Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Lazer epilyasiya haqda bilmədikləriniz

 tərəfindən  25 May, 2009 tarixində və Qadınlara Özəl, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Lazer Epilyasiya

Arzu olunmaz tüklərdən azad olma hər bir kəsin, qadınların da, kişilərin də arzusudur. Bunu hər kəs istəyir. Amma onlardan qurtulmaq çox müşgül məsələdir. Əvvəllər tədqiqatçılar əmin idilər ki, tük follikulunu məhv etməklə tüklərdən birdəfəlik azad olmaq olar. Amma indi məlumdur ki, bu üsul yetərli deyil.

80-ci illərin əvvəllərində holland alimi, cərrah Bouman cərrahi əməliyyat vasitəsilə bir qadının qoltuqaltındakı tükləri follikullar və məməyəbənzər qatla (burada tük hüceyrələri bölünüb çoxalır) birlikdə götürür. Bir sözlə, həmin nahiyədəki dərini kəsib götürür. Lakin tüklər yenidən çıxmağa başlayır.

Yalnız 14 ildən sonra Pensilvaniya universitetinin alimləri bu məsələni aydınlaşdırırlar. Məlum olduğu kimi, tüklərin çıxmasına səbəb olan rüşeym hüceyrələridir. Bu hüceyrələr tük köklərinin ətrafında və piy vəziləri ilə əzələlər arasında yerləşir. Bu hüceyrələrin olduğunu əlbəttə ki, bilirdilər, sadəcə əvvəllər bu hüceyrələrin təkcə ehtiyat hüceyrələr olduğunu, ekstremal hallarda, follikul tam məhv olmadıqda fəaliyyət göstərəcəyini düşünürdülər. Lakin məlum oldu ki, hətta follikul tam məhv olsa da rüşeym hüceyrələri varsa, tüklər mütləq yenə də bitəcək və bu yenilik epilyasiyanın uğurları haqda düşüncələri dəyişdirdi.İndi isə yaxşı nəticə əldə etmək üçün kosmetoloqlar təkcə tük follikulunu yox, həm də onun rüşeym hüceyrələrini də məhv etməlidirlər.   

 Lazer epilyasiya

Aparat kosmetologiyasını son dəbdə olan nailiyyətlərindən sayılır.Lazer epilyasıyının da bir neçə növü var: aleksandrit, rubin və digərləri.

Bəs lazer necə təsir göstərir, bilirsiz? Müəyyən ölçülü lazer dalğaları   tünd rəngli tüklərdə olan melonin piqmetlərini udur və tük yanaraq, yüksək temperaturun təsiri nəticəsində follikul ölür. Sonra isə tük özü düşmürsə,onu pinset və ya voskla çıxarmaq olur. Sonuncu,yəni vosk  məsləhət görülmür,çünki onsuz da lazerdən sonra həssaslaşmış dəri voskla bir az da zədələnməyə məruz qalır. Digər epilyasiya növləri kimi, lazer  epilyasiyası da tükün aktiv bitmə fazasında tətbiq olunarsa daha da effektli olur və tükün uzunmüddətli çıxmamasına şans yaranır.

Lazer epilyasiyasının çatışmayan cəhətlərindən biri də piy vəziləri və əzələlər arasında qalan rüşeym hüceyrələrinin tam məhv olmadan qalmasıdır. Lazer  şüası bunu “görmür”, ilk növbədə ona görə ki, onlar rəngsizdirlər və görünmürlər,ikincisi isə lazer şüası bu zonaya daxil ola bilmir. Nəticədə də müəyyən müddət sonra hər şey yenidən təkrarlanır. Yeni tüklər nazik və qısa çıxır və nəzərə çarpmadan özü tökülür.3-4 aydan sonra isə həmin tük yenə əvvəlki vəziyyətdə qara, qalın, kobud şəkildə çıxır və nəticədə çox razı qalan pasient  ”tük niyə yenidən çıxır?” sualını verməli olur.

