Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Hamilələr üçün dəyərli məsləhətlər

 tərəfindən  2 February, 2010 tarixində və Ailəyə Özəl, Həkim Məsləhəti, Qadınlara Özəl, SAĞLAMLIQ, SİZƏ ÖZƏL bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share
  1. Hamiləlik dövründə dərinin quruması və ya tündləşməsi təbiidir. Buna görə də, çalışın ki, dəriniz həmişə təmiz və nəmli olsun. Bunun üçün sabun əvəzinə təmizlik losyonlarından, isti su əvəzinə isə ilıq sudan istifadə edin.
  2. Üzmək hamilə qadınlar üçün ən yaxşı idmandır.
  3. Harmonlar diş ətlərini yumşaltdığı üçün dişlərinizlə bağlı problemlər meydana gələ bilər. Buna görə də, hər yeməkdən sonra dişlərinizi fırçalamağı unutmayın.
  4. Hamiləlik dövründə gecələr ən azı 8 saat yatın. Günortadan sonrakı “gözəllik yuxusu” isə sizə rahatlıq gətirər.
  5. Hamiləlik çatlarının qarşısını almaq mümkün deyil. Ancaq nəmləndirici kremlərlə dərinizin “elastikləşməsinə” nail ola bilərsiniz.
  6. Hamiləlik dövründə fiziki hərəkətlər etmək istəyirsinizsə, mütləq həkiminizlə məsləhətləşin. Çalışın, bu hərəkətlər sizi yormasın.
  7. Hamiləliyin 18-ci həftəsinə doğru əzələlərin boşalması və bağırsaqların “tənbəlləşməsi” qəbizliyə səbəb ola bilər. Bunun üçün təzə meyvə, kəpəkli qidalar, çörək və makaron qəbul edin.
  8. Hamiləlik dövründə çəki artdığı üçün qarın nahiyəsində qaşıntılar əmələ gəlir. Belə hallarda krem və yağlarla dərini masaj edə, qan dövranını sürətləndirərək qaşıntını aradan qaldıra bilərsiniz.
  9. Hamiləlikdə bəzi qadınların dırnaqları çatlayır və ya sınır. Narahat olmayın. Sadəcə olaraq qab yuyarkən əlcək geyin ya da krem və losyonlardan istifadə edin.
Hamiləlik zamanı stresdən uzaq durun!
Ümumiyyətlə, stress, əsəbilik insan sağlamlığına ziyandır. Hətta bir çox xəstəliklərin əmələgəlmə səbəbi kimi də stress, əsəb gərginliyi göstərilir. Ailədaxili problemlər, iş zamanı yaranan gərginlik, qanqaraçılıq… bütün bunlar eyni zamanda hamilə qadınlara da az zərbə vurmur. Stress halsızlığa, yorğunluğa, yuxusuzluğa, iştahasızlığa səbəb olan amillərdəndir. Təbiidir ki, hamiləlik dövründə yaşayış tərzində, psixoloji vəziyyətdə müəyyən dəyişikliklər baş verir. Hamilə qadınları bu dövrdə daha çox körpəsinin sağlam doğulub-doğulmayacağı fikri narahat edir ki, bu da onlarda stresə səbəb olur.

Bundan başqa, ürəkbulanma, bel ağrıları, əl və ayaqlarda şişlərin olması kimi əlamətlər də stress mənbəyidir.

Mütəxəssislərin fikrincə, istər hamilə qadın, istərsə də adi insan sağlam və güclüdürsə, streslə mübarizə apara bilir. Buna görə də hamilə qadın düzgün qidalanmalı, kifayət qədər yatmalı, alkoqol və siqaretdən, həmçinin telefon və televizor kimi cihazlardan uzaq durmalıdır.

Bir sözlə, hamiləlik dövründə düzgün qidalanma, yaşayış tərzinin düzgün qurulması, stresdən kənar olmaq gələcək körpənin sağlamlığı üçün başlıca şərtlərdən biridir.
Kəmalə Məmmədova
AnsPress

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

2 şərh on "Hamilələr üçün dəyərli məsləhətlər"

  1. sevda on Tue, 27th Sep 2011 3:25 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    salam hekim size bir sualim var men 8 ayliq hamileyem menim gozum altinda qirisiqliq emele gelib hele 17 yasim var bu ne ile elaqedar ola biler cozumunu deseniz sevinerem

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. evlenirikbiz on Tue, 27th Sep 2011 6:06 pm 

    Sevda xanım, hamiləlikdə vücud dəyişməyə başlayır və doğuşa hazırlıq baş verir. Əlavə alınan kilolar, çanağın böyüməsi və s. bunlara nümünələrdəndir. Sizin gözünüzün altındakı qırışıqlıq aldığınız kilolara görə ola bilər. Hamiləlikdə ümumiyyətlə nəmləndirici kremlərlə gərginləşən dərinizi yüngül şəkildə maşaj etməyiniz xeyirli olar. Hamiləlik üçün yaşınız çox cavan olsa da qırışıqlar üçün də çox tezdir. Odur ki, həkiminizlə məsləhətləşərək nəmləndirici krem istifadə edin və dərinizi yumuşaq saxlayın. Hamiləlik çatlarının yaranmasının qarşısını almış olarsınız. Doğuşdan sonrakı mərhələdə isə arıqlayıb köhnə formunuza qayıtmaq üçün mütləq uşağa süd verməyi unutmayın! Bu həm uşağın həm də Sizin sağlamlığınız üçün əhəmiyyətlidir!

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.