Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Kişilər diqqət! xanımınız çox qısqancdır??

 tərəfindən  28 July, 2010 tarixində və Dost Məsləhəti, Kişilərə Özəl, Qadınlara Özəl, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Dünya sevgi üzərində qurulduğu üçün bəzən insan sevgidən əzab da çəkir, başqa-başqa həyat tərzinə sahib olan insanlar sevgi alovu ətrafında pərvanə kimi dolanırlar və bir gün toqquşurlar. Yaxınlıq onlarında həyatını alovun istisini hiss etməyə gətirib çıxarır.

Evlenirik.Biz sevgidən yaranan bir hissdən danışaraq, bu gün qısqanclıq daşıyan xanımları hədəf almışdır.

Boş yerə deməyiblər ki, qadın zərif varlıqdır. Nə qədər güclü olsa belə kövrək qəlbə sahibdir, tək təsəlisi ağılı məsləhət və şirin sözlərdir. Qısqanclıq səhnələrinin əsas baş rol ifaçısı xanımlar olduğu üçün bəylərimizin diqqətinə bir sıra təkliflərimizi çatdırırıq.

Əgər xanımınız sizi hər şeyə qısqanırsa, bütün hərəkətlərinizdə sizi sorğu sual edirsə, hər dəqiqə sizin harda olduğunuzu soruşub sizi incidirsə bunu anlayışla qarşılayın çalışın hər bir şeyi ona düzgün şəkildə başa salın. Ən əsasıda odur ki, qısqanc keyfiyyətlərə sahib olan birinə heç bir zaman yalan danışmağa çalışmayın çünki bu halda daha çox etibarınızı itirmiş olursunuz və çox getməz siz sevdiyinizidə itirmək təhlükəsi ilə üzləşərsəniz. Ona heç nəyi izah etməyə çalışmayın çünki o sizi dinləməyəcək sadəcə olduğu kimi yaranan anlaşılmazlığın səbəbini söyləyin və onun sizin ən zəif nöqtənizin nə olduğunu tapmasına imkan verməyin əks halda o hər zaman onun üstünə basaraq keçəcək və bu vəziyyət sizi bezdirmək halına gətirib çıxardacaq.

Qısqanc xanımla mülayim tonda danışın, yüksək ton onun alovlanmasın səbəb olacaqsan alçaq ton onu özündən çıxaracaq. Telefonla zəng edib sizin nə işlə məşğul olduğunuzu, harda olduğunuzu soruşarsa ona bunu gizli şəkildə ifadə etməyin aydın formada və normal sən tonu ilə “mən indi məşğulam sonra sənə zəng edərəm” deyərək adını çəkib sagollaşın, o hiss etsin ki sizin yanınızda əks cinsin nümayəndəsi olsa belə siz yalnız ona dəyər verirsiniz.

Qısqanc sevgilisi və ya həyat yoldaşı olan bəylərin ilk növbədə inam hissini qazanmaları vəziyyətdən çıxış yolundan biridir çünki bunu duyan xanım müəyyən müddət keçdikdən sonra qısqanclıq hisslərini inam hissi ilə əvəz etməyə başlayacaq, daxilən əzab çəksə belə lakin sevdiyinə olan inamdan onu başqa şeylər düşünmək fikrindən çəkindirəcək. İnam və sübut olunmuş sevgi ən yaxşı metodlardır. Bu proses uğurla nəticələnərsə demək olar ki, bundan sonra bəyləri rahat həyat tərzi gözləyir.

Qısqanc xanımlar daima diqqət tələb edirlər, onlara olan diqqət azaldıqda düşünürlərki, bəylərinin həyatında başqa xanım var və bu zaman onlarda qıcıqlanma hissləri yaranır, hər bir vəziyyətdə bəhanələr uydurub dava dalaş edirlər. Sonra özlərinə qapanıb göz yaşı axıdırlar. Lakin həyat yoldaşınız yanınızda ağlayarsa ona yaxınlaşıb ülvi hisslərinizdən söz açın, onun gözünün yaşına qıymadığınızı dilə gətirin, nə olursa olsun ondan ayrılmazsınız kimi sözlərlə onu ovundurun, əks halda çırpılan qapılar, dönük sifətlər, səs küy onları depresiyaya sala bilər.

Qısqanc xanımlar sevdikləri ilə məlumat mübadiləsi etməyi sevirlər, hər hansı bir mövzu ətrafında müzakirələr apararlar sonu isə əks cinsin ona olan diqqətini yoxlamaq üçün fikirlər irəli sürüb onun reaksiyasını öyrənməyə çalışırlar, çalışın onu unutmayasınız və sizdə onun qısqanclıq hərəkətləri qarşılığında özünüzü çəkmədən ona qarşı tələbkar olduğunuzu vurğulayasınız “sənə olmaz”, “sən mənə tabesən”, “sən artıq azad deyilsən həyatında mən varam”, “sən tək deyilsən bir yerdə həll edək” kəlmələrindən istifadə edin, icazə verin ki onlar sizdən istədikləri sevgi reaksiyasını ala bilsinlər.

Qısqanc xanıma sahib olan bəylər hər zaman səbirli, təmkinli olsalar bu onların həyatlarını düzgün nizmalamağa böyük təsir göstərəcək. Hörmətli bəylərimiz unutmayın ki Qısqanclıq hissləri sevgidən yaranır və bu hissi də qiymətləndirməyi bacarın ki sonra onu itirdikdən sonra yaralı ürəyiniz ilə axtarmayasınız.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

3 şərh on "Kişilər diqqət! xanımınız çox qısqancdır??"

  1. Qarishqa on Wed, 28th Jul 2010 11:34 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Məqaləni yazana xüsusi təşəkkürlər çox əla alınıb

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Aysel Bayramova on Wed, 28th Jul 2010 12:05 pm 

    Verdiyiniz dayar ucun Sizlara minnatdariq!

  3. ayishe on Sun, 13th Jan 2013 9:37 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Men heyat yoldasimi cox qisqaniram tekce onu ama bele hedis var ki qadinlar qisqancliqlarini idare etmelidirler men de calisiram bildirmeyim cox pis hissdi insanı incidir bas qosmamamq en yaxsisidir yoxsa insan dell olar

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.