Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Hamilə qalmaq üçün cəmi 6 gün

 tərəfindən  4 June, 2010 tarixində və Ailəyə Özəl, Maraqlı və Faydalı, Qadınlara Özəl, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Mütəxəssislər övlad sahibi olmaq istəyən ailələrin cinsi yaxınlıqlarını yenidən nəzərdən keçirmələrini tövsiyə edir.  Onların fikrincə, hamilə qalmaq istəyən qadınlar üçün bir ay ərzində cəmi 6 gün çox əhəmiyyətlidir.  Evlenirik.Biz-in “haberturk.com” saytına istinadən bildirdiyinə görə, qadının hamilə qalması üçün ən uyğun dövr menstruasiyanın ilk günlərindən etibarən 11-17-ci günləri arasındadır. Bu günlərdə hamilə qalma şansının yüksək olduğu deyilir.

Mütəxəssislər planlaşdırılan hamiləliyin həm ana, həm də gələcək körpə üçün sağlam yol olduğunu söyləyir:  “Ən başda qadın fiziki və ruhi baxımdan ana olmağa hazır olmalıdır. Xüsusilə hamiləlikdən qorunmaq üçün həblərdən istifadə edən qadınlar ən az 3 ay əvvəl həbləri tərgitməli, bu müddət ərzində isə nəzarətli cinsi əlaqədə olaraq qorunmalıdır.  Hamilə qalmazdan 2 ay əvvəldən başlayıb, hamiləliyin ilk 3 ayına qədər  davamlı olaraq gündə 0,4 mg. fol turşusundan istifadə etmək körpədə sinir sistemində problem olma ehtimalını 80 faizə qədər azaldır. Əgər ananın daha əvvəl belə problemli körpəsi olubsa, fol turşusundan istifadə gündə 4 mg-ya çatdırılmalıdır”.

Ananın hələ üç ay əvvəldən ümumi bir müayinədən keçməsinin əhəmiyyətli olduğunu bildirən mütəxəssislərin fikrincə, Hepatit B, C, HIV (SPİD) və qızılca hamiləlikdəki ən böyük problemlərdəndir. Əgər hamiləlikdə qızılca keçirilsə, körpədə ağır şikəstliklərə gətirib çıxarmaması üçün hamiləliyin sonlandırılmasına ehtiyac yarana bilər. Qadın hamiləlik zamanı siqaret və spirtli içkilərdən  özünü uzaqlaşdırmalıdır.

Bir sıra elmi araşdırmalar qız uşağı istəyən ana-ataların hamiləlikdən 4-5 ay əvvəl vitaminli qidalardan istifadəsinin təsirli olduğunu göstərib. Bu səbəblə, mütəxəssislər həm ananın, həm də atanın zülal ağırlıqlı yemək yeməsinin isə oğlan uşağı olma ehtimalını artırdığını yazır.

Evlenirik.Biz-in verdiyi bu məlumatlar  məsləhət xarakteri daşıyır. Ən yaxşısı sahəsində peşəkarlığı ilə  seçilən bir ginekoloq ilə daima ünsiyyətdə olmağınız sağlam övlad dünyaya gətirməkdə faydalı məsləhətlər əldə etməyinizə köməklik göstərəcəkdir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

7 şərh on "Hamilə qalmaq üçün cəmi 6 gün"

  1. sevinc on Mon, 7th May 2012 12:00 am 

    menim miomam var,1 6 aydiki aileliyem. miomanin uwaqa qalmamaqa ne kimimi tesiri ola biler?

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 22 Thumb down 9

  2. Kamile on Sat, 12th May 2012 5:04 pm 

    Oglan ushagina nece hamile qalmaq olar?

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 56 Thumb down 16

  3. Nergiz on Tue, 30th Apr 2013 12:58 am 

    men ve yoldasim qiz isdeyirik nece qiza hamile qala bilerem cox xahdiniz is edirem cavab yazar

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 10 Thumb down 1

  4. evlenirikbiz on Fri, 21st Jun 2013 3:08 pm 

    Bunu Allahdan istəyin.

  5. sema on Mon, 5th Aug 2013 12:03 am 

    mende oglan usaqi isdeyirem bir qizim var amma qurban olduqum allah hansinnan vererse qebulumdu teki sag salamat usaq olsun

    Münasibətiniz: Thumb up 4 Thumb down 1

  6. gunay on Wed, 21st May 2014 8:43 am 

    1 usaqm var keserle olub.2ye hamle qalmaq istrem belim aqryr bele halda qalsam prablem olmazki. 2ci usaqda keserle olmardr saqoln

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  7. evlenirikbiz on Fri, 6th Jun 2014 10:29 am 

    Bunun dəqiq məlumatları üçün ginekoloqa müraciət edib şikayətlərinizi bildirməlisiniz. Bəli ikinci uşaq da mütləq keyseriyya yolu ilə olmalıdır.

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.