Gözəlliyinizə valeh olsunlar! Bir birindən faydalı 13 maska!
evlenirikbiz tərəfindən 23 April, 2009 tarixində və Dost Məsləhəti, Qadınlara Özəl, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.
Xanımların qorxusu, gözəl görünmək..! Bəli, qarşıdan yay gəlir.. Bəzilərimiz qışda yığdığımız artıq kiloları atmaq fikirləşir, bəzilərimiz tətil planları düşünür ancaq bir çox xanımları onların cildi daha çox maraqlandırır.
Xanımlar yaya hazırıq mı? Cildimizə qulluq üçün çox pul xərcləyərək kosmetoloqlara getmədən çox məşhur olan maskaları Sizlərlə bölüşürük!
Saytımızda vaxt keçirərkən daha faydalı məlumatlarla tanış olmaq üçün Evlenirik.BİZ sizlər üçün bir-birindən faydalı 13 maskası təqdim edir.
1- Qidalandırıcı maska – 2ç/q droj və 1ç/q badam yağını qatışdırırsan. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə cəkib 15-20 dəq saxlayırsan. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.
2- Üzdə çillərə görə – Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır.1həftədə 3 dəfə üzə cəkilib 15-20 dəq saxlanılır. . Sonra üz ilıq su ilə yuyulmalıdır.
3- Üzdə qırışa görə – 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə cəkələir. Qarışdırdıqdan sonra 15-20 dəq uzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
4- Yağlı dəri üçün – 1x/q un, 1x/q smetan, 1ç/q soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
5- Sifəti dartan krem (maska) – yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə cəkilib bir az saxlanılır. Sonra isə üz yuyulmalıdır.
6- Ağardıcı maska – 2q bal və 4q un qarışdırılıb, üzə cəkilir. Bir az saxlandıqdan sonra üz yululmalıdır.
7- Əllərə qulluq – 1x/q badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə cəkilb bir az saxlanılır.Saxlandıqdan sonra əllər yuyulmalıdır.

Səpgili, solğun və təravətini itirən yağlı dəri üçün maskalar.
8- Balqabaq maskası – Balqabaq dərini yaxşı yumşaldır, təravətləndirir, və eyni zamanda qidalandırır. Təmiz yuyulmuş üz dərisinə balqabağın ətli hissələrini 20-30 dəqiqəlik oymaq lazımdır. Maskanı sərin su ilə yuyun.
9- Qreyfurtlu maska – Orta ölçülü qreypfrutu qabıqdan və pərdəciklərdən təmizləmək, əzmək və 1 fincan qatıq qatmaq alınmış qarışığı 1 saatlıq soyuducuda saxlamaq sonra bunu üzün dərisinə və boynuna çəkmək 30 dəqiqə saxlamaq lazımdır. Maskanı ilıq su ilə yumaq lazımdır.
10- Pomidor maskası – Torpaq rəngində, məsaməli yağlı dəriyə pomidor maskası müalicəvi təsir göstərir. 1-2 dənə pomidoru halqa şəklində doğrayıb üzün, boyunun dərisinə düzüb, tənziflə örtmək 20 dəqiqədən sonra üzü əvvəl ilıq, sonra isə soyuq su ilə yumaq lazımdır.
11- Çiy kartof maskası – Süzgəcdən keçirilmiş çiy kartof maskası əsasən quru və qabıq verən dərini yumşaldır, nəmləndirir və hamarlandırır.
12- Manna dənələri ilə üzün təmizlənməsi – Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır.
13 – Banan maskası – dərinizi sevindirin … – Axşamlar evdə olarkən 1dənə banan yeyin, 1 kiçik hissəcik saxlayın ki, üzünüzə maska edəsiniz. Bu cür maska dərinizi sevindirəcək və ona “banan incəliyi” bəxş edəcək. Kiçik banan hissəciyini üzünüzə çəkin və ya onunla dərinizi massaj edin. Banan dərinizi qidalandıracaq və təmizləyəcək.15-20 dəq sonra üzünüzü əvvəlcə ilıq, sonra isə sərin su ilə yuyun.Üzünüzü quruladıqdan sonra qidalandırıcı krem çəkin.
Qeyd: Bütün bu maskalar məlumat xarakterli olub, saytımız heç bir məsuliyyət qəbul etməməklə, tətbiq etməzdən əvvəl cildinizin həssaslığına qarşı (alergiya) fikirləşin və ehtiyaca görə dermatoloqunuzla məsləhətləşin.
Evlenirik.BİZ
DİGƏR MƏQALƏLƏR
Yüklənir…






