Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Hicab bu gün..

 tərəfindən  25 May, 2010 tarixində və DİN, Qadınlara Özəl, Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bu gün əziz oxucularımla cəmiyyətdə mövcud olan və çoxlarının diqqətindən kənarda qalan bir problemi bölüşmək istəyirəm. Söhbət Hicabdan gedir. Azad demokratik öklədə yaşamağımıza baxmayaraq, bugün hicablılara qarşı münasibət fərqlidi. Mən buna ayrıseçkilik də deyərdim. Bu ayrıseçkiliyi həm cəmiyyətin hicablılar haqqında düşüncə tərzi, həm də onlara qarşı münasibətində müşahidə etmək olar.

Məsələn, 19 May 2010-cu il tarixdə Heydər Əliyev adına İdman və Konsert kompleksində keçirilən ümumdünya Qida Sənayesi sərgisinin ilk günündə 2 hicablı xanıma sərgiyə girmək qadağan edilmişdir. Nə səbəbə? Məlumdur ki, cəmiyyətdə yazılı və yazılı olmayan qanunlar mövcuddur. Yazılı qanunları pozan qanunla məsuliyyətə cəlb edilir, yazılmayan qanunları pozanlar isə cəmiyyət tərəfindən tənqid edilir.

Məsələn, teatrda geniş kütlə arasında və ya oxu zalında ucadan danışmaq, qışqırmaq; ictimai yerlərdə öpüşmək və s. Bəs hicabda gəzməklə, izahlı desək örtülü gəzməklə bu qanunlardan hansını pozuruq? İnsan özünü örtülü olduğu zaman mənəvi cəhətdən daha rahat hiss edirsə niyə ona mane oluruq?

Mənim rəfiqəm işsizdir. Səbəbi hicablı olmasıdır. Hicab onun işləyib özünü təmin etməsinə mane olur. Bu ədalətlidir? Hicablı xanımları işə götümək istəməyən iş adamları! “Sizin ofisə yaraşıqlı aksesuar lazımdı, yoxsa ki, çalışqan işçi?”

Və yaxud, bəzi insanların geriləmiş təfəkkürünə nəzər salaq…

Rəfiqlərimdən birinin fikrini bölüşmək istəyirəm sizinlə… “X” xanımın fikrincə, hicablılar qəddar olurlar, çünki avtobusda 2 dəfə hicablı xanımın hamilə xanıma və yaşlı qadına yer vermədiyinin şahidi olub. Bu da mənim məntiqli hesab etdiyim rəfiqəmin məntiqsiz fikri… Eləsinə qalsa, bir çox kişilər və hicabsız xanımların adı qara dəftərə, qəddarlar siyahısına düşməlidir.

Başqa bir misal. Bu səhər avtobusda 2 gənc xanım (yaşıdlarım) məni başdan ayağa süzüb istehza ilə gülürdülər. Mən də borclu qalmadım. Qarşılıqlı səmimi gülümsəmə ilə avtobusu düşəcəyim dayanacaqda tərk etdim. Həmin 2 xanımın sual dolu baxışlarını geridə, avtobusda buraxdım…məğrur-məğrur işlədiyim bunaya doğru addımladım…Təbəssüm hələ də üzümü tərk etməmişdi…Axı nə deyəydim onlara?…Onlar məni onsuz da anlamayacaqdılar…Həmin an bir şeyi düşündüm…Hicab mənim seçimimdi…Hər kəs öz seçimində sərbəstdi…

Fürsətdən istifadə edərək hicabı dəstəkləyib hörmət edənlərə, dəstəkləməyib hörmət edənlərə, hicablalara qarşı ayrıseçkilik etməyənlərə, məqalənin yerləşdirilməsində öz dəstəyini əsirgəməyən evlənirik.biz-ə, həmçinin oxuyub şəhr yazanlara öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Günel

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

8 şərh on "Hicab bu gün.."

