış söhbətdən yayınmağa çalışırdı. Yalnız Uayt ailəsini bürüyən maraq və pəncə ilə bağlı verilən bir çox suallar Morrisin hadisəni gizlətmək məqsədinə qalib gəldi…Nəhayət o hadisəni danışmağa başladı…

Sən demə bu meymun pəncəsini Morrisin dostuna bir qoca hindli veribmiş və pəncə sehrli imiş…sehr ondan ibarət imiş ki, pəncə sahibinin 3 arzusunu yerinə yetirirmiş…lakin eyni zamanda sahibinə bədbəxtlik gətirirmiş…

Sehrli meymun pəncəsi Uaytlar ailəsini çox maraqlandırdı və pəncənin bədbəxtlik gətirməsini dinləmədilər heç… Morris əlindən gələni etdi, yalnız ailənin marağını söndürə bilmədi və dedi…

Morris: “Mən artıq 3 arzu diləmişəm və hər üçü həyata keçib, yalnız bədbəxtlik gətirib sadəcə yalnız məndən qabaq dostum da bədbəxtliklə qarşılaşıb. Onun ilk iki arzusu haqda heç nə bilmirəm, yalnız onu bilirəm ki, 3-cü dəfədə o, ÖLÜM arzulayıb.”

Onun sözlərində elə bir dərin hüzn var idi ki…

“Əgər sən artıq 3 arzunu diləmisənsə, o zaman bu pəncə artıq sənə gərək deyil”, qoca Uayt dedi: “Nə üçün onu saxlayırsan? və… bir daha 3 arzu diləmək şansın olsaydı, bunu yenə təkrar edərdinmi?”

“Bilmirəm…”, Morris cavab verdi…

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.