(12 səs, ortalama: 4.25)








sebnem on Sun, 6th Feb 2011 4:08 pm
yazdiqlariniza gore cox sagolun.sifet ucun ziyansiz maska yazsaniz daha da xos olardi.sifeti canlandiran,usaq sifeti kimi gozel eden maska. her seye gore sagolun.
Əla-bəyənilib. Münasibətiniz:
7
2
sebnem on Sun, 6th Feb 2011 4:14 pm
SALAM.ESITDIYIME GORE AGARMAQ UCUN ISTIFADE ETDIMIZ MASKA SIFETI QIRISDIRIR.[HEMIN YAZDIGINIZ MASKA].BU DUZDU.CUNKI MEN BU MASKADAN COX ISTIFADE ETMISEM.SAGOLUN
Münasibətiniz:
3
0
evlenirikbiz on Wed, 9th Feb 2011 10:10 am
Şəbnəm,
Hər bir cildin özünə məxsusluğu var. Bəzi insanların həssas olduqları hər hansı bir təbi ya da təbii olmayan məhsullar ola bilər. Odur ki, üzünüzə edəcəyiniz maskanı biraz da öz vucudunuzu tanıyaraq etməyinizi məsləhət görürük.
evlenirikbiz on Wed, 9th Feb 2011 10:17 am
Şəbnəm bu maskadan sonra üzünüzdə qırışlar yaranıb? Həm çox isitfadə etmişəm həm də eşiddiyimə görə deyirsiniz..
AYSEN on Sat, 12th Feb 2011 5:06 pm
SIZANAQLAR UCUN MASQA YAZSANIZ COX SEVINERDIM.QABAQCADAN TESEKKUR…..
Əla-bəyənilib. Münasibətiniz:
6
2
shabnam on Thu, 17th Feb 2011 10:56 am
fikirlesiremki bunlar hamisi bos seylerdi.cunki mennen cox maska eliyen yoxdu amma hec bir netice de yoxdu
Münasibətiniz:
3
1
gulaska on Wed, 6th Apr 2011 7:44 pm
burdaki maskalar hekim dermatoloqlarin mesleheti ile yazilib?
Əla-bəyənilib. Münasibətiniz:
5
1
evlenirikbiz on Sun, 10th Apr 2011 2:49 am
@gulaska bəli bunlar həkimlərin və demotoloqların tövsiyələri olsa da unutmayın ki, hər kəsin fərqli həsasslığı vardır. Buna görə məqalənin sonundakı xatırlatmanı oxumağınızı qətiyyətlə tövsiyə edirik.
Rita on Wed, 20th Apr 2011 1:17 am
meslehetlere gore cox sagolun, yararli maskalardi.
Münasibətiniz:
1
1
Sebine on Mon, 23rd May 2011 12:32 pm
belə gözəl məsləhətlət üçün təşəkkür edirik amma bir şeyi bilmək istəyirəm bu maskaları neçe müddətə etmək lazımdır? yəni müalicə kursu nə qədərdir? Həmdə maskanın nəticəsini nə vaxtdan hiss etmək olur?
Münasibətiniz:
2
0
esmira on Mon, 3rd Oct 2011 4:45 pm
twkler. sizden xaiwim sivilceleri qurutmaq ucun bir maska deyesiniz.
Münasibətiniz:
2
0
Minara on Wed, 5th Oct 2011 9:26 pm
Yaxwi meslehetlerdir! Cox saq olun.
Münasibətiniz:
0
0
ilashka on Tue, 1st Nov 2011 3:13 pm
xais edirem mene suciceyi xesteliyinden sonra qalan izleri aparmaq ucun maska yazasiniz tez bir zamanda tesekurler
Münasibətiniz:
1
0
hagys on Thu, 17th Nov 2011 9:08 am
Su çiçəyi xəstəliyindən sonra dərinin qaşıdığınız hissəsində çapıqlar əmələ gəlir. Buna görə dərinin problem olan hissəsinə barmağınızın ucuyla masaj hərəkətləri ilə kako yağı çəkin. Masaj dəridə qan dövranını yaxşılaşdıracaq, yağ isə dərinin hamarlanmasına köməkçi olacaq. Nəticədə dəridəki hamarlıq bərpa olunacaq.
Münasibətiniz:
0
0
ayla on Thu, 29th Dec 2011 7:09 pm
men sepkiler ucun maska istiyerdim cekim sifetime qeweng maska bilirsiz sepkilercun kim bilir zehmet olmasa yazardizda evelceden twk
Münasibətiniz:
1
0
namiq on Sun, 20th May 2012 2:38 pm
menim uz derimde bir az sizanaqlardan sonra izler qalib onu nece aparim?twk
Münasibətiniz:
0
0