Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

İdman üçün pulunuz yoxdursa, üzülməyin!

 tərəfindən  25 April, 2010 tarixində və idman, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share
İdman üçün pulunuz yoxdursa, üzülməyin!
Evdə özünüz də edə biləcəyiniz məşqlərlə artıq çəkidən xilas ola bilərsiniz.
Evlenirik.Biz Sizlərə artıq çəkidən qurtulmağa köməkçi olacaq evdə özünüz edə biləcəyiniz məşqləri təqdim edir.
Qarın məşqi: Hər kəs bu məşqin necə edildiyini bilir. Qarın məşqi, qarın bölgənizdəki əzələləri inkişaf etdirməyə və qüvvətləndirməyə köməkçi olacaqdır. Bunun üçün arxası üstü yerə uzanaraq, ayaqlarınızı düz olaraq açın. Əllərinizi başınızın arxasına qoyun və çiyinlərinizi yerdən uzaqlaşana qədər qalxmağa çalışın. Bir iki saniyə bu şəkildə qalın və təkrar uzandığınız vəziyyətə qayıdın. Bu zaman özünüzü tam buraxmayın və əllərinizi əsla başınızdan çəkməyin. Bu, boynunuzu incidə bilər. Eyni prosesi tam uzanaraq ayaqlarınızı birləşdirib yerden 20-25 sm yuxarı qaldıraraq da edə bilərsiniz. Bu da qarın əzələlərinizin dartılmasına gətirib çıxaracaq.
Oturub durmaq məşqi: Bu ilk baxışdan çox asan səslənsə də, bir o qədər də faydalıdır. Siz bu zaman dik durub ayaqlarınızı yaxınlaşdırırsınız və əllərinizi belinizə qoyaraq oturub-durursunuz. Bu zaman onurğa sütununuzun dik olmasına diqqət yetirmək üçün bu hərəkəti güzgü qarşısında etməyiniz və bir az daha əzələlərinizi gərginləşdirməyiniz üçün dabanlarınıza 2-3 sm qalınlığında bir cism (evdə məsələn başmaqları) qoymanız məsləhətdir. Beləcə dikdabanlı ayaqqabı geyinmiş kimi əzələniz gərgin olacaq və eyni zamanda heç nə geyinmədiyiniz üçün daha sərbəst olacaqsınız.
Bu hərəkəti edərkən, hər səfərində 10-15 dəfə oturub-durmaqla 1-2 dəqiqəyə qədər dincəlib 3 dəfə təkrarlamağınız məsləhətdir.

Piyada gəzmək: Ən sadə üsullardan biri də piyada gəzməkdir. Bu, hər hansı bir avadanlıq tələb etmir və istədiyiniz hər yerdə rahatlıqla edə bilərsiniz. Piyada gəzmək ürəyiniz üçün fayda verməklə yanaşı ayaqlarınızı da qüvvətləndirməyə də köməkçi olacaqdır. Gəzərkən telefon ya da playerinizdən də musiqi dinləmək sizə xususi zövq verəcəkdir. Ancaq bu zaman bir az daha sürətli yeriyiş faydalı olacaqdır.

Piyada gəzərkən üzü yoxuşa doğru yerimək,  evinizə gedərkən üst mərtəbədə yaşayırsınızsa liftdən istifadə etməmək də çox faydalı olacaqdır. Oturaq iş həyatınız varsa mütləq pilləkənlərdən istifadə etməyə çalışın.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

1 şərh on "İdman üçün pulunuz yoxdursa, üzülməyin!"

  1. Gunel on Mon, 26th Apr 2010 10:23 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Teshekkurler….

    Evleniirk.biz…Sen her zaman bizi dusunursen…)))

    Gunel

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.