Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

İdeal həyat yoldaşı seçməyin yolları

 tərəfindən  14 May, 2010 tarixində və Ailəyə Özəl, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bu yaxınlara qədər ər seçimi məsələsi valideynlər tərəfindən həyata keçirilirdi. Əvvəllər qız-oğlan körpəlikdən göbəkkəsdi edilir və onlar həddi-buluğa çatan kimi evləndirilirdi. Qızına uyğun ər seçən valideynlər onun ailəsinə, maddi durumuna, evinə, pis vərdişlərinə diqqət yetirirdilər. Amma sevgi də nəzərə alınsaydı, əla olardı.  Evlenirik.Biz “Aysel” jurnalında dərc olunmuş məqaləni nəzərinizə çatdırır.

Hazırda gələcək həyat yoldaşını xanım özü qiymətləndirməlidir. Seçim zamanı təkcə sevgiylə də kifayətlənmək olmaz. İdealınızı axtarmağa başlamamışdan öncə özünütərbiyəyə keçin, kişi psixologiyasına aid kitablar oxuyun. Kişi və qadın arasındakı fərqləri görməyə çalışın və onları xəyallara qapılmadan olduqları kimi qəbul edin.

Kişilər qadınlardan tam fərqlidirlər. Kişi simasında “əla rəfiqə” axtarmayın. Kişi həm güclü, cəsur, pul qazanan olmaqla yanaşı, dəblə maraqlanan, seriallara baxan, paltar ütüləyən, futbolu sevməyən ola bilməz.

Ər seçmək haqqında sizə hər kəs məsləhət verə bilər. Siz onun psixoloji portretini çəkə, hətta onda olacaq xüsusiyyətlərin siyahısını hazırlaya bilərsiniz. Amma bunu edərək gözləmək olmaz. Xəyallara qapılmayın, reallıqla yaşayın. Bəyəndiyiniz insanla tanış olmağa, ünsiyyət qurmağa, onu tanımağa çalışın.

Ər seçərkən hansı kriteriyalara diqqət yetirmək lazımdır?

Temperament növü – Psixoloqlara görə, temperamentləri uyğun olan insanların nikahı daha uğurlu olur. Düşünməyin ki, əgər fərqli olsanız, bir-birinizin əskikliklərini dolduracaqsınız. Əksinə, nə qədər uyğunluğunuz az olarsa, razılığa bir o qədər çətin gələcəksiniz.

Xarakter – Mütləq onun xarakterinə nəzər yetirin. Əgər sizi onda nələrsə qıcıqlandırırsa, zamanla bu şeylər sizi özünüzdən çıxaracaq.

Ailə – Həyat yoldaşı seçərkən mütləq ailəsinə, valideynlərilə münasibətlərə, ailədə kimin başçı olmasına diqqət yetirin. İş ondadır ki, hələ uşaqlıqdan insanın təxtəlşüurunda müəyyən ailə modeli formalaşır ki, bunu sonradan dəyişmək mümkün deyil.

Sevgi və hörmət

O sizə necə münasibət bəsləyir? Deyir ki, sevir? Hərəkətləri sözlərilə üst-üstə düşmür? Bir çox hallarda kişi qadını sevsə də ona hörmət bəsləmir. Sevgi və gül dəstələrindən daha çox onun sizə olan münasibətinə daha çox fikir verin. Qadına hörmət olunmayan nikahda ona mülkiyyət kimi baxılır və istənilən istiqamətə yönəldilir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.