Gələn həftədən İpoteka Kreditləri veriləcək!
evlenirikbiz tərəfindən 31 May, 2009 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

3 ildən 25 ilə qədər müddətə veriləcək kreditin məbləği 50 min manatdan çox olmayacaq.
İyunun 1-dən etibarən müvəkkil kredit təşkilatları tərəfindən Azərbaycan İpoteka Fondunun (AİF) şərtlərinə uyğun ipoteka kreditlərinin verilməsinə başlanır. İpoteka kreditlərinin şərtlərinə gəlincə, milli valyuta olan manatla və yalnız Azərbaycan vətəndaşına verilməlidir. 3 ildən 25 ilə qədər müddətə nəzərdə tutulan kreditin məbləği 50 min manatdan çox olmamalıdır. Kredit üzrə illik faiz dərəcəsi isə 8 faizdən çox olmamalıdır.
Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85 faizindən çox olmamalıdır. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Bundan başqa, borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır.
Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır, kredit yaşayış sahəsinin ipotekası ilə təmin edilməlidir. İpoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir. Kredit üzrə əsas borc və hesablanmış faizlər isə hər ay bərabər hissələrlə ödənilməlidir.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, müvəkkil qiymətləndirici şirkətlərin sayı 7-dir. Həmin şirkətlər “Azİntellekt Servis” Konsaltinq Şirkəti, “İVC-Beynəlxalq Qiymətləndirmə Mərkəzi”, “Biləndər” şirkəti, “KONEKO” MMC, “MBA LTD” MMC, “VESKO” MMC və “MAK Consultancy Baku Ltd.” MM-dir.
Müvəkkil sığorta şirkətlərinin də yeni siyahısı təsdiqlənib. Bu siyahıda isə 10 şirkət yer alıb. Belə ki, prosesdə Dövlət Sığorta Kommersiya Şirkəti, “Alfa” Sığorta MMC, “Atasığorta” ASC, “Atəşgah” Birgə Səhmdar Sığorta Şirkəti, “Başakİnam” Birgə Səhmdar Sığortanın iştirakı nəzərdə tutulub. Bundan başqa, “Beynəlxalq Sığorta Şirkəti” MMC, “MBASK” Səhmdar Sığorta Cəmiyyəti, “Paşa Sığorta” QSC, “Standard İnsurance” ASC, “Bakı Sığorta” ASC də adıçəkilən siyahıda yer alıb.
Fonddan bildirilib ki, Mərkəzi Bank İdarə Heyətinin 15 may tarixli qərarı ilə müvəkkil kredit təşkilatlarının da yeni siyahısı təsdiq edilib: “Əhalinin nəzərinə çatdırırıq ki, ipoteka krediti almaq istəyən şəxslər həmin müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər”. 18 təşkilatın əks olunduğu siyahıda “Azərbaycan Beynəlxalq Bankı”, “Azərdəmiryolbank”, “Azəriqazbank”, “AtaBank”, “Bank Avrasiya”, “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətləri yer alıb.
Bundan başqa, “Bank Standard”, “Bank Respublika”, “Gəncəbank”, “Kapital Bank”, “UniBank” ASC-lər ipoteka krediti verəcək müvəkkil kredit təşkilatlarına daxildir. Siyahıda yer alan digər təşkilatlar “Paşa Bank”, “Muğanbank”, “Texnikabank”, “Turanbank”, “Xalq” bankı, “Zaminbank” və “RoyalBank” ASC prosesin əsas iştirakçılarındandır. İpoteka kreditlərinin verilməsi ilə bağlı bütün məlumatlar AİF-in Veb saytında yerləşdirilib.
DİGƏR MƏQALƏLƏR
Yüklənir…















emin on Wed, 25th Jan 2012 8:14 pm
ipatekada yenilikleer ne vaxt olcak???
Münasibətiniz:
0
0