Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Gəlin alt paltarı

 tərəfindən  15 June, 2009 tarixində və NİŞAN, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

gelinlik_ic_camasiri

Hər kəsin bildiyi kimi toy hazırlığı zamanı gəlin üçün gəlinlik və aksesuarların seçimi vacib məsələlərdən biridir. Ancaq xarici görünüşlə yanaşı, alt paltarının da gözəl olması vacibdir. Əgər siz bədən ölçülərinizə uyğun və sizə yaraşan bir alt paltarı seçə bilsəniz bu sizə evliliyinizin ilk gecəsinin ola bildiyi qədər romantik keçəcəyini vəd edə bilər. Romantika və gözəl görünməkdən əlavə, həmin gün özünüzü  tam rahat, arxayın, problemsiz hiss etmək üçün alt paltarının düzgün seçilməsi çox vacibdir.

İlk növbədə seçəcəyiniz alt paltarı gəlin paltarına uyğun olmalıdır. Hətta gəlinliyinizin  açıq ya bağlı olmasının da seçimə təsiri var. 

gəlinlik alt paltarıQeyd etmək lazımdır ki, alt paltarı gəlin paltarı  alınmamışdan və ya tikilməmişdən qabaq seçilməlidir. Ən əsası nəzərə almaq lazımdır ki, gəlin paltarının ölçülərini yoxlayan zaman bunu geyinəcəyiniz alt paltarı ilə birlikdə etməlisiniz, əks təqdirdə, bu sizə toy günü  problem yaradacaq və paltar da istədiyiniz kimi görünməyəcək.

Geyinəcəyiniz alt paltarı sadə və keyfiyyətsiz olarsa, bu  cazibədarlığınızı itirmənizə səbəb ola bilər, lakin zövqlə, düzgün seçilmiş bir paltar əksinə sizi çox daha cazibədar göstərər bilər.

Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, toy üçün aldığınız alt paltarları gəlinlik kimi bir gün istifadə edildikdən sonra şkafda atılıb qalmamalıdır. Elə alt paltarları seçin ki, bunu daha sonra da istifadə edə biləsiniz. Məsələn ağ bir corab gündəlik geyimdə çox əlverişli olmadığı kimi bədən rəngində bir corab daha istifadəyə yararlı ola bilər.

Alt paltarınızı mütləq bədən ölçülərinizə uyğun və daha dəqiq seçin. Çox bahalı bir marka da olmuş olarsa sizin əyninizə olmasa narahatlıq yarada bilər və lazımı görkəmi əldə etməzsiniz. Məsələn düşünün ki, sinə ölçüləriniz 90-95 sm ancaq sizin seçdiyini geyim isə 80 sm-lik olarsa döşləriniz şişkin və daşqın görsənəcək və beləcə dedi qoduya səbəb ola biləcək daha çirkin görüntü ortaya çıxar.

Xanımlar unudmayın ki, alt paltarınız və sizin aranızda hiç bir şey yoxdur. Sizin bədəninizə yaxın olan və toxunan bu paltarlarda özünüzü çox rahat hissetmiş olarsanız həm toy günü həm də toy gecəsi çox rahat olarsınız.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

3 şərh on "Gəlin alt paltarı"

  1. Mila on Fri, 19th Jun 2009 9:49 pm 

    Bu butun qizlarin en gozel ve en onmeli gunudur.Elbetdeki qusursuz kecirmek ister.Ancaq men heleki bele bir seye ancaq turkiyede rast gelmisem.Burda tapmaq isterdim ve sifaris edilesi yerin adresini en azindan bilmek de isterdim.Eger bu haqqda melumati olan varsa Azerbaycan daxilinde olan unvani
    Mila8691@mail.ru bu unvana gonderse cox memnun olaram.Maraqli meslehetlere gore tesekkurler!

    Münasibətiniz: Thumb up 4 Thumb down 1

  2. shirin84 on Mon, 1st Mar 2010 1:30 pm 

    Her bir qiz toy gunu cox gozel gorunur

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 4 Thumb down 0

  3. Nermine on Wed, 6th Jul 2011 1:33 am 

    mence de her bir qiz oz toyunda gozel goorunmelidir………

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 5 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.