Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

İmtahandan əvvəlki həyəcan

 tərəfindən  18 January, 2011 tarixində və MƏSLƏHƏTXANA, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

İmtahandan əvvəl demək olar ki, bütün insanlar həyəcan keçirir. Bu həyəcanı insanların sinir sistemindən asılı olaraq kimisi az kimisi isə çox keçirir. Hal hazırdakı imtahan mövsümünü də nəzərə alaraq Evlenirik.Biz oxucularına faydalı tövsiyyələrimizi çatdırırıq.

Bundan əlavə imtahana hazırlaşan insanlarda həyəcanın az yada çox olmağı onun ətrafında olan insanlardan da asılıdır. Belə ki, imtahana hazılaşmağa başlayan andan imtahanı verib qurtarana kimi həmin insana valideyinləri, dost – tanışları, yaxınları arasında inam olmalıdır, ona rahat olan mühit yaratmaq lazımdır. Bu həmin şəxsdə öz güvənini artırar və imtahana daha yaxşı hazırlaşmasına imkan yaradar.

İmtahana hazırlaşan hər bir kəs imtahan qabaqı həyəcanını boğmaq üçün bəzi bir neçə şərtlərə əməl etməlidir ;

- Öz söz – söhbəti ilə sizi həyəcanlandıran insanlarla ünsiyyətdə olmaqdan qaçın

- İmtahana hazırlaşan dövrdə əsasəndə imtahana az müddət (bir həfdə) qalan vaxda sizə müsbət enerji verən insanlarla ünsiyyət qurun

İmtahana az bir müddət qaldıqda isə

- İmtahana bir həftə qalmış təzə material öyrənməyin.

- İmtahana bir gün qalmış heç nə oxumayın. Son günü ancaq istirahətə həsr edin

- İmtahanın gedişini çalışın öz xəyalınızda hər xırdalıqına kimi canlandırasınız.

- İmtahandan sonra əgər istədiyiniz nəticəni əldə etməsəniz necə reaksiya verəcəyinizi və nə edəcəyinizi mütləq planlaşdırın ki, nəyi necə edəcəyinizə qabaqcadan hazırlıqlı olasınız.

- İmtahana lazım olan əşyaları axşamdan hazırlayıb imtahan günü rahat tapa biləcəyiniz bir yerə qoyun

- İmtahanı verəcəyiniz yeri qabaqcadan öyrənin ki, imtahan günü axtarmayasınız.

- İmtahana gedən vaxt sizə rahat olan paltarı geyinin və sizə uğur gətirəcəyinizə inanacağınız aksesuarlardan istifadə edin.

Unutmayın ki, imtahana hazırlaşan andan imtahanın verilib qurtarmasına qədər məsuliyyət təkcə imtahana hazırlaşanın üzərinə yox həmin inasanların valideyinlərinin də məsiliyyəti var. Alınacaq hər bir nəticədə imtahana hazırlaşanın payı qədər imtahana hazırlıq dövründə ona valideyinləri tərəfindən göstərilən münasibətin də payı var. Unutmaq olmaz ki, imtahana hazırlıq ilk öncə ailədən, imtahana hazırlaşan insana yaradılmış mühittən və ona olan inamdan başlayır. Bunlar nə qədər mükəmməl, imtahana hazırlaşan üçün rahat olarsa alınacaq nəticədə bir o qədər yaxşı olacaq.

Müəllif: Aynur Qurbanqızı

Hər birinizə həyat imtahanında uğurlar arzu edirik!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.