Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Lahmacunu evdə bişirin

 tərəfindən  16 July, 2009 tarixində və Digər Mətbəxlərdən, Kulinariya bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Lahmacun

Əziz yemək bişirmə həvəskarları, Sizə Türk mətbəxindən bir çoxumuzun sevərək yediyi lahmacunun hazırlanma qaydasını anlatacağam.

Xəmiri üçün.

  • 1 kq un,
  • 1 paket yaş maya,
  • 1desert qaşığı şəkər tozu,
  • 1/2 çay stəkanı duru yağ,
  • Duz
  • Xəmirin yoğurulması  üçün ehtiyac qədər su

İçi üçün.

  • ½ kq dana qiyməsi,
  • ½ dəstə cəfəri,
  • 4 ədəd pomidor,
  • 7 ədəd soğan,
  • 1 xörək qaşığı qırmızı istiot
  • 3 q duru yağ
  • 3 qaşıq tomat pastası

Hazırlanma Qaydası:
Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Daha sonra xəmiri yarım saat acımağa qoyun.  Sonra içi hazırlayın. ½ kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə qarışdırın. Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra sobada (və ya kürədə) bişirin. Süfrəyə ayran və zövqə görə cəfəri, incə dilimlənmiş soğan, limon, pul bibər ilə təqdim etməyi unutmayın.

Nuş olsun!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.