  1. Turkan on Tue, 25th May 2010 2:59 pm 

    Gunel, meqaleye gore tewekkur edirem.
    hicab geyindiyim uchun cox weyleri itirmiwem.ama itirdiklerim qazandiqlarimla muqayise edilmezdi.hec vaxt pewman olmamiwam ve olmayacam inwaallah.butun gorduyum chetinlikler hicaba olan sevgimi daha da artirir.hicabi qebul etmeyenler bir gun emellerinin qarwiligini gorecekler.”Siz tez kecib gedeni (fani dunyani) sevirsiniz.Axireti ise terk edirsiniz”(Qiyamət surəsi 20,21)

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 4 Thumb down 0

  2. elnare on Tue, 25th May 2010 5:41 pm 

    Hicablı xanımların hamısına pis demək olmaz. Aralarında yaxşıları da var. Amma bəziləri hicab altında gizlənib min oyunan çıxırlar. Əksəriyyəti gözdən pərdə asmaq üçün hicab baglayır demək isrəyir mən təmizəm namusluyam mənən yoxdu. Mən omlardan elə şeylər görmüşəm eşitmişəm ki onların bəzilərinə nifrət edirəm. Yalanan namaz qılırlar oruc tuturlar hicab baglıyırlar amma əyri işlərlə məşguldular. Yazıg onları alan.

    Münasibətiniz: Thumb up 2 Thumb down 0

  3. Gunel on Tue, 25th May 2010 10:00 pm 

    Salam Elnare xanim,

    Serhiniz ucun minnetdaram,

    Amma bir seye aydinliq getirmek isteyirem. “Aralarinda yaxsilari da var demekle” siz, belke de bilemeden, pislerin daha cox, yaxsilarin daha az olmasini vurguladiz. Dusunurem ki, bu qesden olmadi…cunki burda sizinle razilasa bilmerem…men “hicabsizlar arasinda yaxsilari da var” desem sizce bu nece seslener? bu menim fikrim deyil, sadece muqaise ucundur…

    Ikinci mesele, hicab altinda min oyundan cixanlarin Allahi biler, ozu biler, gunah sahibidirler…amma bu min oyundan cixan hicabsizlara niye normal baxirlar, onlara qarsi ayriseckilik yoxdu, amma bu hicablilara qarsi var? Axi exlaqsizliq exlaqsizliqdi, buna basqa don geyindirmek olmaz…her iki (hicabli ve hicabsiz) kutle cemiyyetde eyni huquqlara malikdir.

    Tutaq ki siz dediyinizdir, hicabsiz exlaqsiz ve hicabli exlaqsiz..dediyiniz kimi 100 oyundan cixirlar…bunu cemiyyet gormur, her halda gizli edilir, calisilir ki, gizli edilsin, amma hicabsiz exlaqsiz ish tapir, istenilen tedbirlere devet alir, onun uzune butun qapilar aciqdi…niye hicabli exlaqsiz ucun yox?

    Men exlaqsizligin terefdari deyilem…Allah qorusun….men sadece cemiyyetin fikrini hicabli ve hicabsizlar arasinda olan huquq berabersizliyine yoneltmek isteyirem…mumkunse buna dair fikrinizi bildirin…meselen…niye hicabsiz ish tapir, hicabli yox…???

    Fikrilerimi aciq ifade etdiyime gore uzr isteyirem… Anlasilmazliq olmasin deye bunu etmeliyem…

    Hormetle,

    Gunel
    Bir daha serhinize gore tesekkur edirem…

  4. evlenirikbiz on Wed, 26th May 2010 11:03 am 

    Sevgili istifadəçilərimiz,

    Əvvəla saytımızda gözəl və aktual mövzuda məqalə yazaraq münasibət bildirdiyiniz üçün təşəkkür edirəm. Məqaləni oxuduqda və şərhləri oxuduqda sanki verilmək istənilən və qəbul edilən mesajda qopmalar hissetdim. Ümumiyyətlə hər bir fikirlərlə müəyyən qədər razı olub olmamaq olar. Ancaq dəyişməz bir həqiqət var ki, mütləq sürətdə bildirmək istədim.