Lazerin digər ən mənfi cəhəti onun rəngsiz, nazik tüklərlə başa çıxa bilməməsidir. Yuxarıda qeyd olunduğu kimi,o rəngsiz heç nəyi görmür. Amma bu hələ problemin yarısıdır.Məsələ ondadır ki, o qısa, rəngsiz tükləri məhv edə bilməməklə yanaşı, həm də onlara stimulyasiya veərək həmin tüklərin qalın, qara və kobud çıxmasına səbəb olur.

Daha bir mənfi cəhəti isə bir prosedurada 5 sm2-dan artıq nahiyənin işlənə bilməməsidir. Çünki bu zaman toxuma lazım olandan çox qızır və bu da dəri üçün təhlükə yaradır.

Qeyd: Təəssüf ki, bizim ölkəmizdə bir seansa bir ayağı da tamamilə tüklərdən təmizləmək olur. Bu çox təhlükəlidir!!!!! Unutmayın!

Lazer epilyasından sonrakı ağırlaşmalar

Lazerin növündən asılı olaraq hiperpiqmentasiya (dəridə ləkələr),ödem(dəridə şişkinlik),yanıq, kapilyar dəri toxumasının termiki zədələnməsi  baş verə bilir. Bundan əlavə,tükün uzunluğunun da böyük rolu vardır. Məsələn,690-710 nm uzunluğunda olan lazer dalğası (aleksandrit və rubin lazeri) hemoqlobinin udulmasına səbəb olur.Bu da öz növbəsində damarların termiki koaqulyasına (yanmasına)  gətirib şıxarır və onlar məhv olurlar.     

Adətən, lazer epilyasiyadan sonra dəri tez bərpa olur, lakin onu normada (ayda 2-3 dəfə) etsəniz.  Bütün bu məlumatlara baxmayaraq bu üsul hələ də tam öyrənilməyib. 

Qeyd etmək lazımdır ki,bütün müsbət və mənfi cəhətlərinə baxmayaraq, lazer epilyasına maraq çoxdur və artmaqdadır. Onun yeni növləri də meydana çıxmaqdadır.Gələcək günlərdə sizə epilyasiyanın digər növləri haqda da məlumat verəcəyik.

Qeyd: Epilyasiya və ümumiyyətlə,  kosmetologiya ilə bağlı bütün suallarınızla saytımızın forumunda kosmetoloqumuza müraciət edə bilərsiz!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

25 şərh on "Lazer epilyasiya haqda bilmədikləriniz"

  1. Anonim on Thu, 28th Jan 2010 2:06 pm 

    Ayaqdakı tüklərin ömürlük götüzdürmək neçəyə başa gəlir və necə dəfə davam edir seans?

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 31 Thumb down 26

  2. Nar1000 on Tue, 13th Apr 2010 2:16 am 

    salam mene cox maraglidir bikini hissesini epilasiyayla goturmek neceye bawa gelir i nece seans lazim ? cavab yazsaz sevinerem coox sagolun

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 28 Thumb down 22

  3. Rena on Fri, 24th Dec 2010 1:55 am 

    Salam. Aq deride qara, cod tuklerin tam yox etmek uchun hansi lazer novunun daha effektli ve tehlukesiz oldudunu bilmek isterdim,Aleksandrit yoxsa Diod? Men 2 defe Diod lazeri vasitesiyle ayaqlarimi epilyasiya etmishem son defe sentyabrin evvelinde. Indi ise tukler evvelk kim chixib. epilyasiyani davam etmek isteyirem. Amma butun salonlar yalniz onlarda olan aparatin daha ustun olduqunu deyirler. Duzgun cavaba ehtiyacim var. Evvelceden teshekkur edirem.

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 34 Thumb down 20

  4. Hemide on Mon, 27th Dec 2010 7:49 pm 

    Salam!men 1il bundan evvel lazer epilyasiyasina getmisdim,menim uzumde olan tukleri dahada codlasdirdi.3seans sonra dayandirdim.hal hazirda yeniden baslamisam,ama cox qeseng effekt gormusem 5 ayda.amma seansi dayandirmamisam.bilmek isteyiremki tuklerimi axrinci seansa qeder gedib yox eletdirsem,bu mene qaranti verirmiki,bir daha cixmayacaq?onceden tesekkurler!

