İstirahətdə təhlükəli 4 oğlan tipi
charming tərəfindən 19 July, 2010 tarixində və Dost Məsləhəti, Qadınlara Özəl, SİZƏ ÖZƏL, ÜMUMİ bölməsində yayımlanmışdır.

İstirahət üçün hər şey hazırdır. Hələ bir də yay eşqi yaşayım deyə fikirləşirsinizsə, bilməyinizin vacib olduğu bəzi şeylər var! Yay ayı oğlanların da ova çıxdığı bir vaxt olduğu üçün ovlanmadan əvvəl gələ biləcək təhlükələrə nəzər salın! Evlenirik.Biz-in bu sahədəki məsləhətlərinə mütləq qulaq asın!
1) 3-lükdə gəzənlər:
Bu oğlanlar tamamilə el dilində desək qız bişirmək yəni qız ovlamaq üçün gəzən silahdaşlar kimidirlər. Bir yox, iki yox amma üç rəqəmi ehtiyat edilməsi vacib olan sayıdır. Bir-birlərindən qətiyyən ayrılmazlar. Gündüz yatıb gecələri gəzərlər. Biri qız tapan kimi digərləri də qızın rəfiqələri ilə əlaqə yaradırlar.
2) Gitaralı oğlanlar:
Gitaranı bir alət olaraq deyil qız ovlamaq vasitəsi kimi istifadə edən oğlanlardan söhbət gedir. Bu oğlanlar qışda gözəl bir repertuar hazırlayıb yayda sahillərə hücum edənlərdir. Qızların arxasınca gəzməzlər və özlərini rahat göstərməyə çalışarlar. Gecələr sahildə gitarada ifa edərlər, sadəcə romantik ifalar və qızları özlərinə çəkərlər. Tələyə düşməyin, əsasən ürəyinizi oğurlayıb sonrada yoxa çıxarlar.
3) Ağ şalvarlı oğlanlar:
Bu oğlanlar yay gələn kimi açıq rənk geyinmək lazım olduğunu nə vaxtsa, hardasa eşidiblər. Və cazibəli görünmək üçün ağ şalvar və qara köynək geyinməyi üstün tutarlar. Hələ hələ bu şalvar kətandırsa. Diqqət edin bu tip oğlanlar bəsitdirlər və çox kobud ola bilirlər.
4) Şəmsiyyə oğlanlar:
Bu oğlanlar pilyaja səhər saatlarında gəlib, kölgəlik yerləri tutar, günəş eynəklərin taxıb ovlarını gözləməyə başlayırlar. Qəzet oxuyaraq ətrafla maraqlanmırlarmış kimi göstərirlər. Sahildə insanların çoxalmağa başladığı bir vaxtda “bağışlayın bura boşdur” deyən qızlara məmnuniyyətlə yer verərək diqqət çəkərlər. Bəyənmədikləri qız yaxınlaşan zaman isə xeyir doludur deyərlər. Bəzən isə küləkdən çevrilən şəmsiyyələrə kömək edərək söhbət açarlar.
Evlenirik.Biz Mətbuat Xidməti
DİGƏR MƏQALƏLƏR
Yüklənir…














Rəşid on Mon, 19th Jul 2010 1:02 pm
Çox kobun çeşidləmədir. Biraz dəqiq qruplaşdırsanız yaxşı olardı
Münasibətiniz:
0
0
Fuad on Mon, 26th Jul 2010 3:23 pm
maraqli idi tsk
Münasibətiniz:
0
0