    Düşünək ki, bir həkim xəstəni müalicə edib sağaltmaq əvəzinə, səhf diaqnozla və səhf müalicə ilə halının pisləşməsinə gətirib çıxardı və hətta ölməsinə səbəb oldu. Biz bu zaman işini bilməyən həkimə yoxsa tibb elminə düşmən olmalıyıq? Nə düşünürsüz? İnanıram ki, kimsə bu nüansımdan incinmədən lazımlı cavabı tapmışdır.

    Hər birinizə sonsuz təşəkkürlər..

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  5. Mehriban on Thu, 9th Sep 2010 7:56 am 

    Salam!Men 2 gundur hicaba girmisem.Cemiyyet meni o qeder yaxsi qarsilamadi.Etrafimdaki insanlar is yoldaslarim tebrik etsede, yad insanlar “heyif o gozellik yayliq altinda qaldi” dediler.Xosbextem insanlarin meni nece qarsilamalari meni dusundurmur bele,bir gunahi terk eledim deye xosbextem,Allahima bir addim da yaxinlasdim deye xosbextem.Pesmanam bu qeder gecikdim deye.Sanki ciyinlerimdeki yuk azaldi.Amma qebul etmediyim bir sey insanlari mene olan baxislaridi.Men de avtobusda adam cox olanda yer vermirem ona gore ki,namehreme toxunuram (medeni dille desek) ve bu da gunahdi.menim ucun gunah etmemek hormetden ve merhemetden 1 addim ondedir.Cox sagolun movuzuya gore.SHEHVETIN ESIRI OLMUS DUNYA BIZE YADDIR.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  6. Aysel Bayramova on Tue, 14th Sep 2010 12:59 pm 

    Mehriban xanim Sizi tabrik ediram Allah ona apardiginiz imani hec vaxt sizdan almasin, Siz Tanrinin yolunu tutub musalman xaniminin yeriya yetiracayi ohdalikdan birini etmisiniz, bilirsiniz ilk novbada qalbinizda Allah sevgisinin olmasi va ona itaetiniz va bununla yanashi ayani subut kimi sizin gozalliyinizi saxlayib onu uzun paltar altinda gizlatmayiniz kimi bunu qiymatlandiran insanlara sadaca aciyin va mahal qoymadan hayatinizi yashayin, gozaliyi gormak istayan insan ona qarshi addim atan va amalina saleh olanadak onu qiymatlandirandir.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  7. ayishe on Sun, 13th Jan 2013 9:05 pm 

    Salamun aleykum.hami min hoqqadn cixa biler.hicabli melek deyil herhalda.men de hicabliyam.günahlarim olubsa bu mene aitdi evvelce gunahkar axtarmaga baslasaq aciq gezerek aciq asikar gunah edenler aynaya ozlerine baxa bilerler. Qaldi ki size istehza ile gulene sui zenn etmk istemirem .Allah onlari islah etsin bir sozle

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  8. Tunzale on Tue, 19th Apr 2016 10:36 am 

    Salam.Men 5-6 gundur ki,Hicaba kecmiwem.Yoldawim cox sevindi.Amma etrafimda olan xanimlar ne ucunse buna sevinmediler.Inanin ki ureyim cox sindi,ozumu atilmiw hiss etdim,Amma mene yad olan tanidigim hicabli xanimlar mene destek oldular,cox sevindiler.Hicabli oldugum gunden cox deyiwmiwem.Bu geyim ele bil ki bir sehirli alemdir,asdadan daniwiram, hereketlerime ele bir mehdudiyyet qoymuwam.Cox sevinirem ki bu yolu secmiwem.Allah hamimiza komek olsun Amin.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.