Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Günahsızlara qarşı günah

 tərəfindən  25 February, 2010 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Onlar bir ailədə dünyaya göz açmışdılar. Bir bulaqdan  su içib, bir evin hündür tavanı altında böyüyərək, eyni yolu birgə gedərdilər. Dostlarıda eyni idi, qohumlarıda, qonşuları da. Nicat atasının üman yeri, İlkim  isə anasının ilki idi. Mehriban həyat sürmələri həmişə onları tanıyan insanların evində söhbətə çevrilirdi taa…. Xocalı faciəsi tarixə yazılmayana qədər.

Amansız düşmənin hücumu Azərbaycan xalqını dərbədər etdi, vətəndaşlarımız yurd yuvalarından didərgin düşdülər, yüzlərlə qadın, uşaq, kişi əsr oldular yağı düşmən əlində, torpağımızın bir hissəsi qana büründü. Silaha tuş gəldi yüzlərlə insalarımız, torpaq üzərində donmuş şəkildə qarın sıxlığı arasında  batıb qaldılar.

Həmin gün mehriban ailənin ürəyi sındı, canı parçalandı. Atası nicatını itirdi o gün, ümid ilə onu soraqlayırdı. Nicat bir kiçik zərəyə dönüb çıxıb getdi əllərdən, ilkim isə sonuna döndü, əsir götürüldü ailənin anası, ailəsini axtaran ata tapacağı inamı ilə qaçdı meşələrə, dağlara. Ölmədi yaşadı hər gün, bir gün tapılacaq deyərək sonunda xəstəxana oldu çarə indi isə kimsəsizlər evi.

Biz insan itirdik canlı insan-döyünən qəlbi olan, düşünən beyni olan, gülən üzü olan insan. Yas saxladıq, qaralar geyindik, göz yaşları tökdük.

Kimisi anasını tapmadı, kimisi bacısını, kimisi atanın cansız bədəni üstündə agılar dedi, qardaşa ağladı, kimisi gəlinlik paltarını hələ soyunmamışdır, kimisi ümidlə doğulacaq körpəsini gözləyirdi, nəticədə isə itirilən insan oldu.

Kimsəsizlər evinin sakini oldu ailəsini, obasını itirənlər, övladından xəbər almayan analar həyatdakı gerçəklikləri görməyib göylərlə danışdılar.

Xocalı 1992-ci ilin 25 fevraldan – 26 fevrala keçən gecə tarixin bir anım gününə döndü. Ekranlarda baxarkən dözə bilmədiyimiz, hər zaman xatırlayacağımız, unudan azərbaycanlı qanını daşıyan deyil səsləndiyimiz Faciəyə döndü Xocalı.  600 nəfərə yaxın insan öldürüldü, 400-dən artıq vətəndaşımız şikəst oldu, 1200-dən artıq vətəndaşımız ermənilər tərəfindən əsir götürüldü.Ondan sonra çox şəhidlər verdik, Azərbaycan tarixi ən acınacaqlı taleyini yaşadı, Qarabağ getdi. Azərbaycanın musiqi beşiyi, Xarı bülbülün vətəni, cənnət yuvalarımız, qayğıkeş dağlarımız həsrət qaldı doğma simamıza. Abidələrimiz küllə döndü, məzarlıqlarımız dağıdıldı. Biz itirdik amma düşmənimizi tanıdıq, ərazimizin qalan hissəsinin necə qoruyacağımız yollarını axtardıq, bizi müdafiə edən insanı bizimlə olmağa səslədik. Əlimizdən tutdu ümummilli liderimiz.

Bir gün Xocalımızı geri alıb onların qanları səpildiyi torpağı qərənfillərlə bəzəyəcəyik.Allah dünyasını dəyişənlərimizə Rəhmət etsin. Xocalı deyib əzab çəkənlərimizə səbr versin. Tanrı iradəmizi tükəndirməsin.

Sayt Rəhbərliyi: Xocalı Soyqrımında canlarından olanların ruhlarına hörmət olaraq saytımız 25 Fevral saat 23:59-dan  –  27 Fevral 00:01-ə qədər qaralacaqdır. Siz də bu aksiyaya qoşulun!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

2 şərh on "Günahsızlara qarşı günah"

  1. evlenirikbiz on Thu, 25th Feb 2010 5:25 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Aysel xanım, sayt rəhbərliyi olaraq bu günü matəm elan edib saytın giriş səhifəsini qaraldma qərarına gəldik. Eyni zamanda bu aksiyanı bacardığımız qədər kütlələrə duyurmağa çalışdıq.. Allah ölənlərə rəhmət eləsin..

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Aysel Bayramova on Thu, 25th Feb 2010 6:02 pm 

    Canımızdan ayrılan canların xatirəsi daima qəlbimizin ən zərif nöqtəsindədir.Onları anmaq bizim borcumzudur çünki günahsız idilər, çünkü çarəsiz idilər, Məndə bu aksiyanı dəstəkləyirəm, vətənimə sülh arzulayıram!

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.