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 19 Thumb down 12

  5. Fidan on Tue, 14th Jun 2011 12:50 pm 

    epilyasiya omurlukdurmu? yoxsa bir muddetden sonra yene tukler cixir?

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 10 Thumb down 5

  6. evlenirikbiz on Wed, 22nd Jun 2011 1:33 am 

    Hidden due to low comment rating. Click here to see.

    Zəif qiymətləndirildi. Münasibətiniz: Thumb up 1 Thumb down 5

  7. leyla agayeva on Thu, 21st Jul 2011 8:17 pm 

    ayaqlarda epilyasiya neceye basa gelir ve nece muddete azad olmaq olar.?

    Münasibətiniz: Thumb up 5 Thumb down 2

  8. rena on Fri, 23rd Sep 2011 8:46 am 

    Hidden due to low comment rating. Click here to see.

    Zəif qiymətləndirildi. Münasibətiniz: Thumb up 10 Thumb down 14

  9. aida on Tue, 8th Nov 2011 10:20 pm 

    salam.Men artiq 2ildirlazerni epilyasiya eledirem uzumu,ancaq hec bir effekt yoxdur.deye bilersiz umumiyyetle son netice elde elemek olacaq?xahish edirem,iyne i;le olan epilyasiya haqqinda melumat veresiz?lazer deri xerçengi yarada biler?

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 12 Thumb down 6

  10. leyla on Wed, 25th Jan 2012 3:27 pm 

    Hidden due to low comment rating. Click here to see.

    Zəif qiymətləndirildi. Münasibətiniz: Thumb up 1 Thumb down 5

  11. Gulay on Mon, 6th Feb 2012 4:38 pm 

    Salam.. Bilmek isteyerdim lazer epilasiyasi tuklerden birdefelik azad olmaq olunur? Butun bedenin tuklerinden azad olmaq neceye bawa gelir? 1 siyansin Qiymeti neceyedir? Ve bilmek istedirim tuklerden azad olmaq ucun hansi klinikaya muraciyyet edim? indiden cox tewekkurlerr..

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 7 Thumb down 2

  12. leyla on Sat, 11th Feb 2012 2:51 pm 

    men torgovida beauty first salonunda eletdirirem, cihazlari tezedi, hemde 2 lazer birden istifade olunur eyni atisda, giymetide serfelidi …

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 9 Thumb down 3

  13. Aywan on Wed, 29th Aug 2012 8:31 pm 

    salam. derin bikini zonasi epilyasiya olunsa tam tuklerden azad olmaq ucun nece seans lazim geler ? bir de ki bu sonsuzluq yaratmaz ki? zehmet olmasa sualima cavab vererdiz. sagolun

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 7 Thumb down 2

  14. ayishe on Sat, 12th Jan 2013 10:43 pm 

    Salamun aleykum bu gün etdirdim nerimanovdaki salonlardan birinde derim agdi hessasdi butun uzu 40 manata etdi kecdi qizarti bir az ağrılı oldu endirim edeceyini soyledi xanim 40 günden sonra bir de gedcem in sha Allah .hele ki raziyam yup yumusaq olub uzum 1 cı seansdi hele :) .bi dene sualim diger saytdan oxudum uzde qalan tukleri pensetle olmaz cixartmaq.lazerden sonra ölü tukler qaldi indi onu nece cixardim ? Salonda dediler cixarda bilmesen elinle 10 gunden sonra yene gel.butun seanslara gedenden sonra neticeni size yazarm bura in sha Allah.bi r de deyim ki uzun uzuuun araştırdım uz ucun diod yaxsidi .her ararat bir organa tesir ede bilir bedencun alexandrite.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  15. ayli on Thu, 7th Feb 2013 2:58 pm 

    salam men oyrenmek isdiyirem ki men lazer epilyasiya eletdirmek isdiyirem bu ziyanlidi sora pis netice vere biler/

