Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Meymun pəncəsi – 1ci hissə

 tərəfindən  18 June, 2009 tarixində və Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

monkeys pawMüəllif (W.W. Jacobs)  Meymun pəncəsi

Dəhşətli gecə idi. Yağış dənələri pəncərəyə elə döyəcləyirdi ki, sanki evə hücum edirdilər. Qəzəbli buludlar şəhərin üzərindən uzaqlaşmaq bilmirdilər…sanki bu gecənin hansı dəhşətlər gətirəcəyindən xəbərdar idilər…

Uaytlar ailəsi isə çox da geniş olmayan isti və rahat qonaq otağında əyləşmişdilər. Onların qonaq otaqlarında cah-calaldan əsər-əlamət yox idi… Zənginlik buraya yolunu unutmuşdu sanki… əvəzində isə bu ailədə hər gün rast gəlinməyən mehribanlıq, dostluq və hüzur hökm sürürdü…Uaytlar ailəsinin üzvləri artıq yaşlanmış Cənab Uayt, onunla xoşbəxt ömür sürən, hər zaman sevincini və kədərini bölüşən xanım Uayt və gec yaşlarında dünyaya gəlmiş 23 yaşlı oğulları Herbert idi.

İsti qonaq otağında ata ilə oğul ən sevimli əyləncələri olan şahmat oynayırdılar… Xanım Uayt isə onları böyük sevinclə izləyirdi… Həyat yoldaşı və oğlunun belə mehriban olması onu çox sevindirirdi…

Beləliklə, Uaytlar üçün bu axşam xüsusi bir axşam idi. Belə ki, cənab Uayt əsgərlik dostunu evə dəvət etmişdi…Cənab Morris bu saniyələrdə gəlib çıxmalıydı…Cənab Uayt bunu yaxşı bilirdi… Serjant Morris təyin etdiyi görüşlərə və dəvət olunan yerlərə heç vaxt gecikməzdi…

Sükut pozuldu…tələsik addımlarla kiminsə qapıya yaxınlaşmasını duydular ev sakinləri…qapı döyüldü…Herbert gələn qonağı qarşılamaq üçün oyunu yarımçıq saxlamalı oldu…Bəli…gələn cənab serjant Morris idi… Herbert qonağı təmtəraqla qarşıladı…Xanım Morris heç vaxt görmədiyi, amma haqqında çox maraqlı şeylər eşitdiyi qonağı görmək üçün səbirsizlənirdi…

Qonaq otağına hündürboy, qırmızısifət, ağır baxışlı bir nəfər daxil oldu.. Hər şey ele bu andan başladı….

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.