Lazer epilyasiya haqda bilmədikləriniz
Arzu tərəfindən 25 May, 2009 tarixində və Qadınlara Özəl, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

Arzu olunmaz tüklərdən azad olma hər bir kəsin, qadınların da, kişilərin də arzusudur. Bunu hər kəs istəyir. Amma onlardan qurtulmaq çox müşgül məsələdir. Əvvəllər tədqiqatçılar əmin idilər ki, tük follikulunu məhv etməklə tüklərdən birdəfəlik azad olmaq olar. Amma indi məlumdur ki, bu üsul yetərli deyil.
80-ci illərin əvvəllərində holland alimi, cərrah Bouman cərrahi əməliyyat vasitəsilə bir qadının qoltuqaltındakı tükləri follikullar və məməyəbənzər qatla (burada tük hüceyrələri bölünüb çoxalır) birlikdə götürür. Bir sözlə, həmin nahiyədəki dərini kəsib götürür. Lakin tüklər yenidən çıxmağa başlayır.
Yalnız 14 ildən sonra Pensilvaniya universitetinin alimləri bu məsələni aydınlaşdırırlar. Məlum olduğu kimi, tüklərin çıxmasına səbəb olan rüşeym hüceyrələridir. Bu hüceyrələr tük köklərinin ətrafında və piy vəziləri ilə əzələlər arasında yerləşir. Bu hüceyrələrin olduğunu əlbəttə ki, bilirdilər, sadəcə əvvəllər bu hüceyrələrin təkcə ehtiyat hüceyrələr olduğunu, ekstremal hallarda, follikul tam məhv olmadıqda fəaliyyət göstərəcəyini düşünürdülər. Lakin məlum oldu ki, hətta follikul tam məhv olsa da rüşeym hüceyrələri varsa, tüklər mütləq yenə də bitəcək və bu yenilik epilyasiyanın uğurları haqda düşüncələri dəyişdirdi.İndi isə yaxşı nəticə əldə etmək üçün kosmetoloqlar təkcə tük follikulunu yox, həm də onun rüşeym hüceyrələrini də məhv etməlidirlər.
Lazer epilyasiya
Aparat kosmetologiyasını son dəbdə olan nailiyyətlərindən sayılır.Lazer epilyasıyının da bir neçə növü var: aleksandrit, rubin və digərləri.
Bəs lazer necə təsir göstərir, bilirsiz? Müəyyən ölçülü lazer dalğaları tünd rəngli tüklərdə olan melonin piqmetlərini udur və tük yanaraq, yüksək temperaturun təsiri nəticəsində follikul ölür. Sonra isə tük özü düşmürsə,onu pinset və ya voskla çıxarmaq olur. Sonuncu,yəni vosk məsləhət görülmür,çünki onsuz da lazerdən sonra həssaslaşmış dəri voskla bir az da zədələnməyə məruz qalır. Digər epilyasiya növləri kimi, lazer epilyasiyası da tükün aktiv bitmə fazasında tətbiq olunarsa daha da effektli olur və tükün uzunmüddətli çıxmamasına şans yaranır.
Lazer epilyasiyasının çatışmayan cəhətlərindən biri də piy vəziləri və əzələlər arasında qalan rüşeym hüceyrələrinin tam məhv olmadan qalmasıdır. Lazer şüası bunu “görmür”, ilk növbədə ona görə ki, onlar rəngsizdirlər və görünmürlər,ikincisi isə lazer şüası bu zonaya daxil ola bilmir. Nəticədə də müəyyən müddət sonra hər şey yenidən təkrarlanır. Yeni tüklər nazik və qısa çıxır və nəzərə çarpmadan özü tökülür.3-4 aydan sonra isə həmin tük yenə əvvəlki vəziyyətdə qara, qalın, kobud şəkildə çıxır və nəticədə çox razı qalan pasient ”tük niyə yenidən çıxır?” sualını verməli olur.
Lazerin digər ən mənfi cəhəti onun rəngsiz, nazik tüklərlə başa çıxa bilməməsidir. Yuxarıda qeyd olunduğu kimi,o rəngsiz heç nəyi görmür. Amma bu hələ problemin yarısıdır.Məsələ ondadır ki, o qısa, rəngsiz tükləri məhv edə bilməməklə yanaşı, həm də onlara stimulyasiya veərək həmin tüklərin qalın, qara və kobud çıxmasına səbəb olur.
Daha bir mənfi cəhəti isə bir prosedurada 5 sm2-dan artıq nahiyənin işlənə bilməməsidir. Çünki bu zaman toxuma lazım olandan çox qızır və bu da dəri üçün təhlükə yaradır.
Qeyd: Təəssüf ki, bizim ölkəmizdə bir seansa bir ayağı da tamamilə tüklərdən təmizləmək olur. Bu çox təhlükəlidir!!!!! Unutmayın!
Lazer epilyasından sonrakı ağırlaşmalar
Lazerin növündən asılı olaraq hiperpiqmentasiya (dəridə ləkələr),ödem(dəridə şişkinlik),yanıq, kapilyar dəri toxumasının termiki zədələnməsi baş verə bilir. Bundan əlavə,tükün uzunluğunun da böyük rolu vardır. Məsələn,690-710 nm uzunluğunda olan lazer dalğası (aleksandrit və rubin lazeri) hemoqlobinin udulmasına səbəb olur.Bu da öz növbəsində damarların termiki koaqulyasına (yanmasına) gətirib şıxarır və onlar məhv olurlar.
