Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Gəlinlik seçmək üçün 10 addım

 tərəfindən  26 May, 2010 tarixində və EVLENİRİK.BİZ, Maraqlı və Faydalı, Qadınlara Özəl, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

gelinlik88.jpg Gəlinlik seçmək üçün 10 addım

Gəlinlik seçmək əyləncəli bir iş kimi görünsə də olduqca stresli, çətin şərtlər və getdikcə  daralan zamanda sizi bezdirə bilər. Evlenirik.Biz mütəxəssisləri Sizə gəlinlik seçərkən faydalı olacaq məsləhətlərini bildirir. Bu mövqeydə göstərəcəyimiz istiqamətlər vasitəsilə mükəmməl bir gəlinliyə daha az zəhmətlə nail ola bilərsiniz.

1)  Günün birinci yarısında görüş təyin edin

Gəlinlik seçəcəyiniz mağazada  həftə içi bir gündə və günün birinci yarısında görüş təyin edin.  Unutmayın ki, bu saatlarda mağazalar daha sakit, işçilər isə daha diqqətcil olurlar.

2) Dəvətlilər siyahısını məhdudlaşdırın

Hər nə qədər bütün rəfiqələrinizin sizinlə gəlinlik seçməyə gəlməsini istəsəniz də, gəlinlik modelyeri Clair Pettibone sizinlinlə birlikdə bir və ya iki rəfiqənizi özünüzlə aparmağı məsləhət görür. O bildirir ki, nə qədər çoxluq olarsa, gəlinin fikirləri bir o qədər də çox qarışır.  Zövqünə güvəndiyiniz bir və ya ən çox iki rəfiqənizi dəvət etməyiniz kifayətdir.

3) Yuxudan yeni oyanmış kimi görsənməyin

Gəlinliklər nə qədər gözəl olsa da, siz gözəl görsənmədiyiniz müddətdə gəlinliyi bəyənməyiniz mümkün deyil. Adi bir gündə səhər işə gedirmiş kimi fikirləşin və ona uyğun olaraq da hazırlaşın. Saçınız və makiyajınız həmişə etdiyiniz kimi olsun. Makiyajınızın test etdiyiniz gəlinliklərə bulaşacağından qorxmayın, mağaza işçiləri özləri buna xüsusi diqqət yetirəcəklər. Sizin isə sadəcə ruh yüksəkliyinə ehtiyacınız var.

4) Bər-bəzəyi evdə qoyun

“Neçə gəlinin bəzəkli alt paltarı ilə gəlinlik testinə gəldiyinə inana bilməzsiniz” deyə  Puttibon bildirib. Bədən rəngi və bəzəksiz alt paltarı geyinməyiniz məsləhətdir ki, sizi narahat edəcək bir görünüş olmasın. Gəlinlik testinə yanınızda karset gətirməklə gəlinliyin əyninizdə gözəl qalmasını təmin edə bilərsiniz.

5) Ölçülərə diqqət

Gəlinlik bədəninizin ən gen hissəsinə görə seçilir. Lakin bəzi modelyerler dəyişik görünüş və bədən ölçülərinizə uyğun modellər tikə bilirlər. Yadınızdan çıxarmayın! gəlinlik ölşüləri normal paltarlara nisbətən iki ölçü böyük olur. Buna görə də gəlinliyin üzərindəki ölçünü görəndə təcüblənməyin.

6) Təcili ayaqqabılarınızı seçin

Gəlinliyə qərar verdikdən sonra ilk gəlinlik testinə mütləq toyda geyinəcəyiniz ayaqqabıları da aparın. Əks halda gəlinliyin uzunluğu ayaqqabı dabanının ölçüsü olmadan boyunuza görə tikilməsi çətin olacaqdır.

7) Gəlinlik seçiminizi sona saxlamayın

Gəlinlik seçiminizi son həftələrə saxlamayın. Toy vaxtından ən azı beş ay əvvəldən seçilməsi məsləhət görülür.

8 ) Vaxt ayırın

Gəlinlik seçərkən qiymətlər sadəcə istifadə edilən materiallara görə deyil, onların modellərinə görə də dəyişir. Tafat, arqanza, ipek kimi parçalar və modellər arasında kəskin qiymət dəyişikliyi ola bilər. Həm büdcənizə, həm də zövqünüzə uyğun  gəlinlik seçə bilməyiniz üçün yalnız bir az vaxt ayırmağınız kifayətdir.

9) Qərar verməzdən əvvəl əmin olun

Gəlinlik alarkən pul ödəməzdən əvvəl qəti qərarınızdan əmin olun, çünki sonradan seçiminizi dəyişmək və  pulu geri qaytarmaq çox çətin olur.

10) Pəhriz məsələsini şişirtməyin

Toydan bir həftə əvvəl ölüm orucuna başlamaq sizə çox çəkici gəlsə də, hər zamanki,  rejiminizi və idmanınızı davam etdirməyiniz daha uyğun ola bilər. Son gəlinlik testindən sonra arıqlamaq məsləhət görülmür. Mövcud kilonuzu qorumanız istədiyiniz nəticə üçün daha gözəl olacaqdır.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

1 şərh on "Gəlinlik seçmək üçün 10 addım"

  1. KX on Wed, 28th Nov 2012 5:54 pm 

    TEWEKKUR COX LAZIMLI BIR MELUMATDIR

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.