Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Heyif!..

 tərəfindən  20 April, 2009 tarixində və Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

white-rose

Əzizim son dəfə sənə həsrətlə,
Baxıram gözümə yaş dola-dola,
Çünki dönməyəcəm bir daha geri,
Tanrı dərgahına düşürəm yola.

Nə qədər yaşayıb çalışsam da mən,
Həyatda izimi qoya bilmədim.
Taleyim uzağa aparır məni,
Heyif bu dünyadan doya bilmədim.

Alıb ata-ana xeyir duasın,
Bəy ilə gəlinlik libası ilə,
Kaş verib əl-ələ toy məclisinə,
Girəydik vağzalı sədası ilə.

Düşünmə həyata keçmədi deyə,
Arzular, xəyallar boş, hədər imiş.
Qınama bəxtini qınama canım,
Mənim taleh yolum bu qədər imiş.

Bağışla! Durmadım, dura bilmədim,
Mən sənə verdiyim sözümün üstə.
Amma unutma ki, əzizsən mənə,
Hər an yerin olub gözümün üstə.

Peşiman deyildim heç taleyimdən,
Axı o qarşıma səni çıxartdı.
Amma çox keçmədi bu acı taleh,
Qara gözlərimin yaşın axıtdı.

Əzizim buraxma, tut əllərimdən,
Qəmli gözlərimdən çəkmə gözünü.
İndi tənha qoyub getsəm də səni,
Kədər dəryasına atma özünü.

Daha tutmayacam mən əllərindən,
Daha gəzməyəcəm səninlə qoşa.
Birgə qurduğumuz öz dünyamızda,
Əzizim mənim də yerimə yaşa.

Bilirəm əzizim, məhəbbətimiz,
Qəlbində silinməz izlər salacaq,
Cismim tərk etsə də səni əbədi,
Bil ki, unutmayan ruhum qalacaq.

Günel ~White Rose ~

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.