Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Kiçik,qiymətli hədiyyə – kompliment

 tərəfindən  28 June, 2010 tarixində və Kişilərə Özəl, Maraqlı və Faydalı bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

100 kişidən 99-u təhtəlşüurda təriflənmə gözləyir!

Gözəl olduğunu bilmək hər bir qadın üçün önəmlidir. Eyni zamanda kişi üçün də ən güclü və ən etibarlı olduğunu bilmək çox vacibdir. Bunu anlamaq, buna inanmaq ilk növbədə bunun həqiqət olduğunu bilməklə mümkündür. Buna sübut isə ətrafdakıların komplimentləri olacaq. Fikirlərinə laqeyd qalmadığınız insanların xoş sözləri sizə narkotika kimi təsir edəcək. Komplimentlər balaca, amma qiymətli hədiyyə kimidir. İstənilən hədiyyə kimi onu da həm almaq, həm də vermək xoşdur. Evlenirik.Biz Aysel jurnalından maraqlı məqaləni sizlərə təqdim edir.

1. Komplimenti ürəkdən demək lazımdır. Əgər ikiüzlülüyü yaxşı bacarırsınızsa, onda yalan danışdığınızı anlamayacaqlar. Dediyiniz xoş sözə özünüz inanmasanız, qarşınızdakı sizi yaltaq kimi qəbul edəcək. Gülünc vəziyyətdə qalmamaq üçün səmimi olun. Əgər qarşınızdakına həqiqətən yaxşı söz demək istəyirsinizsə, həmin adamda gözəl, qeyri-adi nə isə tapa bilərsiniz.

2. Kompliment vaxtında deyilməlidir. Hər bir hədiyyə, sürprizin öz vaxtı olmalıdır ki, bunu hiss etmək lazımdır. İlk növbədə komplimenti niyə söylədiyinizi müəyyənləşdirməlisiniz. Əgər bunu yüngül flirt üçün edirsinizsə, onda komplimenti astadan elə deyin ki, bunu yalnız o eşitsin. Rəhbərlik qarşısında xoş görünmək istəyirsinizsə, komplimenti sizə müraciət olunanda deyin, məsələn, sizinlə salamlaşanda.

3. Spontan, emosional kompliment deyin. Belə komplimentlər daha çox bəyənilir. Belə iltifat hər hansı bir insanın xarici görünüşünü görən zaman baş verir. Siz özünüzdən asılı olmadan xoş söz işlədirsiniz.

4. Baxış ən yaxşı komplimentlərdən sayılır. Gözlər bəzən çox şey haqqında danışır. İnsan ona heyranlıqla baxan gözləri görəndə başa düşür ki, ona layiq olduğu ən dəyərli hədiyyəni veriblər. Heç kim heç zaman kompliment almaqdan doymur. Kompliment deməkdən çəkinməyin. Yaxşı sözlərə görə insanı cəzalandırmırlar, əksinə təşəkkür edirlər.

Öz ünvanına sizin dilinizdən dəyərli söz eşidən adamın münasibəti sizə qarşı tamamilə dəyişə bilər. Müşahidə aparın: siz emosiyalarınızı xoş sözlər şəklində ifadə edəndə avtomatik olaraq avtoritetə çevrilirsiniz. Kimsə özünə yeni saç düzümü etdirsə, birinci olaraq sizin fikrinizi öyrənəcək; kiminsə çətin işi olanda onu qiymətləndirməyi birinci sizdən xahiş edəcək, çünki keçən dəfə onun işini bəyənmişdiniz. Təbii səslənən komplimentlər ağır çəkiyə malikdir. Xoş söz eşidən insan dünyaya fərqli gözlə baxacaq. Müsbət emosiyalar mənfi emosiyalardan daha güclü olduğundan, daha çox yadda qalır.

Kişilərə komplimenti necə deməli?
Qadınlar dəqiq bilir ki, kişi güclü, müstəqil və özünəgüvənən olmalıdır və onlara kompliment demək artıqdır. Amma burada yanılırıq. 100 kişidən 99-u təhtəlşüurda təriflənmə gözləyir. Kişilər üçün kompliment hərəkətə keçmə istəyidir. Vaxtında və savadlı söylənmiş kompliment istənilən kişini terminatora çevirə bilər. Kişilərə söylənən kompliment yalan yox, dəyərlərinin şişirdilməsidir.

Komplimentin tələffüz tonu da böyük önəm kəsb edir. İntim formada asta səslə deyilən xoş söz kişilər tərəfindən daha çox qiymətləndirilir. Amma heç bir halda istehzaya yol verməyin. Daha geniş yayılan səhv qadınların kompliment söyləyəndə həddi aşmalarıdır. Bu halda kişi sizin söylədiklərinizə inanmayacaq və kompliment sirli qüvvəsini itirəcək. Komplimentin «işləməsi» üçün onu ünvanladığınız adamın xasiyyətini də bilmək yaxşı olardı. Hər bir kişi üçün professional və seksual keyfiyyətlərinin qiymətləndirilməsi vacibdir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.