Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Ginekoloji məsləhətlər

 tərəfindən  7 July, 2009 tarixində və Qadınlara Özəl, SAĞLAMLIQ, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

ginekoloq məsləhətiQeyd edək ki, evlilikdən öncə “tibbi müayinə” adlı məqaləmizdə hər iki cins üçün nəzərdə tutulmuş əsas müayinələr qeyd olunub, bəziləri haqda isə daha geniş məlumat verilib.

İndi isə xanımlarımız üçün daha maraqlı və lazımlı olan evlilikdən öncə ginekoloji məsləhətlər haqda danışacağıq. Evlilikdən öncə dedikdə isə bu əlbəttə bizim və şərq xanımları üçün nəzərdə tutulub, çünki bildiyiniz kimi yalnız şərq ölkələrində, xanımların əksəriyyəti evlilikdən sonra ilk dəfə intim əlaqədə olurlar. Bu isə hər bir xanımın həyatında vacib məqamlardan biridir.

Nəzərə alın ki, bu məqaləni məhz bizim  xanımları nəzərə alaraq yazırıq. Bizim xanımların əksəriyyəti, evlilikdən bir neçə ay keçmiş artıq uşaqlarının olmasını istəyirlər, bunu ya özləri, ya  qohumlarının təkidi, ya da valideynlərinin  nəvə sahibi olmaq istəmələri ilə əlaqələndirirlər.
[ad#468×60]
İlk növbədə uşaq haqda yox, öz sağlamlığı haqda düşünmək lazımdır. Hər iki tərəf sağlam olduqdan sonra isə uşaq dünyaya gətirmək də bir problem yaratmır. Ona görə də ilk növbədə “tibbi müayinə” adlı bölməmizdə olan müayinələrdən keçməyi məsləhət görülür.

Odur ki, əgər ailə quran kimi sizin üçün uşaq dünyaya  gətirmək vacibdirsə, ən azından qadın cinsiyyət orqanlarının ultrasəs müayinəsi, xarici müayinə, müxtəlif infeksiyaların olub-olmadığın müəyyənləşdirməlisiniz.

Nəzərinizdə saxlayın ki, hamilə qala bilməmək  təkcə xanımın hər hansı bir problemi olduğunun göstəricisi deyil. Yoxlamaya getdikdə hər iki tərəf yoxlanılmalıdır. Bu xüsusilə də bizim “Məndə nə problem olacaq?! Mən sağlam kişiyəm”-deyən, əslində isə bəlkə də “infeksiya mənbəyi” olan orqanizmi ilə xanımını da yoluxduran kişilərimizə aiddir.

Sizə həyatdan götürülmüş, məhz bizim şəhərimizdə baş verən bir hadisə haqda yazmaq istərdim…

Bir xanımla  bəy evlənməyə hazırlaşırlar. Xanım özü artıq lazımlı müayinələrdən keçmiş olur. Bunu da öz gələcək həyat yoldaşından tələb edir. Əks cins isə onda heç bir xəstəliyin olmadığını  təkid edərək yoxlamadan keçmək istəmir (yuxarıda qeyd etdiyimiz kimi). Xanım isə qəti olaraq bununla razılaşmır. Nəticədə bəyimiz yoxlamadan keçməli olur…

Sizcə nəticəsi??????

Gələcək ailə başçısının sən demə, QİÇS ( rusca SPİD ) xəstəliyinə yoluxduğu aydınlaşdırılır və o buna inanmayaraq xarici bir ölkədə yenidən müayinə keçməyə yollanır, nəticə isə eyni olur…

İndi təsəvvür edin, bu qurulacaq ailənin sonu hansı faciə ilə nəticələnəcəkdi, əgər xanımın təkidi olmasaydı.

Heç birimiz belə hadisələrdən sığortalanmamışıq. Sağlamlıqsa insanın sahib olduğu ən qiymətli dəyərdir. Odur ki, məsləhətlərimizi diqqətdən qaçırmayın.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

4 şərh on "Ginekoloji məsləhətlər"

  1. R.V. on Wed, 15th Jul 2009 10:55 am 

    Meqale ucun teshekkur, cox ehemiyyetlidir.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Sefeq on Mon, 24th Aug 2009 11:31 pm 

    mence de yoxlanmaq mutleq lazimdi..bizim oglanlara da dahset cox lazimdi…hamiya melumdu da butun gun haralardadirlar olar..ama inanmiramki qizlar deye bile ki,get yoxlan… ve inanmiram da ki olar da qebul eleye…

    Münasibətiniz: Thumb up 2 Thumb down 0

  3. MELANI88 on Mon, 18th Jan 2010 12:35 am 

    men bu yaxinlarda aile quracam usagimin da geden kimi olmagini istiyirem.tebiki evvelce yoxlancam

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  4. leyla on Mon, 14th Mar 2011 9:34 pm 

    mən evliyəm hələki usagim yoxdur olmaginida cox istəyirəmş.evlənmədən oncə yoxlanmisiq bunun cox vacib oldugunu hərkəsə bildirmək istəyirəm

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.