Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Kipriklərin cazibə qüvvəsi

 tərəfindən  26 May, 2009 tarixində və Qadınlara Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Düşünürük ki, hər bir qadın kirşansız, göz kölgəsiz, qələmsiz və dodaq boyasız yəgin ki, keçinər. Lakin tuş bizim üçün  çox vacib aksessuarlardan biridir. Məhz bu kiçik aksessuar qadınların gözlərini daha da ifadəli edir, onların cazibə qüvvəsini artırır.

Tuşlar müxtəlif olur: həcmverici tuşlar, kiprikləri uzadan tuşlar, suya davamlı tuş və kiprikləri buran tuş.
Bütün növlər yalnız fırçalara görə fərqlənirlər. Tuşu kipriklərinizin individual xüsusiyyətlərinə görə seçməlisiniz.

Kiprikləri uzadan tuş

Kipriklərinizi daha da uzun etmək istəyirsinizsə, xüsusi ipək və ya neylon telli tuşdan istifadə edin, onlar kipriklərinizə yapışdırılacaq və gözlərinizi ifadəli edəcək. Bir çox istehsalçılar artıq iki fırçalı tuşlar istehsal edirlər. Onların bir tərəfi ağ telli olur, digər tərəfi isə uzadılmış kiprikləri örtmək üçün tuşla istehsal edilir.

Maksimal effekt əldə etmək üçün uzadan tuşu iki dəfə çəkmək kifayətdir. Lakin qədərini bilsəniz yaxşıdır. Kiprikləriniz kobud və süni görünə bilər.

Həcmverici tuş

Bu tuşun tərkibində kipriklərə həcm verən mum var. Bu tuşlar gözləri daha da iri və təkrarsız edirlər. Fırçaya fikir verin: onun tükləri səthdə səliqə ilə yayılmalıdır ki, kiprikləriniz də səliqəli görünsün. Bir çox istehsalçılar qutuya əlavə fırça qoyurlar ki, fırça hər zaman səliqəli və yararlı olsun. 

Kiprikləri buran tuşun tərkibi və onun fırçası fərqli olur. Fırçanın bir qədər əyri olması tuşun rahat sürtülməsini təmin edir və kiprikləri yuxarıya burur. Bu tuşun tərkibində keratin, qatran var. Onların sayəsində kipriklər rahat yuxarı burulur. 

Suya davamlı tuş

Bu növ tuşlar yayda çox rahat istifadə edilə bilər. Çimərlikdə, hovuzda çimərkən bu tuşla suya girmək mümkündür. Lakin bu tuşdan mütamadi istifadə etmək məsləhət deyil. Çünki allergiyaya meylli insanlar üçün bu tuş bir qədər təhlükəli ola bilər. Tuşun silinməsi üçün xüsusi kosmetik vasitədən istifadə etmək məsləhətdir. Tuşun markirovkasına fikir verin. Əsl suya davamlı tuşun üzərində “moisture-proof” və ya  water-proof” yazılmalıdır.

Dekorativ tuş seçərkən onun yalnız kimyəvi tərkibinə deyil, həmçinin fırçasına və istifadə tarixinə fikir verin. Tuş ən azı üç ay ərzində istifadə edilməlidir. Quru tuş üçün bu müddət – yarım il təşkil edir.

yumroo.az

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.