Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Kısır yeməyi

 tərəfindən  14 July, 2009 tarixində və Digər Mətbəxlərdən, Kulinariya bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Kısır

Bu gün sizlərə kürd mətbəxindən olan Kısırın hazırlanma qaydasını təqdim edirəm…

Ərzaqlar:

  • Bulqur (yarma) – incə küftəlik.
  • Yağ
  • Qırmızı kələm
  • Xiyar
  • Pomidor
  • Cəfəri
  • Göy soğan
  • Kahı
  • Kök
  • Limon
  • Duz
  • Pomidor və bibər pastaları (tomatları)

Hazırlanma qaydasından öncə qeyd edim ki, bulqur türk mətbəxində çox istifadə olunur. Azərbaycanda da bulquru böyük marketlərdən əldə edə bilərsiniz.

Kısırı kürdlər çay süfrəsinə təqdim edirlər. Lakin, düşünürəm ki, azəri xalqı hər zaman çay süfrəsində şirniyyatlara daha çox üstünlük verdiyindən, kısırı çayla birgə təsəvvür etməyənlər də ola bilər. Bunun üçün qeyd edim ki, kısırın yanında çay əvəzinə ayran daha gözəl olar.

Hazırlanma qaydası: 2st bulquru dərin bir qaba qoyub üzərinə duz əlavə edin. (Onu da qeyd edim ki, 2 st bulqur 3-4 nəfərə kifayət edər və çox doyumludur.) Sonra bulqurun üzərinə çox az miqdarda çıxacaq qədər qaynar su tökün. Qabı kip qapaqla bağlayıb, bulqurun suyu tamamilə özünə çəkməsini və şişməsini gözləmək lazımdır. Təxminən 15dəq.

Həmin vaxt ərzində isə tərəvəzləri xırda-xırda doğramaq lazımdır. Zövqdən asılı olaraq pomidoru doğramaya bilərsiniz, çünkü sululuğu artırır. Hətta,kahını da doğramaya bilərsiniz. Çünkü  bir müddət qaldıqdan sonra solub, büzüşməsinin şahidi olacaqsınız. Kısırı hazır etdikdən sonra kahının arasına qoyub yemək daha ləzzətlidir..

Bulqurlar suyu tam özünə çəkdisə, üzərinə yağ əlavə edin (gəzdirin). Daha sonra pomidor və bibər pastalarını əlavə edib, əlinizlə yaxşıca qarışdırın. Ədviyyatlardan azacıq istiot və pul bibər əlavə edə bilərsiniz.

Hazırlarkən dadına baxın, əgər damaq zövqünüzə uyğundursa, o zaman doğradığınız tərəvəzləri əlavə edin və qarışdırın. Üzərinə bol limon suyu sıxıb, yanına marinada qoyulmuş kələmlə və ya xiyarla dadına doymayacaqsınız 😉 Kısır artıq hazırdır. Yanında ayran təqdim etməyi də unutmayın..

Nuş olsun!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.