Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Kişilər necə qadın istəyirlər?

 tərəfindən  18 April, 2010 tarixində və Ailəyə Özəl, Kişilərə Özəl, Maraqlı və Faydalı, Qadınlara Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Belə bir deyim var: Kişilər bir şeyi müxtəlif qadından istəyir, qadınlar isə çox şeyi bir kişidən istəyir. Niyə də siz də yoldaşınız üçün yeganə və tək olmayasınız? Bunun üçün onların nə istədiyini bilmək lazımdır..

Əgər bərabərlik istəyi həmişə yoldaşınızdan gəlirsə bu onda elə bir fikir yarada bilər ki, sizin ona hissləriniz zəifləyib. Nəzər alın ki, köynəyin açılmış düyməsi, əlvan dodaq boyası, mətnaltı ifadə kişilərə heç nə demir. Daha açıqsözlü olmağınızı məsləhət görülür.

Və yaxud yadınıza salın neçə dəfə siz yeməyi, telefon söhbətini və s. səbəb gətirib sizə birmənalı yaxınlaşan ərinizi öpərək uzaqlaşdırmısınız? Kişilərə heç bir şeyin onlardan vacib olmadığını göstərin.

Müxtəliflik
Biz hamımız öz vərdişlərimizin qurbanıyıq. Biz cinsi bərabərliyi də alışqanlığa çeviririk: öpmək, sığallamaq, sürtünmək və s. Hər bərabərlikdə bu kimi hallar təkrarlanır. Bir şeyi nəzərdən qaçırırıq ki, bir paltarı tez-tez geymək belə bezdirir. Təkrardan qaçmağın bir çox yolu var: fərqli yerlər, fərqli pozisiyalar, cəlbedici alt paltarı, gözəl musiqi, şam işığı, vaxtın dəyişdirilməsi-(yəni plansız bərabərlik) və s. çox effektivdir.

Açıqsözlülük
Ancaq kinolarda kişi və qadın bir-birinin sözsüz və gözübağlı hiss edir. Hətta intiusiya da bəzən bu haldda kömək etmir. Əfsus ki, bir çox ailə cütlükləri cinsi bərabərlik haqqında danışmağı bacarmırlar. Kişilər ona görə danışmır ki, onlar özlərinin eqosunun zədələnəcəyindən qorxurlar. Bunun üçün onlarla söhbət etmək istədikdə çox həssas və cümlələri düzgün seçmək lazımdır.

Diqqət və qayğı
Yadınıza salın ilk tanışlıq vaxtlarında siz bir-birinizə nə qədər diqqət verirdiniz. Amma vaxt keçdikcə ikinizə də elə gəlir ki, sizi düzgün başa düşmürlər, eşitmirlər və qiymət vermirlər. Sizin münasibətinizdə artıq əvvəlki həyəcan qalmayıb. Siz artıq ərinizi gözəl paltarda və makiyajda qarşılamırsınız, seksual gecə paltarı əvəzinə yatağa rahat və isti gecə köynəyi geyirsiniz, kinoya və ya başqa yerə demək olar ki, getmirsiniz. Yadda saxlayın kişilər üçün qayğı və diqqət təkcə yemək bişirmək və paltar ütüləməkdən ibarət deyil.

Kişilər uşaq kimidir. Uşaqlardan tək fərqi isə odur ki, uşaqlar analarını seçmirlər və dəyişə bilmirlər..

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.