Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Kişini anlamaq olarmı?

 tərəfindən  26 May, 2009 tarixində və Kişilərə Özəl, Maraqlı və Faydalı, Qadınlara Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bəşəriyyət yaranandan bərə mübahisələr səngimək bilmir: Kim daha ağıllıdır, kimin intellekti daha yüksəkdir və kim həyata daha tez uyğunlaşa bilir. Əminliklə deyə bilərik ki, həm kişinin, həm qadının beyni eyni işləyir.

Beyinin xüsusiyyətləri isə ondan ibarətdir ki, riyaziyyat məsələlərini həll etmək bacarığı, məntiqi düşüncə, məkanda oriyentasiya funksiyaları beyinin sol yarımkürəciyində yerləşir, humanitar elmlərə, incəsənətə və fantaziyaya meyilli olmaları isə – beynin sağ yarımkürəciyinə aiddir.

Diqqət! Qadınlarda və kişilərdə beyinin sağ və sol yarımkürəcikləri eyni işləmirlər.

Qadının yarımkürəcikləri daha “mehribandırlar”, onlar hər zaman ünsiyyətdə olurlar. Kişilərdə isə əksinə – bir yarımkürəcik işləyəndə, digəri dincəlir. 

Məlum olub ki, qadınlarda qabar cisim kişilərdən fərqli olaraq daha iri olur. Beyin kütləsi isə əksinə – daha az olur. Bu xüsusiyyət  (iri qabar cisim) qadınlara iki yarımkürəcik arasından daha çox informasiya ötürülməsinə inkan verir. Kişilərdə isə iki yarımkürəcik arasında məlumatların ötürülməsi üçün daha az məsafə var. Buna görə bir kürəcikdən digər kürəciyə daha az məlumat ötürülür.

Kişilərdə iki yarımkürəciklər arasında ünsiyyətin zəif olması səbəbindən, onlar xarici dili, hətta doğma dili mənimsəməkdə əziyyət çəkirlər. Qadınlar isə əksinə, fikirlərini və hisslərini daha rahat birüzə verirlər.

Kişilərin də böyük bir müsbət üstünlükləri var. Onların məntiqləri biz qadınlara nisbətən daha çox inkişaf edib. Kişilər tanış olmayan məkanda daha tez yol tapırlar.

Fikir vermisinizsə, kişilər tanımadıqları yeri qütblərlə daha tez tapırlar, qadınlar isə vitrinlərə, yazılara və digər əlamətlərə baxıb məkanı tanımağa çalışırlar. 

Belə deyirlər ki, ən tanınmış aşbazlar, dizaynerlər, biznesmenlər, milyarderlər kişilərdir. Buna görə kişilər daha ağıllı və dərrakəlidirlər. Buna biz qadınların cavabı belə olacaq. Qadınların da arasında milyarderlər, siyasətçilər, alimlər az deyil.

Əslində isə qadın krala ərə gedən kimi kraliça olur. Kişi isə kraliça ilə evlənən kimi sahzadə olur. Onu deyə bilərək ki, dünya durduqca bu mövzu ilə bağlı mübahisələr hələ çox olacaq.

yumroo.az

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.