Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

“Gün vurma” nədir? Göstəriciləri, təcili yardım, qorunma..

 tərəfindən  17 June, 2010 tarixində və Həkim Məsləhəti, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Yay günlərimizin çox isti başlaması ilə problemləri də bərabərində gətirdi.  Radio xəbərlərindən paytaxtda gün vurma hadisələrinin artdığını eşidib bu sahədə Evlenirik.Biz olaraq araşdırma edib Sizlərlə bölüşmək istədik. Xəbəri oxuyub dostlarınızla mütləq bölüşün!

Gün vurmasının göstəriciləri nələrdir?

Yüksək dərəcəli istilik və nəm nəticəsində bədən istiliyinin tənzimlənə bilməməsi nəticəsində bəzi problemlərin yaranmasına xalq dilində “gün vurma” deyilir.  Bu zaman müşahidə olunanlar:

  • Əzələ yığılması,
  • Halsızlıq,
  • Yorğunluq,
  • Baş gicəllənmə,
  • Hal hərəkətdə pozulmalar, əsəbilik
  • Solğun və isti dəri
  • Həddindən çox tərləmə (daha sonra azalır)
  • Mədə ağrıları, qusma, bulantı
  • Şuurunda pozulma, xəyal görmə
  • Nəbzin yüksəlməsi

Gün vurarkən ilk təcili tibbi yardım necə olmalıdır?

  • Xəstə sərin və havalanan bir yerə aparılır,
  • Paltarları çıxarılır,
  • Arxa üstü uzadılır,
  • Əl və ayaqlar yüksəldilir,
  • Bulantısı yoxsa və şuuru açıq isə tuz itkisini tənzimləmək üçün 1 litr su-1 çay qaşığı soda, 1 çay qaşığı duzlu məhlul içilir.

Gün vurması kimlər üçün daha risklidir?
Gün vurması müəyyən xəstəliyi olan və ya yüksək həssaslığı olan insanlar üçün daha tez özünü biruzə verir. Bu insanlar;

  • Ürək xəstələri,
  • Təyziq xəstələri,
  • Şəkər xəstələri,
  • Xərçəng xəstələri,
  • Normal kilonun çox altında və çox üzərində olanlar,
  • Psixoloji ya da ruhi əsəb xəstəliyi olanlar,
  • Böyrək xəstələri,
  • 65 yaşından yuxarı insanlar,
  • 5 yaşından aşağı uşaqlar,
  • Hamilələr,
  • Tez-tez düzgün olmayan diyet tətbiq edənlər,
  • Kifayət qədər su içməyənlər

İsti yay günlərində gün vurmasından qorunmaq üçün nələr etmək məsləhətdir?

  • Xüsusilə şapka, günəş eynəyi və çətir kimi günün işığından qoruyacaq aksesuarlardan istifadə edilməlidir,
  • Mövsümə xas açıq rəngli tərlətməyən yüngül geyimlər geyinilməlidir,
  • Bol mayə qəbul edilməlidir,
  • Bədən təmiz saxlanmalıdır,
  • Hər yemək vaxtı kifayət qədər kalorili qida yeyilməlidir,
  • Lazımsız və diqqətsiz dərman içilməməlidir,
  • Bir başa günəş aldında qalınmamalıdır,
  • Bağlı məkanların tez-tez havalandırılmasını təmin etmək gərəkir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.