Adətən, lazer epilyasiyadan sonra dəri tez bərpa olur, lakin onu normada (ayda 2-3 dəfə) etsəniz. Bütün bu məlumatlara baxmayaraq bu üsul hələ də tam öyrənilməyib.
Qeyd etmək lazımdır ki,bütün müsbət və mənfi cəhətlərinə baxmayaraq, lazer epilyasına maraq çoxdur və artmaqdadır. Onun yeni növləri də meydana çıxmaqdadır.Gələcək günlərdə sizə epilyasiyanın digər növləri haqda da məlumat verəcəyik.
Qeyd: Epilyasiya və ümumiyyətlə, kosmetologiya ilə bağlı bütün suallarınızla saytımızın forumunda kosmetoloqumuza müraciət edə bilərsiz!
DİGƏR MƏQALƏLƏR
Yüklənir…
















Anonim on Thu, 28th Jan 2010 2:06 pm
Ayaqdakı tüklərin ömürlük götüzdürmək neçəyə başa gəlir və necə dəfə davam edir seans?
Əla-bəyənilib. Münasibətiniz:
10
6
Nar1000 on Tue, 13th Apr 2010 2:16 am
salam mene cox maraglidir bikini hissesini epilasiyayla goturmek neceye bawa gelir i nece seans lazim ? cavab yazsaz sevinerem coox sagolun
Əla-bəyənilib. Münasibətiniz:
12
6
Rena on Fri, 24th Dec 2010 1:55 am
Salam. Aq deride qara, cod tuklerin tam yox etmek uchun hansi lazer novunun daha effektli ve tehlukesiz oldudunu bilmek isterdim,Aleksandrit yoxsa Diod? Men 2 defe Diod lazeri vasitesiyle ayaqlarimi epilyasiya etmishem son defe sentyabrin evvelinde. Indi ise tukler evvelk kim chixib. epilyasiyani davam etmek isteyirem. Amma butun salonlar yalniz onlarda olan aparatin daha ustun olduqunu deyirler. Duzgun cavaba ehtiyacim var. Evvelceden teshekkur edirem.
Əla-bəyənilib. Münasibətiniz:
14
1
Hemide on Mon, 27th Dec 2010 7:49 pm
Salam!men 1il bundan evvel lazer epilyasiyasina getmisdim,menim uzumde olan tukleri dahada codlasdirdi.3seans sonra dayandirdim.hal hazirda yeniden baslamisam,ama cox qeseng effekt gormusem 5 ayda.amma seansi dayandirmamisam.bilmek isteyiremki tuklerimi axrinci seansa qeder gedib yox eletdirsem,bu mene qaranti verirmiki,bir daha cixmayacaq?onceden tesekkurler!
Əla-bəyənilib. Münasibətiniz:
12
3
Fidan on Tue, 14th Jun 2011 12:50 pm
epilyasiya omurlukdurmu? yoxsa bir muddetden sonra yene tukler cixir?
Münasibətiniz:
3
0
evlenirikbiz on Wed, 22nd Jun 2011 1:33 am
Salam umumiyyetle omurluk ifadesi cox sehfdir ancaq ki, bu prosedurlar bir nece vaxt (uzun muddet) davam ederse uzun iller boyu tukun cixmamasina nail olunur.
Münasibətiniz:
0
0
leyla agayeva on Thu, 21st Jul 2011 8:17 pm
ayaqlarda epilyasiya neceye basa gelir ve nece muddete azad olmaq olar.?
Münasibətiniz:
2
0
rena on Fri, 23rd Sep 2011 8:46 am
salam / men bilmek isteyirem ki Foto epilyasiya yaxsidir yoxsa Aleksandirik ve ya Diodlu lazer ? Bunun aciqlamasin xahis edirem etrafli izah edesiniz /
Onceden tesekkur!
Qızğın mübarizə. Siz nə fikirləşirsiniz?
5
4
aida on Tue, 8th Nov 2011 10:20 pm
salam.Men artiq 2ildirlazerni epilyasiya eledirem uzumu,ancaq hec bir effekt yoxdur.deye bilersiz umumiyyetle son netice elde elemek olacaq?xahish edirem,iyne i;le olan epilyasiya haqqinda melumat veresiz?lazer deri xerçengi yarada biler?
Münasibətiniz:
4
2
leyla on Wed, 25th Jan 2012 3:27 pm
Hidden due to low comment rating. Click here to see.
Zəif qiymətləndirildi. Münasibətiniz:
0
3
Gulay on Mon, 6th Feb 2012 4:38 pm
Salam.. Bilmek isteyerdim lazer epilasiyasi tuklerden birdefelik azad olmaq olunur? Butun bedenin tuklerinden azad olmaq neceye bawa gelir? 1 siyansin Qiymeti neceyedir? Ve bilmek istedirim tuklerden azad olmaq ucun hansi klinikaya muraciyyet edim? indiden cox tewekkurlerr..
Münasibətiniz:
2
0
leyla on Sat, 11th Feb 2012 2:51 pm
men torgovida beauty first salonunda eletdirirem, cihazlari tezedi, hemde 2 lazer birden istifade olunur eyni atisda, giymetide serfelidi …
Münasibətiniz:
2
0