Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

İ. Quliyeva adına Mədəniyyət Mərkəzi

 tərəfindən  17 April, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

“İstanbulda mənim adımı daşıyan Mədəniyyət Mərkəzində çoxsaylı tədbirlərin həyata keçirilməsini arzulayırıq.

Orada hətta mənim şəxsi münasibətim olmayan və ya pis olan sənət insanlarının da gecələrinin keçirilməsi, konsertlərin təşkili mümkün olacaq. Hətta bir çox tədbirlərdə özüm şəxsən iştirak etmək niyyətindəyəm. Yaxın vaxtlarda isə artıq bu Mədəniyyət Mərkəzinin Ankarada da filialının açılması nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bu sözləri xalq artisti İlham Quliyeva İstanbulda təntənəli açılış mərasimi keçirilən İlhamə Quliyeva adına Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinə həsr olunmuş mətbuat konfransında deyib.

Xalq artisti təntənəli açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aranın, Türkiyə və Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimlərinin, bir sıra iş adamlarının və incəsənət xadimlərinin iştirak etdiyini bildirib. İ. Quliyeva belə bir mərkəzin onun sağlığında açılmasını yüksək qiymətləndirdiyini dilə gətirib: “Təəssüfləndiyim hal isə odur ki, bu mərkəzin açılışından qayıtdıqdan sonra, eləcə də “Sənət kraliçası” kimi bir mükafat aldıqdan sonra məni burada heç bir müğənni təbrik etmədi. Müxtəlif tədbirlərdə, çəkilişlərdə mənimlə mehribancasına qucaqlaşıb görüşdülər, ancaq qısqanclıqdan təbrik etmədilər. Mən isə onların hər birinə bu cür mükafatlara layiq görülməyi arzu edirəm və bunu ürəkdən istəyirəm”.

Xalq artisti bu il ərzində Azərbaycan və Türkiyədə yaradıcılıq fəaliyyətinin 45 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış edəcəyini də diqqətə çatdırıb. Tədbirdə mədəniyyət mərkəzinin açılışından video-kadrlar nümayiş olunub.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.