Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Körpənin atası

 tərəfindən  7 June, 2009 tarixində və Körpələrə Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

ata və körpə

Hamiləlik zamanları şübhəsiz ki, hər qadın kimi sizin də özəl zamanlarınızdan biridir. Xüsusilə istədiyiniz və gözlədiyiniz bir körpənin həyəcanı sözlərlə ifadə edilə bilməz. Bəs həyat yoldaşınız bu zaman içində nələr hiss edər bunu heç düşündünüzmü? Özəlliklə doğum yaxınlaşdıqda…

Doğum evində gözləyən ata namizədi…

O möhtəşəm an gəlib, ata namizədi yəni həyat yoldaşınızın həyəcanı ən üst səviyyədədir.

-İçəridə nələr olduğundan,

-Hər şeyin yolunda olub olmadığından,

-Sizin və körpənin sağlığından xəbərdar deyil. Doğum evinin qarşısında gözləyən yoldaşınızın hətta həyəcandan ürəyi gedə bilər. Bu vəziyyətdə o böyük stress keçirə bilər. 

Körpənin Dünyaya gəlməsi xəbərini alan ata…

Uzun zamandır gözlənən an budur. Sağlıqlı doğulmuş bir körpə sahibi olduğu xəbərini almaq… Bu ən inanılmaz anlardan biridir, çünki o artıq atadır.

O ana qədər öz genlərini verməkdən başqa bir rolu olmayan həyat yoldaşınız, hamiləliyin bitməsi ilə bərabər körpəyə atalıq etməsini gözləyərsiniz. Həyat yoldaşınız böyük ehtimalla o an nigarançılıq hissləri ilə bərabər, çox sevincli və möhtəşəm duyğular yaşamaqdadır. Nigarandır çünki ağlına bir çox suallar gəlir.

-Görəsən yaxşı ata ola biləcək?

-Onu sağlıqla böyüdə biləcək?

-Uşaq sahibi olmaq vacib bir məsuliyyətdir, bu məsuliyyətin öhdəsindən gələ biləcək?

-Yoldaşının və körpəmin üzərində vəzifəm nə olacaq?

-Uşağımı, hər kəsin məndən gözlədiyi kimi sevə biləcəyəm?

Bunu unutmayın, yoldaşınız və sizin üçün uşaq sahibi olmaq, həyatınız üçün ən böyük məsuliyyət və qərarlar cəmidir. Buna görə yaşadığınız hər cür duyğu normaldır.

Körpəsini ilk dəfə görən ata nələr hiss edər?

Öz qanını, öz genlərini daşıyan kiçik bir canlı görmək, artıq uzun hamiləlik zamanlarınızın ən həyəcanlı olan nəticəsidir. Körpənizi ilk dəfə görən ata bu vəziyyətə hazırlıqsız yaxalanıb, həyəcandan qorxa bilər. Bunu normal qarşılayın və unutmayın ki,  zamanla bir-birlərinə öyrəşməyə başlayan yoldaşınız və körpənizin münasibətləri yerinə oturacaq.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

1 şərh on "Körpənin atası"

  1. dream on Fri, 12th Jun 2009 8:30 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Təəsssüf ki, hər bir ata belə hisslər keçirmir və bu da indi körpə olan birinin gələcəkdə tam olmayan ailə ucbatından necə psixoloji pozğunluqlara sahib olacağanı göstərir.Odur ki, ya yaxşı ata olun,ya da ümumiyyətlə olmayın.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.