    Münasibətiniz: Thumb up 3 Thumb down 0

  16. aygun on Mon, 11th Feb 2013 3:22 pm 

    SALAM.MEN EVVELLER DE LAZER EPILYASIYASINA GETMISDIM.TEXMINEN 5 DEFE GETMISDIM.AMA HEC BIR NETICE GORMEMISDIM.DAHA SONRA BASQA BIR YERDE KLINIKA SERAITINDE GETDIM.ALEKSANDRIT LAZER EPILYASIYASINA.EN SON YENI LAZER APARATINA.VE INANAILMAZ DERECEDE EFFEKT ALINDI MENDE.ELE BIRINCI DEFEDEN EFFEKTI GORDUM.UZUMUN DERISINDE DE INANILMAZ DEYISIKLIKLER GETDI.DERI SANKI TERAVETLI OLUB DERIDE ARTIQ HEC BIR XIRDA SEPKIM BELE YARANMIR.CIXAN TUKLER DE COOX ZERIF CIXIR .HETDA BEZI YERLERDE ARTIQ CIXMIR DA.MEN ISDEDIYIM NETICENI ELDE EDIREM.COOOOX GOZELDI.INSANDA EMINLIK HISSI YARANIR.OXUDUGUNUZCUN DE ONCEDEN TESEKKURLER …..)))

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 15 Thumb down 5

  17. afaq on Sun, 24th Mar 2013 6:07 pm 

    Mən 5 ay foto epilyasiyaya getmişəm. Amma heç bir nəticə görmədim. Üzümdə, xüsusi ilə çənə hissədə tüklər qaradır və çoxdur. Mənə nə məsləhət görə bilrəsiniz? Lazer pilyasiyasının hansı növü yaxşıdır? Birdəfəlik canım quratacaq? Nə qədər müddət lazerə getmək lazımdır?

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 6 Thumb down 0

  18. afaq on Mon, 15th Apr 2013 9:31 pm 

    Nəyə görə sualları cavab vermirsiniz.Cəmi bir şərhə münasibət bildirmisiniz.

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 7 Thumb down 0

  19. ates boceyi on Wed, 24th Apr 2013 2:38 pm 

    men aleksandrite getmiwem butun bedenimi.cox gozel effekt gosteri bezi bolgelere lakin ayaqlarimda qizarti olur bilmirem niye?

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  20. alie on Mon, 29th Apr 2013 8:30 pm 

    Salam men bilmek isteyirem butun bedenin doidlu lazer epilyasiyasi neceye basa geler nece seans ceker

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  21. aynur on Sat, 15th Jun 2013 8:49 pm 

    salam…men ayaqlarimi lazer epilyaciya etmek isteyirem..qiymeti oyrenmek isterdim,ve yeniden cixmax ehtimali varmi??

    Münasibətiniz: Thumb up 0 Thumb down 1

  22. ANONIM on Mon, 10th Feb 2014 4:05 pm 

    salam.üzümü(ancaq qulaqin üze bitishik hissesini qalan hisseler temizdi.bele nece olar?) epillyasiya etdirmək istəyirem.hansi növ epilyasiya məsləhətdir.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  23. Azka on Wed, 26th Feb 2014 9:13 am 

    Salam.mene maraqlıdır lazer epilyasiyasi yaxşidir yoxsa foto?hansinin zerersi daha azdir?indiden tşkler.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  24. evlenirikbiz on Thu, 20th Mar 2014 12:04 pm 

    Xahiş olunur məqaləni bir daha yaxşı oxuyun. Vücuda xaxşı müdaxilə olmur.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  25. evlenirikbiz on Thu, 20th Mar 2014 12:10 pm 

    Həkim məsləhəti olmadan epilyasiyanı məsləhət görmürük. Hormonal pozulmalar varsa bu zaman üzdə və qollarda tüklər bitir. Siz bir həkimlə məsləhət edin, müəyyən müalicə keçmənizə ehtiyac ola bilər.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.