Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Körpələrdə nitqin inkişafı

 tərəfindən  28 May, 2009 tarixində və Ailəyə Özəl, Körpələrə Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Körpəm nə zaman danışmağa başlayacaq?

Hər yeni valideyn olmuş gənc ailələrdə ata və ananı düşündürən suallardan biri də övladının, ona “ana”, “ata” deməsidir. Xüsusilə də yeni ana olmuş xanımlarımız təcrübəsiz olduqları üçün, uşaqlarını başqaları ilə müqayisə edərək, yersiz həyəcanlara yol verirlər. Elə isə bu həyəcanları aradan qaldırmaq üçün, uşaqlarda dilin əsas inkişaf mərhələsini nəzərdən keçirək…

0-6 ay-“Qırıldama” dövrü… Bu dövrdə uşaqlar müəyyən hecaları ifadə etməyə çalışırlar.

6-12 ay-Hecaları birləşdirməyə çalışırlar…. Ətrafda eşitdikləri səsləri təqlid edirlər. Əsasən “dədə”,”bəbə”, “ana”, “ata” kimi sözləri ifadə etməyə çalışırlar.

12-18ay-Sadə cümlələr…Artıq, sadə iki sözlü cümlələr qura bilirlər. “Ana gəl…” və s. bu kimi cümlələr…  Uşaqların bu dövrdəki söz xəzinələri təqribən 5-25 söz arasındadır.

18-24 ay- İki sözlü cümlələrin sayı artır. Artıq dedikləri sözləri anlamaq heç də çətin deyil. Söz xəzinələri 50-yə yaxındır.

24-36 ay-Sözdəki hecaların sayı artır. Tərkibində ikidən çox söz olan cümlələr qurmağa başlayırlar. Söz xəzinələri 1000-ə yaxındır.

3-5 yaş-“Mən”li cümlələr qurmağa başlayır. Beş və daha çox sözlü cümlələr qura bilirlər. Çoxlu suallar verib, ətrafda baş verənləri anlamağa çalışırlar. 5 yaşa doğru söz ehtiyatları təqribən 2000-ə çatır.

Hər uşaq eyni deyil. Dilin “inkişaf sürəti” uşaqlardan asılı olaraq dəyişə bilər. Yuxarıda göstərilənlər əsasən uşaqlarda dilin inkişafının mərhələlərini ifadə edir. Əgər yuxarıdakı siyahı ilə uşağınız arasında kiçik fərqlər varsa, bu heç də qorxulu deyil. Yox, əgər fərqlər çox böyükdürsə, bir mütəxəssisə müraciət etmək lazımdır.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.