Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Məhəbbət məbədi – Səadət Sarayı

 tərəfindən  30 September, 2012 tarixində və Sizdən Gələnlər, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bakıda Avropa memarlıq üslubunda gözəl və əzəmətli bir bina ucalır. Onun zərif naxışları, geniş işıqlı pəncərələri, mərmər pillələri insanı heyran edir. İncə bir hissin, ülvi istəyin hərarəti ilə təməli qoyulmuş bu sarayın başına nələr gəlməmişdi?!

Bakının yaxın kəndlərindən birində- Əmircanda, kasıb bir aildə dünyaya göz açan Murtuza çox maraqlı taleli bir şəxs olub. O, hələ uşaq ikən ayağının altındakı boz, qumlu torpağın neft qoxulu nəfəsini duymuş, qara qızılın möcüzələr yaradacağını hiss etmişdi. Amma bu, hələ irəlidə idi. İndi isə o, əlini əməyə uzatmış, səadətini onun gücünə bağlamışdı. Suvaqçı da, fəhlə də işləmişdi. Deyilənə görə, Martov adlı sahibkar Murtuzanın iradəsini, zəhmətkeşliyini görüb ona mexaniki alətlərin sirrini öyrədir və tez bir zamanda onu usta təyin edir. Muxtarov öz üzərində səylə çalışaraq bilik və savadını dövrün tələbləri səviyyəsinə çatdırır ki, bu da ona ixtira etməyə, çertyoj çəkməyə, sex qurmağa və.s işlər görməyə imkan verir. İti ağlı, işgüzarlığı tezliklə onu başqalarından fərqləndirmişdi.  Öz-özünə öyrənən, mühəndis kimi ad çıxarmış Murtuza qazma sayəsində ən yaxşı mütəxəssis kimi ilk möcüzələrini yaratmış və  yeni qazma qurğusu düzəltmişdi. İlk ixtirasını  1895-ci ildə  metal ştanqlarla zərbə-qazma dəzgahını quraşdıraraq “Bakı qazma sistemi” adlandırmışdı. Əsl möcüzəsi isə adicə fəhlənin öz işgüzarlığı sayəsində milyonçuya çevrilməsi oldu. Zəhmətkeş xalqın içindən çıxmış bu neft sahibkarı əlinə milyonlar keçsə də  istismarçı deyil, xeyriyyəçi olmuşdur.

Tələbələrə, kimsəsizlərə yardım edir, bununla da xalq arasında dərin hörmət qazanırdı. Hətta o, öz vəsaiti hesabına Vladiqafqazda qoşa minarəli məscid tikdirir. Yerli Əmircan ağsaqqallarının xahişi ilə doğma kəndində eyni ilə belə bir məscid inşa etdirmişdir. Lakin bu xeyirxah şəxsin birinci həyatı uğursuz olmuşdur.  Bir qədər sonra isə M.Muxtarov Vladiqafqazda general Tuqanovla tanış olur və onun qızı Liza xanımla evlənir. Deyilənə görə, Murtuza onu Varşava gümüşü ilə bəzədilmiş faytonla gəlin köçürür. Hətta özünə 7 gün 7 gecə toy edir. Xanımını çox sevən M.Muxtarov onunla birlikdə Avropaya səyahətə çıxır. Bu gün çoxlarının “Səadət sarayı”kimi tanıdığı gözəl memarlıq incisinin yaradılması ideyası da məhz bu vaxtdan meydana çıxmışdır.

Bir dəfə onlar Venetsiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. “Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir.
Bakıya qayıtdıqdan sonra milyonçu Venetsiyaya adam göndərib həmin binanın dəqiq sürətini əks etdirən çertyojları gətizdirir. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın bu binanın ona bağışlandığını eşidincə sevincinin həddi – hüdudu olmur. Amma bu sevinc çox çəkmir. 1920-ci ildə 11-ci işğalçı rus ordusu Bakını işğal edərkən iki silahlı bolşevik atlısı onun evinə daxil olduqda Muxtarov bunu özünə təhqir hesab edərək tapanca ilə özünü də, əsgəri  də güllə ilə vurmuşdu.

Həmişə musiqi, gülüş səsləri eşidilən bu möhtəşəm sarayın xoşbəxt həyatına matəm sükutu çökdü. Sarayın qapısı möhürləndi.

Binanın yaranma tarixi və M.Muxtarov həyatı nə qədər maraqlıdırsa imarətin memarlıq tərtibatı da bir o qədər maraqlıdır. “Səadət sarayı”nın tikilməsində  İmran Qasımovun zəhmətini xüsusilə qeyd etmək lazımdır. Onun həyat yoldaşı Rübabə xanım da çox kübar bir qadın olub. Müsəlman qadınları çadraya bürünən zaman, Rübabə xanım Avropa dəbi ilə geyinir, şlyapasını straus lələyi ilə bəzəyirdi.
Səadət sarayının tikilməsi Qasımovlar ailəsini xoşbəxt etsə də, bu cütlüyün sonu oldu. Sarayın üstündə yerləşən “Orta əsr cəngavər heykəli”ni quraşdıran zaman İmran Qasımovun ayağı sürüşərək yıxılır və 35 yaşında dünyasını dəyişir.
2 həftə sonra isə həyat yoldaşı Rübabə xanım İmransız yaşamağın mənasız olduğunu hiss edərək, canına qəsd edir. Onların bu faciəsi Səadət sarayının tikilməsi və sarayın başındakı heykəlin quraşdırılması ilə bağlıdır.
Səadət Sarayının çox gözəl arxitekturası ilə bərabər, xeyirxah, sevgi dolu aurası da var ki, o, ölümə qalib gəlib.

Ancaq sonralar “Səadət sarayı”qadınlar klubuna çevrildi. Çadralı qadınlar azadlıq, hürüyyət çağırışları ilə bura savad öyrənməyə, həyatda nə baş verdiyini eşitməyə gəlirdilər. Geniş işıqlı otaqlarda dərnəklər, qadınları işə cəlb etmək üçün müxtəlif emalatxanalar yaradıldı. İllər keçdi, klub daha da böyüyüb Azərbaycan qadınlarının mərkəzi və mədəniyyət sarayına çevrildi.

Nəcib arzunun, böyük məhəbbətin duyğusu ilə ucaldılan bu bina yenə xeyirxah məqsədlər üçün gərək oldu. Qapısına “Səadət Sarayı” löhvəsi asıldı.

İndi neçə illərdi ki, burada toy, şadlıq məclisləri keçirilir. Əyninə ağ tüldən toy paltarı geyinmiş nazənin qızlar burada ailə xoşbəxtliyinin təməlinin qoyurlar. Beləliklə, həm sevgi, həm də ölüm bahasına ucaldılan bu “Məhəbbət Məbədi”  yaddaşlarda əbədi olaraq əks olunacaqdır.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.