Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Mahnıların bərbad olmasında özəl telekanallar məsuliyyət daşımır

 tərəfindən  30 June, 2009 tarixində və MUSİQİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

musiqiAzərbaycan Bəstəkarlar İttifaqının katibi əməkdar incəsənət xadimi Eldar Mansurov qurumun idarə heyətinin növbəti iclasında telekanalların ünvanına müəyyən fikirlər səsləndirib. Lent-az-ın yazdığına görə, bəstəkar özəl telekanalların yaranmasından sonra mahnı janrının bərbad hala düşdüyünü iddia edib.

Katib bu vəziyyəti normaya salmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə və Bəstəkarlar İttifaqına müəyyən səlahiyyətlər verilməsinin vacibliyini vurğulayıb: “Baxmayaraq ki, mahnı janrı digərlərindən çox irəli gedib, lakin ən ağır vəziyyət də elə mahnı janrındadır. Biz bir dəfə bununla bağlı yığıncaq keçirdik, özəl telekanallara müraciətlər göndərdik.

Düşünürəm ki, nazirliklə birlikdə bədii şura yaratmalıyıq. Lakin bu gün bədii şuraların əleyhinə olanlar da çoxdur”. Səslənən iddialarla bağlı özəl telekanalların səlahiyyətli nümayəndələrinin fikrini öyrəndik.

ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev açıqlamasında iddiaların ANS-lə bağlı olmadığına əminliyini ifadə etdi: “Bizdə bütün departamentlərə rəhbərlik edənlər peşəkar mütəxəssislərdir. Biz “Marş” verilişinə görə departamentə hərbi, “Futbol” verilişinə görə futbolçu rəhbər təyin etməli deyilik. Ümumiyyətlə, bizim şirkətdə musiqi departamenti yoxdur. Prodüser departamenti fəaliyyət göstərir, o da çoxşaxəlidir. Burada musiqidən başı çıxan adamlar var, təbii ki, onlara da baş prodüser olaraq işini bilən adam rəhbərlik edir. Əgər Eldar müəllim konkret olaraq ANS telekanalının adını çəksəydi, onda biz də konkret olaraq ANS-lə bağlı suallara cavab verə bilərdik”. Azad Azərbaycan televiziyasının bədii rəhbəri Elçin Əlibəyli telekanalın belə bir təklifə məna verməkdə çətinlik çəkdiyini bildirdi: “Bizdə, ümumiyyətlə, departament yoxdur. ATV başqa sistemlə işləyir.

Mahnıların bərbad olmasına məsuliyyət daşıyan bəstəkardır, müğənnidir. Bunun ayrı izahı yoxdur. Biz demokratik cəmiyyətdə yaşayırıq, bizdə senzura sistemi yoxdur. Eldar müəllimin açıqlamasına məna verə bilmərik”. Xəzər radiosunun rəhbəri Səxavət Nur bəstəkar Eldar Mansurovun fikirlərinin sırf Xəzər telekanalına şamil olunduğunu güman etmədiklərini deyib: “Eldar müəllimin fikirlərinin müəyyən qismi ilə razıyam, senzura olmalıdır.

O ki qaldı bizim televiziyanın fəaliyyətinə, televiziya məhdud sayda musiqili verilişlər təqdim edir, radioda isə musiqi mədəniyyətinin təbliği ilə bağlı bir çox rubrikalar təqdim olunur. Buna görə də səslənən fikirlərin Xəzər televiziyasına aid olmadığını güman edirik”. Lider telekanalının baş prodüseri Murad Dadaşov münasibət bildirəcəklərini vəd etsə də, sonra ona edilən telefonları cavabsız qoydu. Srace Teleradio Şirkətinin icraçı direktoru Kamil Şahverdiyevdən münasibət öyrənmək istəsək də, bu mümkün olmadı.

Ayna

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.