Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

İdmanla məşğul olanlar necə qidanlanmalı?

 tərəfindən  11 April, 2010 tarixində və idman, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Orqanizmin möhkəmlənməsi və enerji toplamaq baxımından “sağlam qidalanmaq” idmanla məşğul olanlar üçün çox əhəmiyyətli bir mövzudur. Bəzi qidaların çoxluğu və ya əskikliyi bizim fiziki performansımızda, inkişafımızda əhəmiyyətli rol oynayır. Bu səbəbdən idman edənlərin qidalanması sağlam, balanslı və müxtəlif olmalıdır. Lent.az “internethaber.com” saytına istinadən idmanla məşğul olan zaman qidalanmada nələrə diqqət yetirmək lazım olduğunu yazır.

Zülal əzələ inkişafını və yenilənməsini dəstəkləyir. Zülalı, ümumiyyətlə qırmızı ət, ağ ət, yumurta və balıqdan ala bilərsiniz.

Xəmir, düyü, çörək, kartof, manna yarması ağır qidalardır və qlüsit qaynaqlarıdır. Əgər qlikojen yığımı kafi olmazsa, orqanizm ehtiyac duyduğu enerjini amino asitdən (yəni zülaldan) və yağlardan almağa başlar. Beləcə həm əzələ inkişafınız, həm idman performansınız geriləməyə başlar.

Süd məhsulları kalsium və zülalla zəngindir və təməl sümüklərimizin möhkəmləşməsinə köməkçi olar. Süd məhsullarından mütləq daim istifadə olunması məsləhətdir. Yağ qəbulunu minimuma endirmək üçün ümumiyyətlə yağsız süd və qatığa üstünlük vermək tövsiyə olunur. Krem və qaymaqlı məhsullar kalsium baxımından zəif, kalori baxımından zəngin olduqları üçün çox istifadə edilməməlidir.

Meyvə və tərəvəzlər lif, vitamin, mineral “anbarıdır”. Tərkibindəki şəkər, yəni fruktoz, qaraciyərdə qlikojen yığılmasına köməkçi olar.

Qandakı dəmir çatışmazlığı qırmızı qan hüceyrələrinin oksigeni daşıya bilməməsinə və dolayısıyla yorğunluq, halsızlıq və gücsüzlük yaranmasına gətirib çıxarar. Bir çox qidanın içində olan dəmiri iki kateqoriyada izah edə bilərik. Birincisi mərcimək, göy noxud, taxıl və yumurtada olan, amma təxminən 5 faiz miqdarında olan, ikincisi isə ət və balıqda olan və dəmiri 25 faiz nisbətində saxlayan qidalar. Eyni zamanda C vitamini kimi bəzi vitaminlər də qırmızı qan hüceyrələri üçün çalışar və anemiyaya qarşı yaxşı gəlir.

İdman edərkən su və mineral itiririk. Bu səbəbdən idmanla məşğul olanların su içməsi bədənin su nisbətini qoruya bilməsi baxımından çox əhəmiyyətlidir. İdman edənlərin susamadıqları zaman belə iş əsnasında, hətta gün boyu su içməsi vacibdir. İdman edərkən susamaq etdiyiniz idmanın performansını da sala bilər.

Ümumiyyətlə mütəxəssislər idmandan tam 3 saat əvvəl həzmə asan gedən, yüngül yeməklərlə bəslənməyi təklif edirlər. İdmanı bitirdikdən təxminən 2 saat sonra isə əzələləriniz qidaya ehtiyac duyar. Mütəxəssislər idmandan təxminən 2 saat sonra qoz, qatıq kimi yağsız zülal və ya meyvə yeyərək sağlam bir şəkildə tox qala biləcəyinizi deyir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.