Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Gəlinlər saç düzümünə diqqət!

 tərəfindən  8 June, 2010 tarixində və Qadınlara Özəl, TOY, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Ürəyinizcə olmayan saç kəsimi, yaraşmayan saç rəngi və ya modeli… Bunlarla üzləşdiyiniz hallar ola bilər. Amma gəlinlər üçün belə hal qətiyyən arzuolunan deyil. Saçınızla bağlı etməli və etməməli olduğunuz şeyləri əvvəlcədən planlaşdırsanız, hər hansı problemlə üzləşmək riskini minimuma endirə bilərsiniz. Bu sahədə Evlenirik.Biz “Bəy-Gəlin” Kataloqunun tövsiyələrini Sizə təqdim edir.

Bunlara diqqət edin:

  • Duvaq taxıb-taxmamağa qərar verməzdən əvvəl saç düzümünüzü müəyyən edin.
  • Saç üslubunu seçmədən əvvəl fərqli düzümləri yoxlayın.
  • Toya 6 ay qalmışdan saçlara baxımını yaddan çıxarmayın.
  • Toya 2 həftə qalmış saç rənginizi yeniləyin və ya dəyişin.
  • Gəlinlik modeli ilə saç düzümünün ahəngini nəzərdən qaçırmayın.
  • Saçlarınızı yaxşı kəsdirsəniz, forma vermək üçün daha az vaxt itirərsiniz.
  • Duvağı toy əsnasında çıxarmağı düşünürsünüzsə, saç ustanıza bunu əvvəlcədən bildirməlisiniz.
  • Şampun və saç kremini saç növünə görə istifadə etdiyinizdən əmin olun.

Bunları etməyin:

  • Toya 3 ay qalmış saç üslubunu dəyişdirməyin.
  • Saçınızı evdə boyamayın.
  • Ürəyinizə yatmayan saç düzümünə sizi razı salmalarına yol verməyin.
  • Saçınızda ağır aksessuar istifadə etməyin. Toy günü baş ağrısına səbəb ola bilər.
  • Tələsib saçınızı çox tez düzəltdirməyin. Qarşıda uzun bir gün olduğunu unutmayın.
  • Toy günü saçınızı yumayın. Əks təqdirdə saçın istədiyiniz şəkili alması çox çətin ola bilər.

Fərqli saç nümunələri olan qalereyamızı  təqdim edirik.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

3 şərh on "Gəlinlər saç düzümünə diqqət!"

  1. Jasmin on Sat, 7th Aug 2010 6:39 pm 

    Sade ve yarasiqli sac duzumudur birinci. Amma daha gozel duzumler var.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Guler on Fri, 14th Jan 2011 11:48 pm 

    Bizde bu düzümlər çox yığılmır.

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  3. Elya on Fri, 12th Aug 2011 10:15 am 

    burdaki modeller coxdanin saç modelleridir….. hm daha çox gundelik saç düzümünə oxşayır….

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.