Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Mən müstəqiləm

 tərəfindən  18 October, 2011 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Mən müstəqil Azərbaycan Respublikasının azad fikirli, sərbəst, geniş düşüncə tərzinə malik olan, ölkəmin Avropaya və dünyaya inteqrasiyasında özümə məxsus xidməti olan, vətənini və onun daxili qanunlarına hörmətlə yanaşan, insanpərvərliyinə və dostcasına münasibətinə görə bütün xalqlar arasında fərqlənən müstəqil Azərbaycan vətəndaşıyam.

Bu gün müstəqiləm çünki sərbəst fikrimi, ifadələrimi, sözümü geniş miqyasada və böyük arenada təbliğ etmək ixtiyarım var. Mən müstəqiləm, öz prezidentimi heç bir təsir olmadan seçmək və onun Azərbaycan Respublikası üçün etdiklərini qiymətləndirmək hüququm var. Azərbaycana məxsus olan himni oxumaqdan, gerbini və bayrağını göstərməkdən və ölkəmi xəritədə müstəqil ölkə kimi vurğulamaqdan çəkinmirəm. Buna əlbəttə illər öncə 1918-ci ilin 28 may tarixində əldə etmiş olduğumuz və 1991-ci ilin 18 oktyabr tarixində bərpa etdiyimiz müstəqilliyimiz nəticəsində nail olunmuşdur.

Azərbaycan ölkə kimi tanındı, sərhədlərini, ərazi bütövlüyünü, dilini, məxsus olduğu hər bir şeyi qorumağa başladı. Itirdiyimiz yalnız düşmən tapdağı altında qalan torpaqlarımız oldu, onu isə tez bir zamanda geri qaytarmaq üçün dövlətin ətrafında tam şəkildə birləşmişik. Qazancımız isə daha çox oldu.

Danılmaz faktdır ki, ölkə iqtisadiyyatının yüksəldilməsinə ən böyük təsir göstərən nəhəng neft və qaz yatalarının kəşfiyyatı, işlənməsi və Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi, ümumiyyətlə Əsrin müqaviləsinin imzalanması müstəqil Azərbaycanı dünya miqyasında tanıtdı. Imzalanan müqavilələr, xarici investorların Azərbaycana cəlb olunması, aparılan danışıqlar və mütəxəssislərimizin bilik bacarıqlarının yüksəldilməsi üçün xarici ölkələrə göndərilməsi ölkəmizin qüdrətinin artırılmasına təkan verdi.

Müstəqillikdən sonra Azərbaycan istehsalı altında bir sıra məhsullarımızı ixrac etməyə başladıq. Ölkəmizi müstəqil kimi tanıyan hər bir dövlət rəhbərləri və nümayəndə heyətləri Azərbaycan Respublikasına rəsmi səfər etdilər.

Paytaxt Bakını dünyanın ən məşhur paytaxtları siyahısına əlavə etdik. Xarici şirkətlər və inkişaf edən iqtisadiyyatımız ilə dünya məşhurlu otelərin tikintisi həyata keçiririk. Avrovijn müsabiqəsinin qalibi çıxdıq, bu əyanı sübut olaraq göstərir ki, Azərbaycan avropa ölkələri arasında öz mövqeyini tutub və Azərbaycana olan maraq bir mənalı deyil.

Azərbaycan bayrağını dünyanın bir çox ölkələrində dalğalandıran, himnimizi səsləndirən və Azərbaycana dəyərli medallar bəxş edən idman ustalarımızın əvəzsiz zəhmətini qeyd etməmək və bununla yanaşı onları qiymətləndirən, dəyərləndirən və dəstək olan müstəqil Azərbaycan dövlətinin rolunu vurğulamamaq günah olardı.

Müstəqil olduqdan sonra qazandıqlarımızı bir-birinin ardınca hər birimiz sadalaya bilərik amma əminəm ki, bundan artıq nələr əldə etdiyimizi nəyinki biz həm vətənlərimiz hətta xarici vətəndaşlarda öz gözləri ilə görüb şahid olurlar.

Müstəqil Azərbaycan Respublubkasının vətəndaşı olduğum üçün fəxr edirəm. Ulu öndərimiz Heydər Əliyevin söylədiyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kəlməsi hər zaman düşüncələrimdə və hətta xarici ölkələrə səfər edərkən Azərbaycan deyərkən xarici ölkələrin nümayəndələrin simalarında gülüş görərkən, ölkəm haqqında müsbət rəy vermələri məni çox sevindirir.

Müstəqillik günün mübarək Azərbaycan!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.